Məhkəmə qərarları › İş №2(051)-2566/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2566/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2566/2024 28.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə Ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, atası X1, anası X2 olmaqla, xx xxxx 1957-ci il tarixdə Bərdə rayonu Nazirli kəndində doğulmağına dair xx.xx.1957-ci il tarixdə tərtib edilmiş 17 nömrəli doğum akt qeydinin qeydiyyatı faktının müəyyən edilməsi və onun- Ərizəçi adına həmin doğum akt qeydinin bərpa olunması, adına açılmış xx.xx.1957-ci il tarixdə tərtib edilmiş 17 nömrəli doğum akt qeydində soyadı- Əhmədov, adı-Mahir, ata adı- X1, ana adı X2, doğulduğu yer Bərdə rayonu, Nazirli kəndi, milliyyəti azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü ii tarixli doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. Müraciəti ilə əlaqədar Bərdə rayon qeydiyyat şöbəsinə sorğu edilmiş və cavab olaraq bildirilmişdir ki, Bərdə rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi aid doğum akt qeydi aşkar edilmədi. Arxiv məlumatları Bərdə rayon qeydiyyat şöbəsi üzrə 1954-1960-cı illərə dair ilkin akt qeydləri yoxlanılmışdır. Eyni zamanda bildirilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi İsbi oğluna dair Bərdə rayonunun Nazirli kənd icra nümayəndəliyi tərəfindən (uşağın atası ilə nikahda olmayan ananın ərizəsinə əsasən) xx.xx.1957-ci il tarixli 17 saylı doğum haqqında akt qeydi aşkar edilmişdir. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin doğum haqqında akt qeydinə düzəliş edilməsinə hüquqi əhəmiyyətli fakt qaydasında baxılması mümkün deyildir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ərizəçinin, doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə yenidən Qeydiyyat Şöbəsinə, tələbinin təmin edilməsindən imtina edildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə ərizəçinin yuxarıda sadalanan nöqsanlarla məhkəməyə müraciət etdiyini nəzərə alır və hesab edir ki, bununla ərizəçi, ərizənin forma və məzmununa dair qaydaları nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə yenidən Qeydiyyat Şöbəsinə, tələbinin təmin edilməsindən imtina edildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixdə saat 11:54:06-da "xxxx" MMC, Yevlax RPF, Mingəçevir MXŞyə ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar