Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2462/2025 04.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanov Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh MMC-nin nümayəndələri X5 və X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və mənəvi ziyan kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən ödənilməli olan 13440 saat artıq iş saatı, ödənilməmiş 270 gün məzuniyyət, 4608 manat zərərli iş saatına görə əmək haqqının alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin aratırılması barədə ərizə təqdim edərək, məhkəmədən ödənilməli olan 13440 saat artıq iş saatı, ödənilməmiş 270 gün məzuniyyət, 4608 manat zərərli iş saatına görə pulun və cavabdeh müəssisə tərəfindən ona vurulmuş ağır mənəvi sarsıntılara, sağlamlığının itirilməsinə və ailəsinin dağılmasına görə 30,000 manat məbləğində mənəvi ziyan kompensasiyasının alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildən 2025-ci ilin oktyabr ayına qədər Cavabdeh MMC-də hovuz operatoru kimi çalışmışdır. Xüsusi kimyəvi maddələrlə 16 il bu sahədə işləmişdir. İş prosesində o, xlor, pH tənzimləyici maddələr, çöktürücü kimyəvilər və "göy daş" kimi təhlükəli kimyəvi maddələrlə işləmişdir. Ancaq heç bir yerdə qeydiyyat aparılmamış və xüsusi kimyəvi təhlükəli maddələrlə işlədiyinə görə əlavələr verilməmişdir. Oda həmin tutduğu vəzifəni icra etmək üçün kimyəvi maddələrdən istifadə etmişdir. Buna baxmayaraq adi, sadə işçi kim qeydə alınmışa və heç bir əlavə verilməmişdir. Bununla bağlı 2022-ci ilin aprel ayında X3 müraciət etmişdir. 12 saatlıq iş rejimi olmuşdur. 2009-cu ildən 2022-ci ilə qədər bu qaydada iş rejimimi davam etmişdir. O, 2022-ci ildə X3 müraciət etdikdən sonra elektron hökumət portalında iş saatı dəyişdirilərək 9 saatlıq iş rejiminə keçirildi. Bu hal da Əmək Məcəlləsinin 89-cu maddəsinə ziddir. Onlar növbəli iş rejimində işləmişlər və növbəli iş rejimində də 89-cu maddənin tələblərinə əsasən nahar fasiləsi daxil olmaqla 9 saat işləməlidirlər. Bu tələblər ilə dəfələrlə həm rəhbərlik, həm X3 müraciət etmişdir. Bəzi məsələlər həll olunmuşdur, ancaq ona artıq iş saatlarına görə ödənilməli olan kompensasiya ödənilməmişdir. O, 2009-cu ildən 2022-ci ilə qədər 13440 saat artıq işləmişdir. Bu artıq iş saatlarının əvəzi ödənilməmişdir. Onun X3 müraciət etməyi təsadüfi olaraq köhnə rəhbərliklə yeni rəhbərliyin dəyişməsi vaxtına, təhvil-təslim vaxtına düşdüyündən ona ərizəni geri çəkməyini və bütün tələblərinin yerinə yetiriləcəyini bildirdilər. O, ərizəyə də müraciətləri və onun geri çəkilməsi ərizəsini əlavə etmişdir. Həm köhnə, həm də yeni rəhbərlik tərəfindən ona qanunla heç bir şey əldə edə bilməyəcəyini bildirmiş və ərizəni geri götürməyini istəmişdirlər. Ona tələblərini yerinə yetirmək üçün əllərindən gələni edəcəklərini bildirdilər. O, ərizəni geri götürdükdən sonra isə vəd edilən heç bir tələbi yerinə yetirilməmişdir. Onu da qeyd edir ki, sənəddə göstərilən 12 saatlıq iş rejimi zamanı cavabdehin nümayəndəsi kim hazırda məhkəmə iclasında iştirak edən Həşimov Elvin həmin müəssisədə çalışmamışdır. Onun bu barədə məlumatı yoxdur. Həmin vaxt mühasib Samir adlı şəxs olmuşdur. Cavabdehin qeyd etdiyi maddi yardım məsələsi, onun X3 etdiyi müraciətimdən sonra olmuşdur. Odur ki, məhkəmədən ödənilməli olan 13440 saat artıq iş saatı, ödənilməmiş 270 gün məzuniyyət gününün əvəzinin 4608 manat zərərli iş saatına görə pulun və cavabdeh müəssisə tərəfindən ona vurulmuş ağır mənəvi sarsıntılara, sağlamlığının itirilməsinə və ailəsinin dağılmasına görə 30,000 manat məbləğində mənəvi ziyan kompensasiyasının alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, O, 2009-cu ildən həmin hovuz sisteminin qurulmasında işləmişdir. Həmin müəssisə 2010-cu ilin oktyabr ayının 14-də açılmışdır. Lakin müqavilə 2012-ci ildə bağlanılmışdır. Cavabdeh müəssisəyə qarşı ödənilməmiş əmək haqqı və digər ödənişlər üzrə iddia qaldırmışdır. İddia ərizəsində göstərdiyi 13440 saat artıq iş saatı 2009-cu ildən 2022-ci ilə qədər olan müddəti əhatə edir. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən 8 saat işləməli olduqları halda 12 saat işləmişlər. 2 gün səhər və 2 gün gecə növbəsi olmaqla növbəli rejimdə işləmişlər. Növbəli iş rejimi səhər saat 9-dan axşam saat 9-a qədər, səhər saat 8-dən axşam saat 8-ə qədər kimi müxtəlif zaman kəsiyini əhatə etmişdir. 2 gün səhər növbəsi 12 saat və 2 gün axşam növbəsi 12 saat olmaqla işləmişlər. Növbəli iş rejimi olduğuna görə həftənin 4 günü işləmişlər. 2 gün istirahət günü olmuşdur. Həftədə 4 gün işlədiyi müddətlərdəki hər gün üçün artıq 4 saatları hesablamaqla 13440 saatı hesablamışdır. 2009-cu ildən 2022-ci ilədək hər il 10 gün olmaqla əmək məzuniyyətinə çıxmışdır. Qalan 11 gün məzuniyyət günlərini hesablamaqla 270 günü müəyyən etmişdir. Yarımştat işlədiyi müddət 2015-ci ildən 2019-cu ilə qədər olmuşdur. Deka şirkətində işləməyinin də səbəbi odur ki, həmin vaxt dövlət proqramı var idi. Avropa oyunları keçirildi. Həmin zaman da o, oradakı hovuzu işlətməli idi. Bu səbəbdən gecə növbəsi müəssisədə gündüz növbəsi Deka Şirkətində işləmişdir. Deka Şirkətində 300 manata əmək haqqı alırdı. Sonuncu dəfə 2024-cü ilin təxmini avqust ayında məzuniyyətə çıxmışdır. İşdən 2025-ci ilin oktyabr ayının 1-də çıxmışdır. 01 aprel 2022-ci il tarixində müraciətindən sonra hər il üzrə qanunla müəyyən olunmuş müddətlərdə məzuniyyətə çıxmışdır. Sonuncu dəfə məzuniyyətə 2025-ci ilin yay aylarında çıxmışdır. Zərərli iş saatlarını isə Əmək Məcəlləsində qeyd olunan 1,4 və 1,12 əmsallarla hesablamışdır. Kimyəvi maddələrlə işləməsə belə, gecə növbəsi zamanı işləmək zərərli iş saatı hesab olunur. Onların iş saatı tam zərərli iş saatıdır. Hətta onlar həmin işlə məşğul olan zaman rəhbərlik özü də gəlib bildirib ki, burada durmayın, bura zərərlidir. Nazirlər Kabinetinin qərarında hovuz operatoru zərərli iş kimi qeyd olunmasa da, işlətdikləri kimyəvi məhsullar zərərli maddə kimi qeyd olunmuşdur. Regional Şöbənin cavab məktubu ilə tanış olmuşdur. Orada heç bir qanun pozuntusu aşkarlanmadığı qeyd olunur. Lakin necə ola bilər ki, qanunvericiliklə 8 saatlıq iş rejimi müəyyənləşdirildiyi halda, onlar artıq qanunsuz olaraq 12 saat işləyir və sənəddə də 12 saat qeyd olunur. Hovuz operatoru vəzifəsinin zərərli iş kimi AR NK-nın qərarınada göstərilməməsi heç bir halı dəyişmir. Belə ki, kimyəvi maddələrdən xlor və digərləri Nazirlər Kabinetinin qərarında zərərli kimyəvi maddə kimi qeydiyyatdadır. O, dünya standartlarına uyğun olan UN2465 kodlu zərərli məhsuldan istifadə etmişdir. Bütün dünya birliyi bunu zərərli maddə kimi qəbul edir. Hovuzun təmizlənməsi belə aparılır. Orada 4 böyük içərisi xüsusi qumla dolu çən vardır. Orada rezervarın içərisində biz filterləri yuyurlar. İçərisinə təmiz su əlavə edərək təmiz suyu kimyəvi təmizlənmə edirlər. Bu zaman 4 fərqli kimyəvi maddədən xlor, ph, çöktürücü və göy daşdan istifadə edirlər. Yəni onlar birbaşa kimyəvi maddə ilə təmasda olur. Həmin iş yeri 4 metr dərinlikdə yerləşir. Həmin maddələri birbaşa suya əlavə edirlər. Təmizlənmə prosesi əsasən gecə aparılır. Onların işi hovuzun altında 4 metr dərinlikdə həyata keçirilir. Təmizlənmə prosesi gün ərzində dövr edir. Dərmanların suya yeridilməsi prosesi gecə həyata keçirilir. Hovuzdan istifadə halları yay aylarında daha çox olduğundan bu proses yayda daha çox gedir. Buna görə onlara süd və maska verilir, ancaq xüsusi geyim verilməmişdir. Onlara 2 xüsusi maska verilir. Onların da istifadə müddəti var. Filterinin istifadə müddəti bir neçə saatdır. Dəfələrlə həm köhnə, həm yeni rəhbərliyə müraciət etmişlər ki, bu maskaların vaxtı keçir, dəyişdirmək lazımdır. Nəticəsi olmamışdır. Məcburiyyət qarşısında o halda işləməyə davam etmişlər. Sağlamlığa vurulmuş zərər ilə bağlı qeyd etmişdir ki, 16 il ərzində zərərli və toksik şəraitdə işlədilməyi nəticəsində görmə qabiliyyəti 25% azalmış, ürək-damar və mədə-bağırsaq sistemimdə ciddi xəstəliklər yaranmışdır. Sağlamlığın itirilməsi insana ən ağır mənəvi sarsıntı verən amildir. Ailə həyatının məhv olması- İşəgötürənin qanunla ona çatmalı olan vəsaitləri ödəməməsi nəticəsində yaranmış maddi sıxıntılar ailədə gərginliyə səbəb olmuş və nəticədə 16 illik ailə dağılmışdır. Bir ailə başçısı və ata kimi övladının ehtiyaclarını qarşılaya bilməməyi, evinin tikintisinin yarımçıq qalması onda dərin psixoloji gərginlik və mənəvi əzablar yaratmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 285-ci maddəsinə və Mülki Məcəllənin 21- ci maddəsinə əsasən, işəgötürənin qanunsuz hərəkətləri nəticəsində işçiyə dəymiş mənəvi ziyan ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən cavabdeh müəssisə tərəfindən ona vurulmuş ağır mənəvi sarsıntılara, sağlamlığının itirilməsinə və ailəsinin dağılmasına görə 30,000 manat məbləğində mənəvi ziyan kompensasiyasının və ödənilməli olan 13440 saat artıq iş saatı, ödənilməmiş 270 gün məzuniyyət, 4608 manat zərərli iş saatına görə əmək haqqının alınıb ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X5 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddia tələbi ilə razılaşmır. Tərəfin iddia etdiyi sözlər hamısı sadəcə iddiadır. Sənədlər təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, işçiyə maddi durumu yaxşı olmadığından bir neçə dəfə əlavələr verilmişdir. İddiaçı, həmin müəssisədə 2011-ci ildən çalışır. Onun çalışdığı dövrdən də iddiaçıya bir neçə dəfə maddi yardımlar edilmişdir. Bir neçə dəfə ailə vəziyyəti ilə əlaqədar müraciət etmiş və fərdi qaydada maddi yardım almışdır. Kütləvi mükafatlandırmalarda da iddiaçı mükafatlandırılmışdır. İddiaçıya ailə vəziyyəti ilə əlaqədar işçilər tərəfindən də yardım edilmişdir. Onlar dövlət büdcəsindən maliyyələşdirilən qurumdur və Gənclər və İdman Nazirliyinə birbaşa tabedirlər. Onlarda ştatlar, əmək haqqı cədvəlləri Nazirlik tərəfindən müəyyənləşdirilir. Onların hər il yoxlamaları olur. Auditorlar Palatasından hər il rəyləri alınır. Onlarda əmək haqqı cədvəlində də işçilərin neçə saat işlədiyi qeyd olunmuşdur. Tərəfin şikayəti əsasında da bir neçə dəfə yoxlama aparılmışdır. Sonuncu dəfə 2025-ci ilin sentyabr ayında yoxlama aparılmışdır. Ümumiyyətlə şəxs tərəfindən bir neçə dəfə bu məzmunda şikayətlər edilmişdir. Lakin əsassız olduğundan nəticəsiz qalmışdır. Onların müəssisəsində 120 nəfər çalışır. Müəssisə müxtəlif şöbələrdən ibarətdir və hər birinin iş vaxtı müxtəlif rejimlərdədir. İddiaçıdan başqa da bir neçə hovuz operatoru vardır və hər birinin iş saatı eynidir. İş saatları 1, 2 və 1,4 əmsalla qanuna müvafiq qaydada hesablanır. İstər zərərli iş rejimi, istərsə də ağır şəraitli iş rejimli istehsalatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənir. Hətta iddiaçının X3 müraciətindən sonra yoxlama keçirildi, şəxsin neçə metr dərinlikdə işləməsinə qədər soruşulmuşdur. Onların qurum birbaşa olaraq Gənclər və İdman Nazirliyinə tabedir və əgər Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunsa idi ki, burada ağır şəraitli iş rejimidir, o zaman əmək haqqı ona müvafiq qaydada ödənilərdi. Onlarda iş rejimi ağır şəraitli deyil. Kimyəvi maddələrlə işləməsinə gəldikdə isə, Əmək Məcəlləsində nəzərdə tutulan 0,5 litr süd verilməsi nəzərdə tutulmuşdur və onunla təmin edilmişdir. Əlavə olaraq maska və geyimlərlə təchiz edilirlər. Bununla bağlı sənədləri də təqdim edib. İddiaçı hovuz operatoru vəzifəsində çalışır. Orada hovuzlara kimyəvi məhsulların tökülməsi ilə bağlı kimyəvi məhsullarla təmasda olur. Həmin kimyəvi məhsullarda suyun təmiz saxlanılması ilə bağlı tökülür. Orada qeyri-adi istehsalatla bağlı heç bir şey yoxdur. Sadəcə olaraq suyun təmizlənməsi, yosunların təmizlənməsi üçün oraya kimyəvi məhsullar tökülür. Bu zaman da süd, maska və geyimlərlə təchiz edilirlər. Yəni, şəxsin zərərlə işlə məşğul olması və kimyəvi məhsullarla əlaqədə olması fərqli anlayışlardır. 2009-cu ildən orada hovuz olmamışdır. 2010 yaxud 2011-ci ildə müəssisə Nazirliyin balansına keçmişdir. İş vaxtından artıq işlərə cəlb olunma yalnız əmrlə həyata keçirilir. Onlarda ictimai iaşə obyekti də var və ən çox istirahət günlərində insanlar üz tutur. Ona görə əgər işçinin növbəsindən kənar o istirahət günündə işə çıxırsa həmin gün əmr verilir. Əmək Məcəlləsinə müvafiq olaraq işçi ya məcburi qaydada əmək məzuniyyətinə çıxarılmalıdır, yaxud da ona onun əvəzi olaraq kompensasiya ödənilməlidir. Onların qurum da lazım olmadığı təqdirdə işçini saxlamır və əmək məzuniyyətinə növbəli şəkildə buraxılır. İşçinin əmək müaviləsinə xitam verilən zaman, son haqq-hesab edilmiş, şəxsin il ərzində istifadə etmədiyi əmək məzuniyyətinin də əvəzi ödənilmişdir. İşdən çıxma ərizəsi və işdən çıxma əmri təqdim etdiyi sənədlərə əlavə edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X6 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, 2022-ci ildən həmin müəssisəyə direktor təyin edilmişdir. Ceyhun bu məsələ barədə ona müraciət etdikdə o, ona da bildirdi ki, bu idarə dövlət müəssisədir, büdcə təşkilatıdır. Gənclər və İdman Nazirliyinin tabeliyindədir. Onlar özləri əmək haqqı müəyyən etmirlər. Bu Maliyyə Nazirliyinin tərtib etdiyi cədvəldə vəzifəyə uyğun müəyyən edilir. Nazirliyin tabeliyində fəaliyyət göstərən bütün müəssisələrdə iddiaçının tutduğu vəzifə üzrə müəyyən edilmiş əmək haqqı 400 manat təşkil edir. Dəfələrlə işdən çıxmaması, üçün söhbət etmiş, vəziyyətin gedərək yaxşılacağını, dövlətin daha da güclənəcəyini və əmək haqqının artırılacağını bildirmişdir. 8 saat işləməli olduğu halda dəfələrlə anasının xəstəliyi ilə bağlı olaraq ona icazə vermişdir. X4 müraciət edən zaman ona tabeliyində olduğu Nazirliyə müraciət etməsini bildirmişdir. Nazirlik onlardan bütün zəruri sənədləri istəmiş, araşdırmışdır. İddiaçının qeyd etdiyi kimyəvi məhsullarla işləməsinin iş rejimini zərərli iş rejimi etməsinə dair onu qeyd edir ki, bu hal Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla müəyyənləşdirilmiş təhlükə potensiallı müəssisələrdə mövcuddur. Ancaq qəbul edilmiş müvafiq qərarda onların müəssisə qeyd edilməmişdir. Hər 15 ildən bir müəssisələr yenidən araşdırılır. Bu il yenidən araşdırma keçiriləcəkdir. Əgər müəssisələri həmin iş rejimi zərərli və ya ağır olan müəssislər siyahısına daxil edilərsə ona müvafiq əmək haqqı ödəniləcəkdir. İşin təhlükə potensialını nəzərə alaraq normativdə nəzərdə tutulmuş qaydada işçi süd, xüsusi maska və xüsusi geyimlə təchiz edilir. Hovuz daimi olaraq insanların istifadəsində olduğundan, insanlar su ilə təmasda olduğundan bu müəssisələr təhlükə potensiallı müəssisələr siyahısına düşmür. Hazırda iddiaçı müəssisə də çalışmır. Son zamanlar tam ştatda işləmişdir. İddiaçı əvvəllər yarım ştatda işləmişdir. İddiaçının “Deka Şirkəti”ndə işləməsini təsdiq edən sənədləri elektron sistemə yükləmişdir. Bu hal təxminən 2015-ci ildə baş vermişdir. İddiaçının tələb etdiyi əmək haqqı verilməməsi səbəbindən ailəsinin dağılmasına görə kompensasiya tələbinə gəldikdə isə iddianı bu hissədə də qəbul etmirlər. Belə ki, iddiaçının boşanma səbəbi başqadır. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı hüquqlarının pozulduğu gündən 1 aydan gec olmayaraq hüququnun müdafiəsi üçün müraciət edə bilərdi. Lakin 15 il müddət keçdikdən sonra iddia qaldırmışdır. İddianın tamamilə rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Dövlət Əmək müffətişliyi Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 22 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətində qeyd etdiyi məsəsələrin həlli lə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan İddiaçı məxsus xx.xx.2008-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı “X10 İdman Mərkəzində” xx.xx.2011-ci ildə operator vəzifəsinə işə götürülmüş və onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə işçinin ərizəsi nəzərə alınmaqla idarənin əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İşdə olan depo transfer fişindən görünür ki, X12 Mərkəzinə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixərdə müvafiq olaraq qiyməti 22,60 manat olmaqla 12 litr süd alınmışdır. İşdə olan məzuniyyət haqqının hesablanması cədvəlindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 2024-cü ilin may ayından 2025-ci ilin aprel ayınadək son bir ildə hesablanmış əmək haqqı cəmi 6119,52 manat təşkil etmişdir. İşdə olan son haqq hesab cədvəlindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı son bir ildə hesablanmış əmək haqqı 2024-cü ilin oktyabr ayından 2025-ci ilin sentyabr ayınadək cəmi 6268,28 manat təşkil etmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixdə məşğulluq təsnifatı üzrə: operator, durulducu hovuz, əmək müqaviləsi üzrə hovuz operatoru kimi müddətsiz əmək müqaviləsi bağlanmış, aylıq əmək haqqı 123 manat müəyyən edilmişdir. İşdə olan əmək müqaviləsinə dəyişklik edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixdə məşğulluq təsnifatı üzrə operator, durulducu hovuz, əmək müqaviləsi üzrə hovuz operatoru kimi müddətsiz əmək müqaviləsi bağlanmış, aylıq əmək haqqı 177,50 manat müəyyən edilmişdir. İşdə olan əmək müqaviləsinə dəyişklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixdə məşğulluq təsnifatı üzrə operator, durulducu hovuz, əmək müqaviləsi üzrə hovuz operatoru kimi müddətsiz əmək müqaviləsi bağlanmış, aylıq əmək haqqı 397 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2022-ci il tarixli ST-80 saylı əmrin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. İşdə olan əmək məzuniyyəti verilməsi haqqında 25 iyul 2012-ci il tarixli 49/k saylı əmrdən görünür ki, texniki şöbənin hovuz operatoru xx.xx.2011-xx.xx.2012-ci iş ilinin əmək məzuniyyəti hesabından 30 təqvim günü əmək məzuniyyətinə buraxılmış, məzuniyyəti xx.xx.2012-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək müəyyən edilmişdir. İşdə olan əmək məzuniyyəti verilməsi haqqında 26 avqust 2015-ci il tarixli 178/k saylı əmrdən görünür ki, texniki şöbənin hovuz operatoru xx.xx.2014-xx.xx.2015-ci iş ilinin əmək məzuniyyəti hesabından 30 təqvim günü əmək məzuniyyətinə buraxılmış, məzuniyyəti xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək müəyyən edilmişdir. İşdə olan əmək məzuniyyəti verilməsi haqqında 25 iyun 2019-cu il tarixli 317/k saylı əmrdən görünür ki, texniki şöbənin hovuz operatoru xx.xx.2018-xx.xx.2019-cu iş ilinin əmək məzuniyyəti hesabından 32 təqvim günü, 30 gün əsas, 2 gün əmək stajına görə əmək məzuniyyətinə buraxılmış, məzuniyyəti xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. İşdə olan əmək məzuniyyəti verilməsi haqqında 25 iyun 2020-ci il tarixli 353/k saylı əmrdən görünür ki, texniki şöbənin hovuz operatoru xx.xx.2019-xx.xx.2020-ci iş ilinin əmək məzuniyyəti hesabından 32 təqvim günü, 30 gün əsas, 2 gün əmək stajına görə əmək məzuniyyətinə buraxılmış, məzuniyyəti xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək müəyyən edilmişdir. İşdə olan əmək məzuniyyəti verilməsi haqqında xx.xx.2021-ci il tarixli 411/k saylı əmrdən görünür ki, texniki şöbənin hovuz operatoru xx.xx.2020-xx.xx.2021-ci iş ilinin əmək məzuniyyəti hesabından 32 təqvim günü, 30 gün əsas, 2 gün əmək stajına görə əmək məzuniyyətinə buraxılmış, məzuniyyəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müəyyən edilmişdir. İşdə olan əmək məzuniyyəti verilməsi haqqında xx.xx.2022-ci il tarixli 502/k saylı əmrdən görünür ki, texniki şöbənin hovuz operatoru xx.xx.2021-xx.xx.2022-ci iş ilinin əmək məzuniyyəti hesabından 34 təqvim günü, 30 gün əsas, 4 gün əmək stajına görə əmək məzuniyyətinə buraxılmış, məzuniyyəti xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. İşdə olan əmək məzuniyyəti verilməsi haqqında xx.xx.2023-cü il tarixli 607/k saylı əmrdən görünür ki, texniki şöbənin hovuz operatoru xx.xx.2022-xx.xx.2023-cü iş ilinin əmək məzuniyyəti hesabından 21 təqvim günü əmək məzuniyyətinə buraxılmış, məzuniyyəti xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. İşdə olan əmək məzuniyyəti verilməsi haqqında xx.xx.2023-cü il tarixli 585/k saylı əmrdən görünür ki, texniki şöbənin hovuz operatoru xx.xx.2022-xx.xx.2023-cü iş ilinin əmək məzuniyyəti hesabından 15 təqvim günü əmək məzuniyyətinə buraxılmış, məzuniyyəti xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. İşdə olan əmək məzuniyyəti verilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-19-102/3-1- M-32/2024 saylı əmrdən görünür ki, texniki şöbənin hovuz operatoru xx.xx.2023xx.xx.2024-cü iş ilinin əmək məzuniyyəti hesabından 34 təqvim günü, 30 gün əsas, 4 gün əmək stajına görə əmək məzuniyyətinə buraxılmış, məzuniyyəti xx.xx.2025-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək müəyyən edilmişdir. İşdə olan əmək məzuniyyəti verilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-19-102/3-1- M-59.12025 saylı əmrdən görünür ki, texniki şöbənin hovuz operatoru xx.xx.2024xx.xx.2025-ci iş ilinin əmək məzuniyyəti hesabından 34 təqvim günü, 30 gün əsas, 4 gün əmək stajına görə əmək məzuniyyətinə buraxılmış, məzuniyyəti xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir. İşdə olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin texniki şöbəsinə hovuz operatoru vəzifəsinə müddətli işə qəbul edilmişdir. İş saatı 4 saat olmaqla 121,88 manat əmək haqqı verilməsi ilə bağlı razılığa gəlinmişdir. İşdə olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin texniki şöbəsinə hovuz operatoru vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. İş saatı 4 saat olmaqla 121,88 manat əmək haqqı verilməsi ilə bağlı razılığa gəlinmişdir. İşdə olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin texniki şöbəsinə hovuz operatoru vəzifəsinə müddətsiz işə qəbul edilmişdir. İş saatı 8 saat olmaqla 355 manat əmək haqqı verilməsi ilə bağlı razılığa gəlinmişdir. İşdə olan “X10İdman Mərkəzi” MMC-nin xx.xx.2026-cı il tarixdə Mingəçevir şəhər Məhkəməsinə ünvanlandığı məktubdan görünür ki, İddiaçı 2012-ci ildən 2022-ci ilə qədər əmək hüquqlarının pozulduğu haqqında 2022-ci ildə Dövlət Əmək müffətişliyi Xidmətinə rəsmi müraciət etmiş, Dövlət Əmək müffətişliyi Xidməti dərhal araşdırmaya başlamış İddiaçı hüququnun pozulmadığı aşkar edilmiş və bu barədə İddiaçı rəsmi məlumat verilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1653/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X2 arasında olan xx.xx.2005-ci ildə Mingəçevir şəhər VVADQ Şöbəsində bağlanmış 609 saylı nikah qeydi pozulmuşdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı xx.xx.2011-ci il tarixindən 2025-ci ilin oktyabr ayının 01-dək Cavabdeh MMC-də hovuz operatoru vəzifəsində çalışmışdır. Onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə öz ərizəsi əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2025-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı Cavabdeh MMC-də çalışdığı müddətdə, yəni 2009-cu il tarixindən 2025-ci ilin oktyabr ayının 01-dək müddət ərzində işlədiyi 13440 artıq iş saatı, 270 gün ödənilməmiş məzuniyyət və 4.608 manat zərərli iş saatına görə əmək haqqını ödənilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda 16 il ərzində zərərli və toksik şəraitdə işlədilməyi nəticəsində görmə qabiliyyəti 25% azalmış, ürək-damar və mədə-bağırsaq sistemimdə ciddi xəstəliklər yaranmışdır. Həmçinin işəgötürənin qanunla ona çatmalı olan vəsaitləri ödəməməsi nəticəsində yaranmış maddi sıxıntılar ailədə gərginliyə səbəb olmuş və nəticədə 16 illik ailə dağılmış və işəgötürənin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. Buna görə cavabdehdən 30,000 manat məbləğində mənəvi ziyana görə kompensasiya tələb etmişdir. İddiaçı məhkəmə iclası zamanı əmək şəraitinin zərərli olmasını əsas gətirərək, belə ki, hovuzun təmizlənməsində xlor adlı kimyəvi maddədən istifadə etdiyindən ona əlavə əmək haqqının və əlavə məzuniyyətlərin verilməsini tələb etmişdir. Cavabdehin nümayəndələri isə məhkəmə iclası zamanı müəssisənin AR NK –nın 15.05.205-ci il tarixli, 159 saylı Qərarı ilə təhlükə potensiallı obyektlərin siyahısına aid olmadığını, iddiaçıya hovuz operatoru vəzifəsinə uyğun hesablanıb verilmiş əmək haqqı və məzuniyyətlərin əmək müqaviləsinin müddəalarına uyğun hesablanıb verildiyini, iddiaçının xlor adlı kimyəvi maddə ilə hovuzun təmizləməsinin zərərli iş olmasına dair iddiasına isə cavab olaraq iddiaçıya süd ilə və kimyəvi məhsullarla təmasda olduğu üçün maska verildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgü həll edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətlərinin xarakteri müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarında görünür ki, iddiaçı Cavabdeh MMC ilə yaranmış mübahisənin həll edilməsini əmək mübahisəsi kimi təqdim etmiş, buradan aydın görünür ki, işdə olan sənədlərə əsasən iddiaçı ilə cavabdeh arasında əmək hüququ ilə tənzimlənən əmək münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında 2012-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iş saatı 4 saat qeyd olunmuş, işçinin əmək müqaviləsi üzrə əmək şəraitinin şərtləri hissəsində əmək funksiyasının zərərli olmasına dair hər hansı qeyd aparılmamışdır. Tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı əlavə olaraq sonradan iki növbəli - “Deka” şirkətində gündüz növbəsində hovuz operatoru işləmişdir. xx.xx.2019cu il tarixdə bağlanmış əmək müqaviləsində isə işçinin iş saati 8 saat göstərilmiş, işçinin əmək müqaviləsi üzrə əmək şəraitinin şərtləri hissəsində əmək funksiyasının zərərli olmasına dair hər hansı qeyd aparılmamışdır. Eyni zamanda işlədiyi illər üzrə müvafiq əmrlər imzalanmaqla əsas və əlavə əmək məzuniyyətinə buraxılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, AR ƏM-nin 92-ci maddəsinin 1-ci bəndinə əsasən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 06 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısında hovuz operatoru vəzifəsi qeyd olunmamışdır. AR ƏM-nin 115-ci maddəsinin 1-ci bəndinə əsasən yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 05 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda hovuz operatoru vəzifəsində işləyən işçilərə əlavə məzuniyyət hüququ qeyd edilməmişdir. AR ƏM-nin 211-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, bu Məcəllə ilə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə məzuniyyət hüququnun və digər normaların tətbiqini təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı: işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların respublika üzrə vahid, əhatəli siyahılarını və onların tətbiqi qaydalarını təsdiq edir. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısında həmin müəssisənin fəaliyyəti nəzərdə tutulmamışdır. Lakin həmin Qərarın 2-ci hissəsinin 2.2.2-ci bəndinə əsasən xlorlu törəmələr: metilxlorid, metilenxlorid, xloroform, karbon-4xlorid, etilxlorid, dixloretan, trixloretan, tetraxlorpropan, tetraxlorpentan, vinilxlorid, dixloretilen, trixloretilen, tetraxloretilen, heksaxlortsiklopentadiyen, allozan, xloropren, allilxlorid, butilenxlorid, heksaxlorbutadiyen və bu sıradan digərləri maddələrlə bağlı iş yerlərində çalışan işçilərə iş yerlərinin attestasiyasının nəticələri əsasında pulsuz süd və ona bərabər tutulan məhsullar verilir. Məhkəmə hesab edir ki, həm müəssisə, həm də iddiaçının işlədiyi hovuz operatoru vəzifəsi insan sağlamlığı üçün zərərli olmayan sahələr sihasına daxil edilməsə də, şəxsin xlorla təmasda olduğu üçün məhz profilaktik olaraq hər iş növbəsində 0,5 litr süd ilə təmin olunmuşdur. Yəni bu hal müəssisənin və ya hovuz operatoru vəzifəsinin zərərli şəraitli müəssisə və ya iş olmasına gətirib çıxartmır. Məhkəmə iddianın digər hissəsi - cavabdeh müəssisə tərəfindən ona vurulmuş ağır mənəvi sarsıntılara, sağlamlığının itirilməsinə və ailəsinin dağılmasına görə 30,000 manat məbləğində mənəvi ziyan kompensasiyasının alınıb ona ödənilməsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, onun zərərli və toksik şəraitdə işlədilməyi nəticəsində görmə qabiliyyəti 25% azaldığı, ürək-damar və mədə-bağırsaq sistemimdə ciddi xəstəliklər yarandığınıbildirsə də, iddiaçı tərəfindən buna dair sübutlar təqdim edilməmişdir. Belə ki, iddiaçı ona dəymiş mənəvi zərərin məhz işlədiyi zərərli əmək şəraitindən yarandığını iddia etsə də, iddiaçı ümumiyyətlə işlədiyi vəzifənin zərərli iş olmasını sübut edə bilməmişdir. Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında AR Ali Məhkəməsi Plenumunun xx.xx.2025ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən Konstitusiyanın istinad edilən normalarından göründüyü kimi, əmək hüquqları şəxsin əmək münasibətlərinə daxil olduqdan sonra yaranan hüquqları ilə yanaşı, bu münasibətlərə daxil olanadək, habelə xitam verildikdən sonra mövcud olan hüquqlarını da əhatə edir. Bu baxımdan sözügedən hüquqlara hüquqazidd müdaxilə faktının mövcudluğu yoxlanılarkən, işin hallarından asılı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və (və ya) ümumi əsaslara uyğun qiymətləndirilmə aparılmalıdır. 3.2.3. Əmək münasibətləri prosesində mənəvi zərərin vurulmasına əsas olan halların dairəsinə Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, bu münasibətlərin subyektlərinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da aiddir. 3.2.4. Belə ki, Əmək Məcəlləsinin 195-ci maddəsinin “e” və “ə” bəndləri, 285-ci maddəsinin 2-ci hissəsi, habelə 290-cı maddəsinin 3-cü hissəsinin qeydində sadalanan hüquqazidd əməllər əmək münasibətləri prosesində işəgötürən tərəfindən işçiyə mənəvi ziyanın vurulması əsası kimi birbaşa göstərilmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi əmək hüquqlarının pozulması nəticəsində ona mənəvi zərər vurulmasına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmış, iş saatıvə əmək şəraiti müəyyənləşdirilmiş, nəzərdə tutulmuş qaydada əmək və əlavə məzuniyyətlər verilmişdir. Belə olan halda iddiaçının iddiası əsassız olduğundan iddia müddətinin tətbiq olunmasına dair ərizə nəzərə alına bilməz. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli AR Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilməli olan 13440 saat artıq iş saatı, ödənilməmiş 270 gün məzuniyyət, 4608 manat zərərli iş saatına görə əmək haqqının alınıb ona ödənilməsi və mənəvi ziyana görə kompensasiyanın alınıb ona ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmənin hakimi Elza Cəbrayılzadə