Məhkəmə qərarları › İş №2(051)-239/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-239/2021

22.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-239/2021 22.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər «xxxx» ASC-yə və Mərkəzi Aran X5 və satışı idarəsinə qarşı işə bərpa olunmaq, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və müddətsiz əmək müqaviləsinin bağlanması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxx» ASC-yə və Mərkəzi Aran X5 və satışı idarəsinə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 22.09.2020-ci il tarixdə işəgötürən tərəfindən verilmiş KŞ/20-052 nömrəli sərancamın ləğv olunması, işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və 5 ildən artıq müddətə fasiləsiz olaraq işlədiyinə görə onunla müddətsiz əmək müqaviləsinin bağlanması haqda qətnamə, bu işlə bağlı kobud qanun pozuntusuna yol verdiyinə, qəsdən ona maddi və mənəvi ziyan vurduğuna görə "Mərkəzi Aran " RETSİ-nin rəisi Abbas Quliyev barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən “xxxx” ASC-nin 22.09.2020-ci il tarixli, KŞ/20-052 nömrəli sərancamının ləğv olunması və müqavilənin yenidən bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün 02.10.2020-ci il tarixdən qətnamənin icra olunacağı günədək əmək haqqının ödənilməsi, qanunsuz və əsassız olaraq müqaviləyə xitam verildiyinə görə ona ödənilməli olan mükafatlardan məhrum edildiyi üçün "Energetiklər günü " və "Yeni il " bayramları ərəfəsində ona ödənilməli olan hər ay 95 (doxsan beş) manat olmaqla, cəmi 190 (bir yüz doxsan ) manat mükafat pulunun cavabdehlərdən alınıb ona ödənilməsi, "Mərkəzi Aran "RETSİ-də fasiləsiz və qüsursuz olaraq işlədiyi 5 il 5 ay müddətində istifadə etmədiyi əmək məzuniyyətlərinin pul əvəzi olaraq 1633,66 (bir min altı yüz otuz üç manat 66 qəpik) manat pulun ona verilməsi (hesablaşmalar aparılarkən vergilər tutulmuşdur), cavabdehlər tərəfindən müqavilənin ləğv olunması nəticəsində ona mənəvi və maddi zərər vurulduğuna, səhhətində yaranmış problemlərin müalicəsi üçün iri məbləğdə pul vəsaiti sərf etdiyinə görə cavabdehlərdən ona 3000 (üç min ) manat maddi ziyana görə pul vəsaiti, 2000 (iki min) manat isə mənəvi ziyana görə pul vəsaitinin verilməsi haqda qətnamə, həmçinin "xxxx "ASC-nin işgüzar nüfuzuna ciddi xələl gətirdiyinə görə "Mərkəzi Aran " RETSİ-nin rəisi Abbas Quliyev barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasızamanı iddianı müdafiə etdi, əsas və əlavə iddia ərizələrinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, üç ali təhsil almış, YAP-ın üzvüdür. Əməyi Ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilərək “Şərəf nişanı” Ordeni ilə təltif olunmuşdur. Uzun müddət partiya və ədliyyə orqanlarında çalışmışdır. 2003-cü ilin may ayından enerji sistemində işləyir. 01.07.2015-ci il tarixli M-15- 0061 saylı və 01.12.2016-cı il tarixli M-16-0196 saylı podrat müqavilələri əsasında 02.10.2020-ci il tarixədək fasiləsiz olaraq 5 ildən artıq müddətdə "Mərkəzi Aran” Enerji Təchizatı və Satışı İdarəsində mütəxəssis-rəisin köməkçisi vəzifəsində müqaviləyə uyğun olaraq aylıq əmək haqqı 520 manat olmaqla işləmişdir. İşlədiyi dövrdə əmək funksiyasını və vəzifə öhdəliklərini yüksək keyfiyyətlə icra etmişdir. Rəhbərlik tərəfindən heç bir intizam tənbehi almamışdır. Bütün bunlara baxmayaraq, idarəyə yeni təyin olunmuş, rəis Abbas Quliyevin əsassız və hüquqa zidd, qərəzli təqdimatı əsasında onunla bağlanmış 01.12.2016-cı il tarixli podrat müqaviləsinə 22.09.2020-ci il tarixdə KŞ/20-052 nömrəli sərəncamla xəbərdarlıq edilmədən, qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla, birtərəfli qaydada xitam verilmişdir. Sərəncamın surəti ona idarənin kadrlar bölməsində 20 gün sonra 22.10.2020-ci il tarixdə verilmişdir. Halbuki, o, 28.09.2020-ci il tarixdən 12.10.2020-ci il tarixədək səhhətində olan problemlərlə əlaqədar olaraq müalicədə olmuşdur. (Əmək qabiliyyətli olmamaq vərəqəsi №694822). O, şəkərli diabet xəstəsi olduğu üçün xəstəxanada qeydiyyatdadır və vaxtaşırı olaraq müalicə qəbul edir. Göründüyü kimi idarə rəisi Quliyev Abbasın təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1 bəndinin 3-cü hissəsi kobud şəkildə pozularaq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, yəni 02.10.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Yuxarıda qeyd etdiyi kimi onunla bağlanmış 01.07.2015-ci il tarixli M-15-0061 və 01.12.2016-cı il tarixli M-16-0196 saylı müqavilələrə əsasən, o, həmin idarədə 5 ildən artıq müddətdə fasiləsiz olaraq mütəxəssis vəzifəsində işləmişdir. Lakin işəgötürən tərəfindən Əmək Məcəlləsinin həmin maddəsinin tələbləri pozularaq qüvvədə olan müqavilənin müddətsiz olması nəzərə alınmamışdır. Halbuki, Abbas Quliyev tərəfindən “xxxx” ASC-nin Texniki Təhlükəsizlik İdarəsinin ştat cədvəlində olan, “Mərkəzi Aran” RETSİ-yə heç bir tabeçiliyi olmayan Texniki Təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləyən Gülnar adlı işçini öz əmək funksiyasının və vəzifə öhdəliklərinin icrasından məhrum edərək, heç bir hüquqi əsas olmadan özünə köməkçi götürmişdir. Ondan başqa, Abbas Quliyev rəis təyin olunduqdan sonra, qanunsuz olaraq 1380 manat aylıq əmək haqqı ilə RETSİ-nin rəisinin köməkçisi vəzifəsi təsis edərək enerji sistemi üzrə iş təcrübəsi, idarəetmə qabiliyyəti olmayan, səriştəsiz Elmir adlı öz yaxın adamını özünə yeni köməkçi götürmüşdür. Hansı ki, ASC üzrə heç bir regionda belə ştat və yüksək əmək haqqı nəzərdə tutulmamışdır. X9 heç vaxt bu qanunsuzluqları və ona qarşı qərəzli hərəkətləri etməkdən çəkinməmişdir. Abbas Quliyevin ona qərəzli olması ondan görünür ki, RETSİ üzrə 20 nəfər 65 yaşından yuxarı işçi olduğu halda, Abbas Quliyev onların heç biri ilə əmək müqaviləsinə xitam verilməsinə dair təqdimat verməmiş, lakin onu əvvəlcə qeyri-rəsmi, sonra isə təqdimat vermək yolu ilə qanunsuz və əsassız olaraq işdən çıxarmışdır. Hesab edir ki, onunla bağlanmış podrat (xidməti) müqaviləsinə qabaqcadan xəbərdarlıq edilmədən, birtərəfli qaydada xitam verilməsi barədə "xxxx " ASC- nin 22.09.2020-ci il tarixli, KŞ /20-052 saylı sərəncamı ləğv olunmalı və müqavilə yenidən bərpa edilməli, məcburi iş buraxma dövrü üçün 02.10.2020- ci il tarixdən qətnamənin icra olunacağı günədək əmək haqqı ödənilməli, qanunsuz və əsassız olaraq müqaviləyə xitam verildiyinə görə ona ödənilməli olan mükafatlardan məhrum edildiyi üçün "Energetiklər günü " və "Yeni il " bayramları ərəfəsində ona ödənilməli olan hər ay 95 (doxsan beş) manat olmaqla ,cəmi 190 (bir yüz doxsan) manat mükafat pulu cavabdehlərdən alınıb ona ödənilməli, "Mərkəzi Aran "RETSİ-də fasiləsiz və qüsursuz olaraq işlədiyi 5 il 5 ay müddətində istifadə etmədiyi əmək məzuniyyətlərinin pul əvəzi olaraq 1633,66 (bir min altı yüz otuz üç manat 66 qəpik) manat pulun ona verilməli (hesablaşmalar aparılarkən vergilər tutulmuşdur), cavabdehlər tərəfindən müqavilənin ləğv olunması nəticəsində ona mənəvi və maddi zərər vurulduğuna, yəni səhhətində yaranmış problemlərin müalicəsi üçün böyük məbləğdə pul vəsaiti sərf etdiyinə görə cavabdehlərdən ona maddi ziyana görə 3000 (üç min) manat, mənəvi ziyana görə 2000 (iki min ) manat məbləğində pul vəsaiti verilməlidir. Bununla yanaşı, “Mərkəzi Aran” RETSİ-yə yeni rəis təyin olunmuş Quliyev Abbas tərəfindən 2 gün sonra, yəni 10 avqust 2020-ci il tarixdən onu qüvvədə olan qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla işdən şifahi olaraq kənarlaşdıraraq kollektivdə nüfuzdan saldığına, bunun nəticəsində səhhətində yaranmış stresslə əlaqədar problemlər yarandığına, onu mükafatdan məhrum etdiyinə, ciddi mənəvi zərər vurduğuna, həmçinin qanunvericiliyin tələblərini kobud şəkildə pozduğuna və nəticədə "xxxx "ASC -nin işgüzar nüfuzuna ciddi xələl gətirdiyinə görə "Mərkəzi Aran " RETSİ- nin rəisi Abbas Quliyev barəsində xüsusi qərardad çıxarılmalıdır. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X4 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında təmsil etdiyi vəzifəli şəxsin adından göstərdi ki, İddiaçı ilə cavabdeh “xxxx” ASC arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı Əmək müqaviləsi yoxdur və olmamışdır. İddiaçıla cavabdeh ”xxxx” ASC arasında isə 06.07.2015-ci il tarixli M-15-0061 saylı və 01.12.2016-cı il tarixli M-16-0196 saylı “Sifarişçi” və “İcraçı” tərəflər kimi iş və xidmətlər göstərməsini və bunun müqabilində xidmət haqqı ödənilməsini tənzimləyən “Podrat Müqaviləsi” bağlanmışdır. Göründüyü kimi iddiaçı əmək müqaviləsi ilə podrat müqaviləsini səhv salaraq, qarışdıraraq iddia tələbində “Olmayan əmək müqaviləsi”ni mübahisələndirir və Əmək Məcəlləsinin əmək münasibətlərini tənzimləyən normalarına istinad edir. İddiaçıla bağlanmış podrat müqaviləsi mülki qanunvericiliyin, yəni Mülki Məcəllənin müvafiq maddələri ilə tənzimlənir və həll olunur. iddiaçı ilə bağlanmış podrat müqaviləsinin 6.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzalaması ilə l (bir) ay sonra öz hüquqi qüvvəsini itirir, 6.2-ci bəndinə əsasən müqavilə müddəti bitdikdən sonra tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməsə, həmin müqavilə eyni müddətə uzadılmış hesab olunur. Cavabdeh “xxxx” ASC-nin “Mərkəzi Aran “ RETSİ-nin rəisi podrat müqaviləsi üzrə iş icraçısı İddiaçı yerinə yetirməli olduğu işə ehtiyac qalmadığını və podrat müqaviləsinin müddətinin qurtardığını nəzərə alaraq podrat müqaviləsini bağlamış “Sifarişçi” tərəf olan “xxxx” ASC-nin rəhbərinə yazılı təqdimat verərək müqaviləyə xitam verilməsini xahiş etmiş və “xxxx” ASC-nin 22.09.2020-ci il tarixli KŞ/20-52 №-li Sərəncamı ilə podrat müqaviləsinə 02.10.2020-ci il tarixdən xitam verilmişdir. Beləliklə, iddaçı İddiaçı “əmək müqaviləsinə xitam verilməsi, işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə” iddiası “İşəgötürənlə işçi arasında” nümunəvi formada bağlanmış əmək müqaviləsi ilə yaranan münasibətləri tənzimlədiyinə və onunla belə bir əmək müqaviləsi olmadığına (İddiaçıla isə “Sifarişçi və icraçı arasında” bağlanmış podrat müqaviləsidir) görə iddia tələbinin dəlilləri tamamilə əsassızdır və qanunsuzdur. Onunla bağlanmış “Podrat müqaviləsi” isə qanunvericiliyə uyğun ləğv edilmişdir. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan “Sifarişçi” adlanan “xxxx” ASC-nin sədri B.Rzayev ilə “İcraçı” adlanan İddiaçı arasında 01.07.2015-ci il tarixdə bağlanmış M-15-0061 nömrəli və 01.12.2016-cı il tarixdə bağlanmış M-16-0196 nömrəli podrat müqavilələrinin surətlərindən görünür ki, “Sifarişçi” müqvilənin şərtləri çərçivəsində “İcraçı” ya Mərkəzi Aran X5 və Satışı idarəsində (X3) mütəxəssis işini yerinə yetirməyi tapşırmış və görülmüş işlərə görə hər ayın sonunda 450 manat xidmət haqqı ödəməyi, “İcraçı” isə tapşırılan işləri yerinə yetirməyi öhdəsinə götürmüş, həmçinin tərəflər Podrat müqaviləsinin 1 ay müddətə qüvvədə olması və müqvilə müddəti bitdikdən sonra tərəflərdən heç biri müqviləyə xitam verilməsini tələb etmədiyi təqdirdə, həmin müqvilənin eyni müddətə uzadılması barədə razılığa gəlmişdir. İşdə olan Mərkəzi Aran X5 və Satışı idarəsinin rəisi tərəfindən 18.09.2020-ci il tarixdə “xxxx” ASC-nin sədrinə ünvanlanmış 87/806 nömrəli məktubdan görünür ki, Podrat müqaviləsi əsasında Mərkəzi Aran X5 və Satışı idarəsinin X1 mütəxəssis işini icra edən İddiaçı ilə 01.12.2016-cı il tarixdə bağlanmış M-16-0196 nömrəli podrat müqaviləsinin müddəti 01.10.2020-ci il tarixdə bitdiyindən, həmçinin hazırda Mərkəzi Aran X5 və Satışı idarəsinin X1 həmin işin icrasına ehtiyac olmadığını nəzərə alaraq, Hüseynov Qubad Əli oğlu ilə bağlanmış podrat müqaviləsinə xitam verilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. işdə olan “xxxx” ASC-nin 22.09.2020-ci il tarixli, KS/20-052 saylı Podrat müqaviləyə xitam verilməsi haqqında Sərəncamından görünür ki, fiziki şəxs İddiaçı ilə bağlanmış mülki müqaviləyə 02.10.2020-ci il tarixdə Mərkəzi Aran X5 və Satışı idarəsinin rəisinin təqdimatı əsasında xitam verilmişdir. İşdə olan 694822 saylı əmək qabiliyyətinin olmaması haqqında sənədin surətindən görünür ki, iddiaçı 28.09.2020-ci il tarixdən 12.10.2020-ci il tarixədək səhhətində olan problemlərlə əlaqədar olaraq müalicədə olmuşdur. İşdə olan «Mərkəzi Aran» RETSİ tərəfindən verilmiş arayışdan görünür ki, “xxxx” ASC Mərkəzi Aran RETSİ-nin Mingəçevir EŞ-də 01.07.2015-ci il tarixdən 02.10.2020-ci il tarixədək podrat müqaviləsi əsasında mütəxəssis vəzifəsində işləmiş, son bir ildə, yəni 01.10.2019-cu ildən 30.09.2020 -ci il tarixə kimi ona, cəmi 6240 manat əmək haqqısı hesablanmış və kart hesabına 5148 manat pul ödənilmişdir. İşdə olan «Mərkəzi Aran» RETSİ tərəfindən tərtib edilmiş 30.11.2019, 30.12.2019, 31.01.2020, 28.02.2020, 31.03.2020, 30.04.2020, 31.05.2020, 30.06.2020, 31.07.2020, 31.08.2020 və 30.09.2020-ci il tarixli aktların surətlərindən görünür ki, M-16-0196 saylı 01.12.2016-cı il tarixli podrat müqaviləsi əsasında işləyən mütəxəssis İddiaçı Mərkəzi-Aran RETSİ-də Enerji tələbatçılarından daxil olmuş məktublara baxılması, digər kərgüzarlıq və hüquqi xidmət işlərinin yerinə yetirilməsi, kadr işlərinin tərtibatı, vətəndaşların qəbulu və uçotunun aparılması işləri ilə məşğul olmuş, müəssisədə əmək və müəssisə daxili intizam, qaydalarına riayət olunmasına nəzarət etmişdir. Beləliklə, məhkəmə tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçıla cavabdeh ”xxxx” ASC arasında 06.07.2015-ci il tarixdə M-15-0061 nömrəli və 01.12.2016-cı il tarixdə M-16-0196 nömrəli podrat müqavilələri bağlanmış və tərəflər “Sifarişçi” və “İcraçı” adlanmışdır. “Sifarişçi” müqvilənin şərtləri çərçivəsində “İcraçı” ya Mərkəzi Aran X5 və Satışı idarəsində (X3) mütəxəssis işini yerinə yetirməyi tapşırmış və görülmüş işlərə görə hər ayın sonunda 450 manat xidmət haqqı ödəməyi, “İcraçı” isə tapşırılan işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Mərkəzi Aran X5 və Satışı idarəsinin rəisi 18.09.2020-ci il tarixdə “xxxx” ASC-nin sədrinə məktubla müraciət edərək, iddiaçıya tapşırılmış işin icrasına ehtiyac olmadığına görə onunla bağlanmış podrat müqaviləsinə xitam verilməsini xahiş etmiş, ondan sonra “xxxx” ASC-nin sədri tərəfindən 22.09.2020-ci il tarixdə verilmiş KŞ/20-52 №-li sərəncamla podrat müqaviləsinə 02.10.2020-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiçı sərəncamın ləğv edilməsini və işə bərpa olunmasını tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgül həll edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətlərinin xarakteri müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarında görünür ki, iddiaçı cavabdeh “xxxx” ASC ilə yaranmış mübahisənin həll edilməsini fərdi əmək mübahisəsi kimi təqdim etmiş, lakin işdə olan səndələrə əsasən iddiaçı ilə cavabdeh “xxxx” ASC arasında hər hansı bir əmək hüququ ilə tənzimlənən əmək münasibətləri yaranmamışdır. Əksinə, iddiaçı ilə cavabdeh “xxxx” ASC arasında muzd müqabilində işlərin görülməsinə dair mülki-hüquqi müqavilə olan yazılı formada müddətli podrat müqaviləsi bağlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisənin həlli zamanı əmək qanunvericiliyinin normaları deyil, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbi edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh “xxxx” ASC arasında yazılı əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Eləcə də, həmin Məcəllənin 6-cı maddəsinin d) bəndinin tələbinə göə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir. Göründüyü kimi Qanunverici istinad olunan maddi hüquq normalarında əmək hüquq münasibətlərinin yaranmasını, yazılı əmək müqaviləsinin bağlanması və həmin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilib qeydiyyata alınması ilə şərtləndirmişdir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən qənaətə gəlir ki, iddiaçının tələbinin fərdi əmək mübahisəsi kimi həll edilməsi üçün ilk növbədə tərəflər arasında bağlanmış yazılı əmək müqaviləsindən irəli gələn əmək münasibətləri yaranmalı, yəni elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı, ondan sonra tərəflər arasında yaranmış mübahisə fərdi əmək mübahisəsi kimi əmək qanunvericiliyin normaları əsasında həll edilə bilər. Hazırkı vəziyyətdə isə iddiaçı ilə cavabdeh “xxxx” ASC arasında muzd müqabilində işlərin görülməsinə dair mülki-hüquqi müqavilə olan yazılı formada müddətli podrat müqaviləsi bağlanmışdır. Hansı ki, həmin podrat müqaviləsi bağlanan vaxt tərəflər öz iradələrini sərbəst ifadə etmişdir. Həmin mülki-hüquqi müqavilə əsasında iddiaçı (icraçı) sifarişçinin tapşırığı ilə işlərin görülməsini yerinə yetirmiş və həmin işlərin qarşılığında hər ay razılaşdırılmış məbləğdə xidmət haqqı (muzd) almışdır. Hazırda isə sifarişçi tərəfindən həmin podrat müqaviləsinin müddətinin uzadılmasına müqavilədə nəzərdə tutulmuş qaydada xitam verilmişdir. Belə olan halda iddiaçı mübahisəni həll etmək üçün əmək qanunvericiliyinə istinad edərək işə bərpa tələbinə dair iddia qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bununla yanaşı, məhkəmə, həmçinin hesab edir ki, iddiaçı ilə cavabdeh “xxxx” ASC arasında yaranmış mülki hüquq münasibətinə əsas olan müddətli podrat müqaviləsinə cavabdeh “xxxx” ASC tərəfindən xitam verilməsi zamanı iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması halları da mülki hüquq normaları əsasında müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 389.4-cü maddəsinə əsasən ikidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh ”xxxx” ASC “Sifarişçi” və “İcraçı” adlanan tərəflər kimi iş və xidmətlər göstərməsini və bunun müqabilində xidmət haqqı ödənilməsini tənzimləyən 06.07.2015-ci il tarixdə M-15-0061 nömrəli və 01.12.2016-cı il tarixdə M-16-0196 nömrəli müddətli podrat müqaviləsi bağlamışdır. Müqavilədə qüvvədə olma müddəti 1 ay, lakin həmin müddət bitdikdən sonra tərəflərdən heç biri müqviləyə xitam verilməsini tələb etmədiyi təqdirdə, müqvilənin eyni müddətə uzadılması nəzərdə tutulmuşdur. Ona görə də cavabdeh ”xxxx” ASC, yəni “Sifarişçi” iddiaçıya tapşırılmış işin icrasına ehtiyac olmadığına görə yerinə yetirilmiş işin haqqını tam ödəməklə iddiaçı ilə bağlanmış podrat müqaviləsinə xitam vermişdir. Hazırda “Sifarişçi” adlanan cavabdeh ”xxxx” ASC ilə “icraçı” adlanan iddiaçıarasında yerinə yetirilmiş işin haqqının ödənilməməsi və yaxud müqavilənin ləğvi ilə vurulan zərərlə bağlı heç bir mübahisə müəyyən edilməmişdir. Göründüyü kimi tərəflər arasında mülki-hüquq münasibətlərinə xitam verilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının subyektiv hüququ cavabdeh ”xxxx” ASC tərəfindən pozulmamışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdeh “xxxx” ASC-nin 22.09.2020-ci il tarixli KS/20-052 saylı sərancamı qanuni və əsaslı olduğundan, iddiaçının podrat müqaviləsinin ləğv edilməsinə dair tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh “xxxx” ASC arasında əmək hüquq münasibəti yaranmadığından və onlar arasında yaranmış münasibət mülki hüquq normaları ilə tənzimləndiyindən, iddiaçı hazırkı tələbi irəli sürərkən hüquqi ixtiyara malik olmamışdır. Ona görə də onun cavabdeh “xxxx” ASC-dən məcburi iş buraxma dövrü üçün əmək haqqı, "Energetiklər günü " və "Yeni il " bayramları ərəfəsində hər ay 95 (doxsan beş) manat olmaqla, cəmi 190 (bir yüz doxsan) manat mükafat, 5 il 5 ay müddətində istifadə etmədiyi əmək məzuniyyətlərinin pul əvəzi olaraq 1633,66 (bir min altı yüz otuz üç manat 66 qəpik) manat kompensasiya, həmçinin 3000 (üç min ) manat maddi ziyan və 2000 (iki min) manat mənəvi ziyan tələb etmək hüququ yaranmamışdır. Məhkəmə iddiaçnın iddia ərizəsində cavabdeh “xxxx” ASC-nin tabeiliyində olan Mərkəzi Aran X5 və satışı idarəsini cavabdeh qismində götərməsi ilə bağlı qeyd edir ki, həmin cavabdeh iddiaya cavab verməli olan şəxs olmadığından, iddia tələbi ona münasibətdə də əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hazırki iddia “xxxx” ASC-nə qarşı qaldırılsa da, iddiaçı Mərkəzi Aran X5 və satışı idarəsini də cavabdeh kimi göstərmiş, lakin iddia ərizəsində ona qarşı heç bir tələb irəli sürə bilməmişdir. X10 X5 və satışı idarəsi hüquqi şəxs statusuna malik olmadığına görə ona qarşı tələb irəli sürülməsi istisna olunur. Belə ki, “xxxx” ASC-nin Nizamnaməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.052015-ci il tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin 2.6-cı bəndinə əsasən həmin idarə “xxxx” ASC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilat (idarə) kimi fəaliyyət göstərir. Bu da onu deməyə əsas verir ki, Mərkəzi Aran X5 və satışı idarəsi hazırkı tələb üzrə məhkəmədə cavabdeh olmaq hüququna malik deyildir. Azərbaycan Respublikası MM-in 54.2-ci maddəsində göstərilmişdir ki, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Göründüyü kimi məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna yalnız hüquqi şəxslər malikdir. Hüquqi şəxsin tabeliyində olan idarələr isə hüquqi şəxs olmadığına görə məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik deyildir. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh “xxxx” ASC arasında 01.12.2016-cı il tarixdə bağlanmış M-16-0196 nömrəli podrat müqaviləsinə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilərkən, iddiaçının subyektiv hüququ pozulmadığına, digər tələblər üzrə iddia qaldırarkən isə iddiaçı subyektiv hüquqa malik olmadığına görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Mərkəzi Aran X5 və Satışı İdarəsinə qarşı “xxxx” ASC-nin 22.09.2020-ci il tarixli, KŞ/20-052 nömrəli sərancamının ləğv olunması və müqavilənin yenidən bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün 02.10.2020-ci il tarixdən qətnamənin icra olunacağı günədək əmək haqqının ödənilməsi, qanunsuz və əsassız olaraq müqaviləyə xitam verildiyinə görə ona ödənilməli olan mükafatlardan məhrum edildiyi üçün "Energetiklər günü " və "Yeni il " bayramları ərəfəsində ona ödənilməli olan hər ay 95 (doxsan beş) manat olmaqla, cəmi 190 (bir yüz doxsan ) manat mükafat pulunun cavabdehlərdən alınıb ona ödənilməsi, "Mərkəzi Aran "RETSİ-də fasiləsiz və qüsursuz olaraq işlədiyi 5 il 5 ay müddətində istifadə etmədiyi əmək məzuniyyətlərinin pul əvəzi olaraq 1633,66 (bir min altı yüz otuz üç manat 66 qəpik) manat pulun ona verilməsi (hesablaşmalar aparılarkən vergilər tutulmuşdur), cavabdehlər tərəfindən müqavilənin ləğv olunması nəticəsində ona mənəvi və maddi zərər vurulduğuna, səhhətində yaranmış problemlərin müalicəsi üçün iri məbləğdə pul vəsaiti sərf etdiyinə görə cavabdehlərdən ona 3000 (üç min ) manat maddi ziyana görə pul vəsaiti, 2000 (iki min) manat isə mənəvi ziyana görə pul vəsaitinin verilməsi haqda qətnamə, həmçinin "xxxx "ASC-nin işgüzar nüfuzuna ciddi xələl gətirdiyinə görə "Mərkəzi Aran " RETSİ-nin rəisi Abbas Quliyev barəsində xüsusi qərardad çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar