Məhkəmə qərarları › İş №2(051)-247/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-247/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-247/2021 10.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi və Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, iddiaçı: İddiaçı, cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, «mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müə y y ə n etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları ilə birlikdə ünvan 1 mənzil 5 ünvanına köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iddia tələbin baxılmamış saxlanmasını bildirmiş və iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiklərini bildirərək, işə mahiyyəti üzrə baxılmasına təkid etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin baxılmamış saxlanması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunda cavabdeh məhkəmədə iştirak etmədikdə, iddiaçının ərizəni geri tələb etməsinə əsasən iddianın baxılmamış saxlanmasını nizamlayan xüsusi prosessual norma nəzərdə tutulmasa da məhkəmə hesab edir ki, məhkəmə prosesində cavabdehin etirazı olmadığı halda iddiaçının xahişi ilə iddia ərizəsinin geri qaytarılması tərəflərin mənafelərinə zidd deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsi iddia tələbinin baxılmamış saxlanmasını iddiaçının iradəsi və cavabdehin etirazının olmaması ilə şərtləndirir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinə ərizənin geri qaytarılmasına etiraz etməməsi kimi qiymət verir və iddia ərizəsinin baxılmamış saxlanmasını qanuni və əsaslı sayır. Tərfələrə izah olunmalıdır ki, iddia ərizəsinin baxılmamış saxlanması həmin tələblə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263, 264, 267, 395 və 396-cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən 10 gün müddətində qərardaddan Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar