Məhkəmə qərarları › İş №2(051)-2550/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2550/2024

29.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2550/2024 29.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7, maraqlı şəxs X12, Maraqlı şəxs nümayəndəsi X6 iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizə: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmış X4 xx.xx.2002-ci il tarixdə Mingəçevir şəhərində X1 doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər X21 bölməsində AR CM-nin 126.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2002-ci il təvəllüdlü X9 təqsirləndirilmişdir. Həmin şəxsin ad,soyad, ata adı və təvəllüdü oxuduğu 14 saylı məktəbdən alınmış arayışda qeyd olunmuşdur. Lakin polis şöbəsi tərəfindən istintaq zamanı F.Antipovun şəxsiyyətini təsdiq edən sənədin əldə edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxsin sadəcə X3 adlı qadın tərəfindən Mingəçevir şəhərində doğulması Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından əldə edilmiş sənədlərdən məlum olmuşdur. Valideynlərin yerini isə müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. İşdə iştirak edən şəxslərin izahat və ifadələri: Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X15 vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Sevinc Hüseynova izahatında bildirdi ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciət edərək doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X4 doğumu haqqında hər hansı məlumatı aşkar olunmamışdır. Ərizəçinə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmək tövsiyə olunmuşdur. Qeydiyyat şöbəsinin rəisi ərizənin təmin olunmasına etiraz etmir. Eyni zamanda məhkəmədən xahiş edir ki, qətnamənin nəticə hissəsində doğum haqqında şəhadətnamənin şəxsin iştirakı olmadan verilməsi qeyd edilsin. Maraqlı şəxs Antipov Fərid izahatında bildirdi ki, xx.xx.2002-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Anası X3dır. X2r. 14 saylı məktəbdə təhsil almışdır. Bir bacısı vardır. Anası hazırda müalicə üçün Rusiya Federasiyasındadır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının nümayəndəsi X19 öz izahatında bildirdi ki, həqiqətən də X3 xx.xx.2002-ci il tarixdə Mingəçevir Şəhər Mərkəzi X11 daxil olmuş, çəkisi 3600 qram olan kişi cinsində uşaq dünyaya gətirmiş və xx.xx.2002-ci il tarixdə uşaqla birlikdə evə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Mingəçevir şəhər 14 №li tam orta məktəbin direktoru X20 öz izahatında bildirmişdir ki, həqiqətən də X22 xx.xx.2010-cu il tarixdə 69 №li əmrə əsasən Mingəçevir şəhər R.Qəhrəmanov adına 14 №li tam orta məktəbin 1-ci sinfinə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə 8 №li əmrə əsasən İX sinfini yarımçıq olaraq bitirmiş, məktəbin şagird kontingentindən azad edilmiş və ümumi orta təhsil haqqında attestat almamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 bildirdi ki, Fəridin anası X3 ilə 2010-cu ildə faktiki ailə həyatı qurmuşdur. Faktiki nikahlarından bir qızı doğulmuşdur. Həmin vaxt Fəridin 8 yaşı olmuşdur və anası ilə yaşamışdır. Anastasiya Fəridin doğma anasıdır. Fəridin doğma atasının kim olduğunu bilmir. Fəridə 2010-cu ildən atalıq edir. Fəridi rəsmi olaraq övladlığa götürməsi üçün Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin təqdim edilməli olan sənədlərdə uyğunsuzluq olması səbəbilə müraciəti təmin edilməmişdir. Bununla belə yenidən qeydiyyat şöbəsinə Fəridin atası olması ilə bağlı müraciət edəcəyini bildirdi. Eyni zamanda Anastasiyanın hazırda müalicə üçün Rusiya Federasiyasına getdiyini bildirir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər Polis Şöbəsinin Ərizəçinə ünvanlanmış məktubundan görünür ki, AR CM-nin 126.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Fərid Antipovun şəxsiyyətini təsdiq edən sənədi əldə etmək mümkün olmamış, odur ki, doğum faktının müəyyən edilməsi üçün Qəyyumluq və Himayəçilik qismində Mingəçevir Şəhər Məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli Maraqlı şəxs Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş sorğusuna verilmiş cavabdan görünür ki, Maraqlı şəxs arxivində saxlanılan xx.xx.1999xx.xx.2005-ci illər üzrə ilkin, 2002-2011-ci illər üzrə bərpa akt qeydləri, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar xx.xx.2024-cü ilədək yoxlanılmış və xx.xx.2002-ci il təvəllüdlü X4 doğumunun qeydə alınmaması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli X27 Təhsil İdarəsi, Mingəçevir şəhəri üzrə Təhsil sektoru R.Qəhrəmanov adına 14 №li tam orta məktəb tərəfindən verilmiş arayışa əsasən X9 xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həmin məktəbdə təhsil almışdır.xx.xx.2019-cu il tarixdən məktəbin İX sinfini yarımçıq bitirmişdir və ümumi orta təhsil haqqında attestat almamışdır. xx.xx.2024-cü il tarixli 325 №li X27 Təhsil İdarəsi, Mingəçevir şəhəri üzrə Təhsil sektoru R.Qəhrəmanov adına 14 №li tam orta məktəbin arayışına əsasən X22 xx.xx.2010-cu il tarixli 69 №li əmrə əsasən həmin məktəbin İ sinfinə qəbul edilmiş və Xarici ölkələrə getməsi ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixli 8 №li əmrə əsasən məktəbin şagird kontingentindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli 4(051)-72/2024 saylı Mingəçevir Şəhər Məhkəməsinin qərarına əsasən, AR CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X9 barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. 699 №li doğum tarixi haqqında qeyddən görünür ki, X3 xx.xx.2002-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi X11 daxil olmuş və çəkisi 3600 qram olan kişi cinsində uşaq dünyaya gətirərək, xx.xx.2002-ci il tarixdə kafi vəziyyətdə uşaqla birlikdə evə yazılmışdır. xx.xx.2024-cü il tarixli X8 izahatından görünür ki, o, X3 ilə 2010-cu il tarixdə faktiki olaraq ailə həyatı qurmuş, həmin vaxt Fəridin anası ilə yaşadığını qeyd etmiş, atasının kim olmasının ona bəlli olmadığını, Fəridə 2010-cu ildən özünün atalıq etdiyini, Fəridin Mingəçevir şəhər 14 saylı tam orta məktəbdə təhsil aldığını bildirmişdir. Fəridi rəsmi olaraq övladlığa götürməsi üçün Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İşin müəyyən olunmuş halı: X3 xx.xx.2002-ci il tarixdə Mingəçevir Şəhər Mərkəzi X11 daxil olmuş və çəkisi 3600 qram olan kişi cinsində uşaq doğmuşdur. Uşağın anası doğum haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etməmişdir. Uşaq müvafiq sənədi olmadan orta məktəbdə təhsil almışdır. Uşağın oxuduğu məktəbdəki sənədlərdə adı Fərid, soyadı Antipov, ata adı Ramiz qeyd olunmuşdur. Şəxsin hazırda ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı istintaq orqanında cinayət işi var və o, həbsdədir. Şəxsin şəxsiyyətini təsdiq edən sənədin alınması üçün doğum faktının müəyyən edilməsi ilə bağlı Ərizəçi məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Fərid atasının Xəyal olduğunu bildirir. Şahid qismində dindirilən X16 doğum haqqında şəhadətnamədə ata qrafasında onun adının yazılmasına etiraz etmədiyini bildirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 59.1. Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

43. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. 168.2. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmənin mövqeyi: Qanunun tələbindən göründüyü kimi qanunda nəzərdə tutulduğu halda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Müvafiq icra hakimiyyəti şəxsin doğulması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ananın hamiləliyi və doğuşla bağlı hallar aydınlaşdırılmış, doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlarla ananın uşağı tibb müəssisəsində doğması müəyyən olunmuşdur. Belə olan halda yetkinlik yaşına çatmış Antipov Fəridin Azərbaycan Respublikası Mingəçevir şəhərində xx.xx.2002-ci il tarixdə X1 doğulması faktı təsdiq olunmalıdır. Doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatların öz əksini tapmasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında iştirak edən maraqları naminə müraciət edilən Antipov Fərid və X16 doğum haqqında şəhadətnamədə ata qrafasında X8 yazılmasına etiraz etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Antipov Fəridin ata qrafasında milliyəti azərbaycanlı olan X17 yazılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X12 xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Mingəçevir şəhərində doğulması faktı təsdiq olunmalı, xx.xx.2002-ci ildə Azərbaycan Respublikası, Mingəçevir şəhərində doğulmuş X12 doğum haqqında akt qeydində doğum tarixi qrafasında xx.xx.2002-ci il, doğum yeri qrafasında Azərbaycan Respublikası, Mingəçevir şəhəri, atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X16, anası qrafasında (milliyyətcə rus olan) X3 göstərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq Qət etdi: Ərizə təmin edilsin. X12 xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Mingəçevir şəhərində doğulması faktı təsdiq olunsun. xx.xx.2002-ci ildə Azərbaycan Respublikası, Mingəçevir şəhərində doğulmuş X12 doğum haqqında akt qeydində doğum tarixi qrafasında xx.xx.2002-ci il, doğum yeri qrafasında Azərbaycan Respublikası, Mingəçevir şəhəri, atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X16, anası qrafasında (milliyyətcə rus olan) X3 göstərilsin. X12 iştirakı olmadan doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar