Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2367/2022 05.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan mənzilin paylara müvafiq olaraq naturada bölünməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əri X1 28 aprel 2018-ci ildə vəfat etdiyini, Mingəçevir şəhəri Vidadi küçəsi 5 saylı evin 21 saylı mənzilinin əri Mətləb Məmmədovun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olduğunu, mənzilin paylara müvafiq olaraq naturada bölünməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olaraq hesab edirəm ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Lakin İddiaçı iddia ərizəsinə özünün və ya uşaqların mübahisəli mənzilə paylı mülkiyyətçi olan Mətləb Məmmədovun vərəsəsi olmaları, M.Məmmədovdan qalmış mirası qəbul etdiklərini təsdiq edən sənədləri, sübutları iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan mənzilin paylara müvafiq olaraq naturada bölünməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdr. Azərbaycan Respublikasının MPM-nin 149, 152.1, 152.1.1, 152.2-152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan mənzilin paylara müvafiq olaraq naturada bölünməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-2367/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2367/2022
05.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver