Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2551/2023 14.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0195 ha torpaq sahəsinin bütövlükdə onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X14 onun anası olmuşdur. Mingəçevir şəhəri, Mərkəzi küçə 12-ci döngə, 36 ünvanında yerləşən 0.0195 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə mərhum X3nın adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. X3 xx.xx.2015-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. Miras əmlakın rəsmi qaydada qəbul edilməsi ilə bağlı müraciət edə bilməmişdir. Lakin torpaq sahəsinə faktiki istifadə etməklə miras əmlakı faktiki qəbul etmişdir. Sözügedən Mingəçevir şəhəri, Mərkəzi küçə 12-ci döngə, 36 ünvanında yerləşən 0.0195 ha torpaq sahəsi yalnız onun tərəfindən qəbul olunmuş və onun tərəfindən idarə olunur. Lakin Notariat Ofisinə müraciət etdikdə ona Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi notariusu məktubla “mirasın qəbulu faktı ilə əlaqədar” məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Onun anasından qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanı yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs olan bacıları və mərhumun qardaşının arvadı da miras əmlakdan imtina edirlər. Odur ki, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi anası Qənirə ilə bağ qonşusu olmuşdur. Qənirə vəfat etdikdən sonra ərizəçi gəlib-getmiş, sonra isə həmin bağa baxmaq üçün bağ qonşuları Elmanla razılıq əldə etmişdir. Meyvə sezonunda bir neçə dəfə Vəfanın bağdan meyvə yığıb aparmasını görmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi Səfərovanın anası Qənirə ilə bağ qonşusu olmuşdur. Qənirə vəfat etdikdən sonra çox vaxt Vəfa gəlib-getmiş, sonra isə həmin bağa baxmaq üçün bağ qonşusu kimi onunla razılıq əldə etmişdir. Meyvə sezonunda həmişə Vəfa gəlib bağdan meyvə yığıb aparmışdır. Maraqlı şəxslər Maraqlı şəxs2, X10, Maraqlı şəxs3 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs2, X6, Maraqlı şəxs3 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1779 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1968-ci il tarixdə X17 ilə X8 birgə nikahından doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.1982-ci il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1940-ci il tarixdə Ağdaş rayonu, Nemətabad kəndində doğulmuş X14 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci il tarixədək aparılmış və 1939-cu ildə doğulmuş əri- X18, xx.xx.1968-ci il tarixdə doğulmuş qızı-Ərizəçi, xx.xx.1978-ci il tarixdə doğulmuş qızı-Maraqlı şəxs2, xx.xx.1975-ci il tarixdə doğulmuş qızı-X12, xx.xx.1972-ci il tarixdə doğulmuş qızı- Maraqlı şəxs3 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan xx.xx.2022-ci il qeydiyyat tarixli, **********81 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Mingəçevir şəhəri, Mərkəzi küçə 12-ci döngə, 36 ünvanında yerləşən 0.0195 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X8 adına ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Maraqlı şəxs2, X12, Maraqlı şəxs3, həmçinin X15 tərəfindən ayrı-ayrılıqda yazılmış və notarius tərəfindən təsdiq edilmiş ərizələrdən görünür ki, onlar mərhum X8 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, odan miras qalmış əmlakı qəbul etməmişlər, ona görə də öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyillər, həmçinin gələcəkdə də mirasın qəbul edilməsi müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklər. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. X4, X3dır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 ilə X16 arasında xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhər Nikah evində rəsmi nikah bağlanmış və həmin nikah 155 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, Mingəçevir şəhəri, Mərkəzi küçə 12-ci döngə, 36 ünvanında yerləşən 0.0195 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə mərhum X8 adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə vəfat etmiş X5 Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2, X10 və Maraqlı şəxs3 və mərhum X13 Mingəçevir şəhəri, Mərkəzi küçə 12-ci döngə, 36 ünvanında yerləşən 0.0195 ha torpaq sahəsi miras qalmışdır. Ərizəçi həmin əmlakı miras əmlak kimi faktiki qəbul etmişdir. Digər vərəsələr isə mirasdan imtina etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri, Mərkəzi küçə, 12-ci döngə, 36 ünvanında yerləşən 0.0195 ha torpaq sahəsinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, Mingəçevir şəhəri, Mərkəzi küçə 12-ci döngə, 36 ünvanında yerləşən 0.0195 ha torpaq sahəsinin miras əmlak kimi yalnız Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2551/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2551/2023
14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver