Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2433/2023 19.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh2, Cavabdeh3 Üçüncü şəxs: X4 iştirakı ilə İddiaçı qızının cavabdehlər Cavabdeh1 Mübaiz qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 Mübaiz qızının, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.2011-ci il tarixdə X8 ilə nikaha girməklə evlənmişdir. Birgə nikahdan 2 qızları-2012-ci il təvəllüdlü Yeganə, 2013-cü il təvəllüdlü Zəhrə adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuş, nikah pozularkən uşaqları Yeganə və Zəhra onun himayəsində saxlanılmışdır. Məhkəmə qərarına əsasən birgə nikah dövründə birgə qazancları hesabına əldə etdikləri Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsi 11 ünvanında yerləşən fərdfi yaşayış evindən onun və keçmiş əri X4 hər birinin ½ hissədə payları müəyyən edilmiş, mülkiyyət hüquqları xx.xx.2023cü il tarixdə qeydə alınmışdır. Hazırda uşaqları ilə birgə mülkiyyətçisi olduğu evə köçüb yaşamaq istəyir, çünki uşaqlarının sərbəst dərs oxumaları üçün şərait tələb olunur. Buna baxmayaraq, cəmi 57.80 kv.metr sahədən ibarət olan bu yaşayış evinə digər paylı mülkiyyətçi, keçmiş əri Ruslan İsmayılov öz ailə üzvləri olan anası Cavabdeh2, bacısı Cavabdeh1, onun oğlu X3, atası Cavabdeh3, hazırda nikahda olduğu arvadı Cavabdeh4 həmin ünvana qeydiyyata salmaqla fərdi yaşayış evinə köçürmüşdür. Həmin şəxslər onun yaşayış sahəsindən istifadə etməsinə mane olurlar. Onların həmin evdə qalmasını istəmir, həmçinin cavabdehlərin yaşayış sahəsinə köçməsinə və qeydiyyata düşməsinə ondan heç bir razılıq alınmamışdır. Cavabdehlər onun ailə üzvləri deyil. Əksinə nikahda olduqları vaxt ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsini əri ilə birlikdə keçmiş baldızına bağışlamışlar. X2 ilə nikahda olduqları vaxtda da həmin yaşayış evində yaşamışlar. Hesab edir ki, cavabdehlər həmin evdən çıxarılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı Mingəçevir şəhər məhkəməsinin 2(051)-2433/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə digər paylı mülkiyyətçi X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdehlər Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərtdi ki, iddiaya etiraz edir. Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsi 11 saylı mənzildə yaşayır. Odur ki, məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 da məhkəmə iclasında Cavabdeh2 izahatına uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs X8 məhkəmə iclası zamanı iddia ərizəsinə qarşı etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsi 11 saylı evin paylı mülkiyyətçisidir. ½ hissədə pay onun mülkiyyətində olsa da, iddiaçı ilə payları naturada ayrılmamışdır. Cavabdehlər onun ailə üzvləridir. Onun evində yaşayır və yaşamağa başqa yerləri yoxdur. Atası və anası pensiyaçıdırlar, bacısı Aynurə isə heç yerdə işləmir. Digər cavadeh Cavabdeh4 isə onun həyat yoldaşıdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavadeh Cavabdeh1 məhkəməyə yazılı müraciət göndərərək göstərmişdir ki, Mingəçevir şəhəri, Günəşli 2 küçəsində yerləşən 11 A nömrəli mənzildə oğlu X5 ilə birgə yaşayır və həmin yaşayış sahəsində onlardan başqa heç kəs yaşamır. Məhkəmə Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər, bununla belə Cavabdeh1 həm iştirak etdiyi məhkəmə hazırlıq iclasında, həm də məhkəməyə ünvanlandığı ərizəsində iddia tələbini qəbul etməmiş, həmçinin mübahisəli mənzildə yaşamadığını və özünə məxsus Günəşli 2 küçəsində yerləşən 11 A nömrəli mənzildə oğlu X5 ilə birgə yaşadığını göstərməklə iddia tələbinə cavabverməli şəxs olmadığını bildirmişdir. Cavabdeh4 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh4 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İ 431666 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 nikahları pozulmuş və bu barədə akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 82 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Yeganə, xx.xx.2013-cü il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. İşdə olan 7 nömrəli MİS-nin 172 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Rzayeva X9 şəhəri, N.Nərimanov küçəsi ev 44, mənzil 83-də yaşayır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0.0361 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən Mingəçevir şəhəri, 2-ci Günəşli küçəsi 11 saylı fərdi yaşayış evi üzərində X4 ½ hissədə payı xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə X6 ½ hissədə payı xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, X8 ilə İddiaçı nikahlarını rəsmi qeyd etdirməklə evlənmiş, birgə nikahlkarından iki nəfər uşaqları doğulmuşdur. Tərəflər birgə nikah dövründə birgə vəsaitləri hesabına mübahisəli fərdi yaşayış evini və torpaq sahəsini əldə etmişlər. Sonradan tərəflərin qarşılıqlı münasibətləri pozulmuş, məhkəmə qətnaməsi ilə aralarında qeydə alınmış nikah pozulmuş, həmçinin mübahisəli fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən hər ikisinin ½ hissədə payları müəyyən edilmişdir. X8 və cavabdehlər hazırda paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evində yaşayırlar. İddiaçı isə paylı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə edə bilmir. İddiaçı həmin mənzilə daxil olmağına və yaşamağına cavabdehlərin maneə yaratdıqlarını əsas tutaraq, cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılmalarını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə verilmiş tələb üzrə tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə əmlak mənsubiyyəti ilə bağlı mübahisə olduğundan, mübahisənin həlli zamanı mülkiyyət hüququnun müdafiəsini tənzimləyən əlaqəli mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Məhkəmə iddianın fərdi yaşayış evindən çıxarılması ilə bağlı qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcud deyildir. Belə ki, hazırda iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində ½ hissədə paylı mülkiyyət hüququ olsa da, payı naturada ayrılmamış, cavabdehlər isə digər paylı mülkiyyətçi X4 razılığı əsasında fərdi yaşayış evinin tərkib hissəsindən istifadə edirlər. Hazırda mübahisəli fərdi yaşayış evi cavabdehlərin və digər paylı mülkiyyətçi X1. Cavabdehlərin sahibliyi digər paylı mülkiyyətçi X8 tərəfindən mübahisələndirmədiyinə görə, cavabdehlərin sahibliyi sahibliyi qanunidir. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən digər paylı mülkiyyətçinin ailə üzlərinin çıxarılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, hazırkı vəziyyətdə paylar naturada ayrılmadığına görə cavabdehlərin məhz iddiaçıya, yoxsa digər paylı mülkiyyətçi X7 məxsus hissədən istifadə etdiklərini müəyyən etmək mümkün deyildir. Ona görə də paylı mülkiyyətçi olan iddiaçının tələbi ilə digər paylı mülkiyyətçi X4 ailə üzvlərinin mənzildən çıxarılması, ona münasibətdə mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Hansı ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Belə olan halda digər paylı mülkiyyətçi X4 öz ailə üzvülərini paylı mülkiyyətində olan fərdi evinə köçürmək və onlarla birlikdə yaşamaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi ümumi paylı mülkiyyətdə olduğuna, digər paylı mülkiyyətçi öz payına mütənasib olaraq mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən cavabdehlərin istifadə etməsinə razılıq verdiyinə, iddiaçının isə payı naturada ayrılmadığına görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Allahvrdi oğlunun və Cavabdeh4 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2433/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2433/2023
19.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver