Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2382/2024 28.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi,) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Mingəçevir şəhəri rezin məmulatları zavodunun “Şəfəq” kollektiv bağçılığı adlı siyahısında göstərilən X1, ölüm haqqında şəhadətnamədə göstərilən Ərizəçi Misir oğlu ilə eyni şəxs olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək mülki işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək imtina cavabı almadan birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə qeyd edir ki, tələb hissəsində “Şəfəq” kollektiv bağçılığı adlı siyahıda göstərilən X1, ölüm haqqında şəhadətnamədə göstərilən Ərizəçi Misir oğlu ilə eyni şəxs olması faktının müəyyən edilməsi tələbi qoyulmasına baxmayaraq ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək imtina cavabı əldə edərək ərizəyə əlavə etməli idi. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizəçi yuxarıda müəyyən edilən nöqsanları aradan qaldırdıqdan sonra, məhkəməyə dövlət aktının məhz ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müraciət edə bilər. Odur ki, ərizəçi tərəfindən natamam ərizə məhkəməyə ünvanlanması əsassızdır. Bu hal ərizənin məhkəmə tərəfindən geri qaytarılmasına əsasdır. Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsində göstərilmişdir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Dövlət rüsumunun geri qaytarılması halları ilə bağlı MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi,) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 azn dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2382/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2382/2024
28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver