Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2496/2023 12.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair məhkəmədən qıtnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verərək qeyd etdi ki, o, xx xxxxxxxx 1934-cü ildə Kəlbəcər rayonu Zar kəndində anadan olmuşdur. Bunu təsdiq edən A A1978916 saylı şəxsiyyət təsdiq edən şəxsiyyət vəsiqəsi vardır. Valideynləri də azərbaycanlı olmuşlar. Azərbaycan Respublikasının vətəndaşıdır. Ali təhsillidir. Sahibkardır. Kəlbəcər rayonu işğal olunmamışdan xeyli əvvəldən Mingəçevir şəhərində yaşayır. Məcburi köçkün deyil. Hazırda da N.Rəfibəyli küçəsi ev 6-A, mənzil 3 ünvanda qeydiyyatdadır və yaşayır. X2, anası isə X3 olmuşlar. Anası hələ o, kiçik olan vaxtı vəfat etmişdir. Atası da uzun müddətdir ki, vəfat etmişdir. Hər iki validenləri Kəlbəvərdə olarkən vəfat etmişlər. Onların ölüm akt qeydləri Kəlbəcərdə apaılmış, onda onların ölüm haqqında şəhadətnamələri yoxdur. O, və digər qardaşı Talıb valideynləri Nəcəf və Tavat olmuşlar. Atası sonradan ailə qurmuş, sonrakı nikahdan da uşaqları olmuşdu. O və qardaşı Talib babası Abbasın adını soyad kimi qəbul etmişlər. Valideynlərinin soyadından fərqli olaraq hər iki qardaş Abbasov soyadını daşıyırlar. Onun əmlakı vardır. Əmlaklarını qardaşının uşaqlarına bağışlamaq istəyir. Onların qohumluğu müəyyən edilmir. Qardaşı Talib vəfat etmişdir. Qardaşı Talibin doğum haqqında şəhadətnaməsi vardır. Doğum haqqında şəhadətnamənin təkrar alınması ilə bağlı Maraqlı şəxs2nə müraciət etdi. Maraqlı şəxs2ndən ona cavab verərək göstərdilər ki, Ərizəçi doğumu haqqında akt qeydi Maraqlı şəxs2ndə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X1 Reyestr Xidmətinin Avtomatlaşdırılmış qeydiyyat İnformasiya Sistemində aşkar edilməmişdir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Kəlbəcər rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, xx.xx.1934-cü il tarixdə Kəlbəcər rayonu Zar kəndində anadan olmuş Ərizəçi doğum akt qeydi aşkar olunmamışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1934-cü il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 1935-ci ildə Kəlbəcər rayonu Zar kəndində doğulmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi xx.xx.1934-cü il tarixdə Kəlbəcər rayonu Zar kəndində doğulmuşdur. Ərizəçi doğulan zaman ona doğum haqqında şəhadətnamə verilmiş, lakin sonradan həmin şəhadətnamə itmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi, X2, anası X3 olmaqla, xx xxxxxxxx 1934-cü il tarixdə Kəlbəcər rayonu Zar kəndində doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, X2, anası X3 olmaqla, xx xxxxxxxx 1934-cü il tarixdə Kəlbəcər rayonu Zar kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2496/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2496/2023
12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver