Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-255/2022 27.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1, Cavabdeh3 vəkili Vəkil2 iştirakı ilə, iddiaçı: X4 cavabdehlər: X13, Cavabdeh3 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun 2005-ci il təvəllüdlü Nəzrin, 2008-ci il təvəllüdlü Zeynəb və 2011-ci il təvəllüdlü İbrahim adlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, oiddiaçı cavabdeh Səfər Ələsgərovla 24 fevral 2004-cü ildə evlənib onun yaşadığı Mingəçevir şəhəri Niyazi küşəsi 41 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxt iddiaçı həmin evdə cavabdeh Səfər Aslanov və onun valideyinləri Aslan və Güllər Aslanova ilə birlikdə yaşamağa başlamışlar. İddiaçıya məxsus cehiz əşyaları mənzilin bir otağına yığılmışdır. 2005-ci ildə qayınatası Aslan Ələsgərov vəfat etmişdir. Onların birgə nikahlarından 3 nəfər uşaqları olmuşdur. 2020-ci ildən isə onlarla birlikdə baldızı Cavabdeh2 iki uşağı ilə birlikdə yaşamağa gəlmişdir. Cavabdehlə son vaxtlara qədər mehriban yaşamışlar. Hətta ailə üzvlərinin razılığı ilə Səfər Ələsgərovla birgə qazancnları hesabına həyətdə yaşayış evi tikməyə başlamışlar. Lkain sonradan cavabdeh Səfər Ələsgərovun ailəyə münasibəti dəyişmyə başlamış, ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Atasının belə rəftarından psixi gərginlik keçərən qızı Nəzrin özünə qəsd etmişdir. Bundan sonra qorxduğundan həmin evdə qızının gərginliyə görə atası evinə uşaqlarını gətirmişdir. Ancaq sonradan Səfər Ələsgərov onu həmin evə buraxmamışdır. Aralarındakı nikah hələki pozulmamışdır. İddiaçıya məxsus qızıl-zinət əşyaları da həmin evdə qalmışdır. Övladları onun yanındarılar. Uşaqlrın saxlanması üçün aliment qət edilsə də cavabdeh təyin olunmuş alimenti ödəməkdən yayınır. İddiaçı və övladlarının mübahisəli mənzildə qeydiyyatdadırlar. Həmin fərdi yaşayış evi 08 may 2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin tarixədək fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. X14 03 fevral 2005-ci ildə vəfat etdikdən sonra mirası əri Cavabdeh1 qəbul etmiş və həmin vaxtdan da sonra həmin mənzildə yaşayr.Ona görə də iddiaçının və övladları 2005-ci il təvəllüdlü Nəzrin, 2008-ci il təvəllüdlü Zeynəb və 2011-ci il təvəllüdlü İbrahim adlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X7 etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbi ilə qəbul etməyərək izahatında gösrətmişdir ki, X11 cavabdeh Azər İbrahimovun qızıdır. Nəzrin İbrahimova uşaqlıqdan cavabdehlərlə mübahisəli Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin, 16 saylı mənzildə yaşasa da xeyli müddətdir evi tərk etmiş və həmin mənzildə yaşamır. Nəzrinin bacı-qardaşı onun sözügedən mənzildə onlarla birlikdə yaşamasına razı deyillər. Nəzrin İbrahimova həmin mənzildə yaşayarsa daim söz-söhbət olması qaçınılmaz olar. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 08 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 nömrəli 0,0966 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququ 08.05.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 nömrəli 0,0966 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına mülkiyyət hüququ əsasında 08.05.2021-ci il tarixdə qeydiyyata alınmışdır. 02 fevral 2022-ci il tarixli, 162 saylı məktubdan görünür ki, 03 fevral 2005-ci il tarixdə ölmüş X5 məxsus olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi sahəsi 0.09640 ha olan torpaq sahəsinin mərhum X5 ümumi birgə mülkiyyət hüququ ilə məxsus hissəsinə Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisində 11.01.2022-ci il tarixdə mərhumun vərəsələri arvadı-X2, oğlu- X8, qızı-X6, X1 və qızı-Cavabdeh2 adına hər birinə 1/5 pay olmaqla 2V-25, 2V-26, 2V-27, 2V-28 və 2V-29 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qeyd olunan tarixdə 3M-31 reyestr saylı miras payının bağışlanması müqaviləsi ilə X13, X12, X3 və Cavabdeh2 onlara düşən vərəsəlik payılarını anaları-Cavabdeh3 bağışlanmışdırlar. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə köçürülmə ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə köçürülmə ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, X.Ələsgərovanın mübahisəli mənzildən yaşamaq hüquq münasibəti mənzilə gəlin köçdüyü vaxtdan yaranmışdır. Həmin vaxt mənzilə mülkiyyət hüququ qeydə alınmadıgından bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci madəsinə əsdasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə olunmuş sənədləri və qanunvericiliyin müvafiq normalarını əhatəli şəkildə təhlil edib belə hesab edir ki, iddiaçının əri Səfər Ələsgərovun 03 fevral 2005-ci ildə vəfat etmiş atası Aslan Səfərovdan miras qalmış əmlakı 17 ildən sonra məhkəmə mübahisəsi əsnasında bacısı Gülər Ələsgərovaya bağışlaması Xəyalə Əlkəsgərova və onun uşaqlarının istifadə hüququna xitam verilməsi ilə nəticələnə bilməz. Belə ki, Xəyalə Ələsgərova və onun uşaqları bu mənzildə birgə yaşamaqla istifadə hüququ əldə etmişlər. Belə ki, iddiaçı ilə cavabdeh arasında 24 fevral 2004-cü ildə nikahları bağlanmış və onlar həmin tarixdən mübahisəli mənzildə yaşamağa başlamışlar. iddiaçı Xəyalə Ələsgərova cavabdeh Səfər Ələsgərovun arvadı olmaqla ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçmüş və yaşamışdır. İddiaçının yaşamaq üçün başqa yaşayış yeri olması iş materialları ilə öz əksini tapmamışdır. Belə olan halda X4 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsi labüddür. İddiaçı bununla bağlı öz sübutlarını təqdim etmiş, cavabdehlər tərəfindən isə bu halı istisna edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Buradadan görünür ki, mübahisə üzrə münasibət həmin tarixdən yaranmışdır. Ona görə də hazırki mübahisə Mülki Məcəllənin 228.5-ci maddəsi ilə həll olunmalıdır. Həmin maddənin mənasından da görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (arvadı, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X9 qızı, övladları 2005-ci il təvəllüdlü Nəzrin, 2008-ci il təvəllüdlü Zeynəb və 2011-ci il təvəllüdlü İbrahim adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət e t d i : İddia tələbi təmin edilsin. X9 qızı, övladları 2005-ci il təvəllüdlü Nəzrin, 2008-ci il təvəllüdlü Zeynəb və 2011-ci il təvəllüdlü İbrahim adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-255/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-255/2022
27.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver