Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-248/2025 22.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Cavabdeh Mingəçevir şəhər X4 Hüquqi Şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir şəhər Mərkəzi X1rşı iş yerinə bərpa olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Mingəçevir şəhər Mərkəzi X1rşı iş yerinə bərpa olunması tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun 14 mart 2024-cü il tarixli 18-1-61/3-1- 533/2024 saylı Əmrlə Mingəçevir Şəhər X4 X5 Şöbəsində həkim-endokrinoloq vəzifəsinə bərpa olunması və cavabdeh tərəfindən buna yaradılan maneələrə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Mingəçevir şəhər X4 Hüquqi Şəxsin nümayəndəsi X3 məhkəmə iclası zamanı mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək, iddia tələbinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəf ərizənin geri qaytarılmasını tələb etdiyindən və cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılması tələb edilmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Mingəçevir şəhər Mərkəzi X1rşı iş yerinə bərpa olunması tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-248/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-248/2025
22.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver