Məhkəmə qərarları › İş №2(051)-249/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-249/2025

04.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-249/2025 04.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı evin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi, 28 saylı fərdi yaşayış evində yerləşən Cavabdeh məxsus əşyaların, bir ədəd qoşa çarpayı, bir ədəd stenka mebelin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli ******* qeydiyyat nömrəli Çıxarışa əsasən Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 28 saylı tərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd edilən fərdi yaşayış evi valideynlərinə məxsus olmuş və onların ölümündən sonra vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Cavabdeh qardaşı Hətəmov Davudun keçmiş arvadıdır. Aralarında olan nikah Mingəçevir şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 28 saylı fərdi yaşayış evinə istifadə hüququ tanınmış və evə köçürülməsi qət edilmişdir. Buna baxmayaraq cavabdeh həmin evdə yaşamamışdır. Belə ki, başqası ilə ailə quraraq çıxıb getmişdir. Gedərkən özünə məxsus olan əşyalarını da aparmış, ancaq bir neçə əşyası qalmışdır. Uzun müddət evdə yaşamadığından və evə olan ehtiyacı aradan qalxdığından Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)- 924/2024 saylı qətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 28 saylı fərdi yaşayış evinə Cavabdeh istifadə hüququ itirilmişdir. Hazırda mülkiyyətində olan evdə cavabdehə məxsus olan bir sıra əşyalar var. Həmin əşyalar uzun müddətdir ki, evdə qalaraq, mülkiyyət hüququnu məhdudlaşdırır. Cavabdeh dəqiq yaşayış yerini bilmədiyindən əşyaların götürülməsi barədə xəbərdar edə bilməmişdir. Cavabdeh özü isə uzun müddətdir ki, əşyaları götürmək üçün gəlmir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə bildirişi Cavabdeh təqdim edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına ünvanlanmış, xx.xx.2025-ci il tarixli 17 №li məktubla cavab verilərək, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmaması və hal-hazırda harada yaşaması barədə məlumatın olmaması qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə şahid qismində izahat vermiş X4 bildirdi ki, o, ünvan 2 ünvanda yaşayır. İddiaçı onun qonşusudur. Cavabdeh iddiaçının qardaşı Hətəmov Davudun keçmiş arvadıdır. Onların birgə nikahından Əfsanə adlı uşaqları olmuşdur. Sonra onlar ayrılmışlar və Cavabdeh qızı Əfsanə ilə birlikdə çıxıb getmişdir. Cavabdeh başqa şəxslə ailə həyatı qurduğunu eşitmişdir. Uzun müddətdir ki, onu görmədiyini qeyd etmişdir. İş üzrə şahid qismində dəvət edilmiş X3 da digər şahid Alidə Məhərrəmova ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə edilmiş MA seriyalı ******* №li çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 156.26 kv.m. olan fərdi yaşayış evi və tikintialtı sahəsi ümumi 61.67 kv.m. olan fərdi yaşayış evinin tərkib sahəsi tam payla xx.xx.2010cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı mülkiyyətinə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Hətəmov X1 şəhəri H.Z.Tağıyev küçəsi, ev 28 ünvanda qeydiyyatdadır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-924/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 28 saylı fərdi yaşayış evinə Cavabdeh və X2 istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. İşin faktiki halı: Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə Cavabdeh Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 28 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilmişdir. Lakin cavabdehin əşyaları həmin mənzildə qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hər hansı hüquqi əsas olmadan Cavabdeh əşyalarının iddiaçıya məxsus mənzildə saxlaması iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan mənzildə qalması iddiaçının mülkiyyət hüquqlarını pozduğundan iddia təmin olunmalı, cavabdehin əşyaları həmin mənzildən çıxarılmalıdır. Göstərilərlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar - 1 ədəd qoşa çarpayı, 1 ədəd stenka mebel İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 28 saylı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar