Məhkəmə qərarları › İş №2(051)-257/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-257/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-257/2022 10.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi Həsən oğlu, onun nümayəndəsi və vəkili Vəkil, maraqlı şəxs Maraqlı şəxs3 nümayəndəsi Nümayəndə Əsgər oğlunun iştirakı ilə, mirasın bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Həsən oğlu miras əmlakın bütövlükdə qəbul edilməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 3 №-li evin 2 №-li mənzili və Topağın mülkiyyətə verilməsinə dair SN-1503A seriyalı KOD 90200002 №-li şəhatətnamə ilə verilmiş 0,06 hektar torpaq sahəsi qardaşı X9 mülkiyyətində olmuşdur. X23 05.10.2018-ci ildə vəfat etmişdir. Qardaşı Akif ailəli olmamışdır. X2 06.05.1978-ci ildə, anası X19 13.02.2015-ci ildə vəfat etmişlər. Üç qardaşı, iki bacı olmuşlar. X1 14.12.2013-cü ildə, qardaşı X13 09.09.2000-ci ildə vəfat etmişlər. X3, bacısı Maraqlı şəxs3 Həsən qızı isə sağdırlar. Qardaşı Akif vəfat edəndən sonra qardaşından miras qalmış N.Rəfibəyli küçəsi 3 №-li evin 2 №-li mənzlində o, yaşayır, mirası faktiki olaraq o, qəbul etmişdir. Lakin bacı və qardaşı həmin mənzildə yaşamırlar. Mirası qəbul etdiyi üçün o, vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat kontoruna müraciət etmişdir. Lakin notariat kontoru ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddianın təmin olunmasını, qardaşından miras qalmış Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 3 №li evin 2 №-li mənzilin və Torpağın mülkiyyətə verilməsinə dair SN-1503A seriyalı KOD 90200002 №-li şəhatətnaməyə əsasən verilmiş 0,06 hektar torpaq sahəsinin miras əmlak kimi yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi Vahid Həsənovun nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasında ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və X10 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxılması mümkündür. Maraqlı şəxs3 nümayəndəsi Nümayəndə Əsgər oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı Ərizəçi Rusiya vətəndaşıdır, Rusiyada yaşayır, az hallarda Mingəçevir şəhərinə gəlir. Mingəçevir şəhərinə gələndə qardaşı Akif Həsənovdan miras qalmış mənzildə bir neçə gün qalıb, yenidən Rusiyaya qayıdır. Miras qoyan X28 Quliyevanın qardaşıdır. Akif xəstə olmuşdur, xəstəlikdən əziyyət çəkirdi, ona bacısı Maraqlı şəxs3 qulluq edirdi. Akif özünə məxsus əmlakları Maraqlı şəxs3 vəsiyyət etmiş, vəsiyyətnamə notariat kontorunda təsdiq olunmuşdur. Akif Həsənovun vəfatından sonra Maraqlı şəxs3 mirasın qəbulu lə bağlı notariata qanunla müəyyən edilmiş müddətdə ərizə verərək mirası qəbul etmişdir. On görə də hesab edirəm ki, Ərizəçi mirası onun tərəfindən qəbul edilməsi barədə izahatı əsassızdır. Məhkəmə ərizəçini və maralı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. İşə əlavə edilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 3 №-li evin 2 №-li mənzili X9 mülkiyyətindədir. İşdə olan SN-1503A seriyalı KOD 90200002 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 №-li qərarı ilə Həsənov Akif Həsən oğlunun mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 05 oktyabr 2018-ci ildə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 valideynləri X5 və X11. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsindən verilmiş 04 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, X5 06 may 1978-ci ildə ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 13 fevral 2015ci ildə olmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli arayışda göstərilir ki, X9 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 05 oktyabr 2018-ci ilədək bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X9 nikah haqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsindən verilmiş 10 noyabr 2021-ci il tarixli arayışda göztərilir ki, X18 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 10 noyabr 2021-ci ilədək yoxlama aparılmış mərhum haqqında hər hansı məlumat aşkar olunmadı. İşə əlavə olunmuş Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 01 noyabr 4054 №-li il tarixli cavab məktubunda Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İşə əlavə olunmuş Mingəçevir Regional “ASAN xidmət” notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 23 sentyabr 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 3 №-li evin 2 №-li mənzilində qeydiyyatda olan X18 ölən günə kimi özünə məxsus olan bütün əmlakını, o cümlədən istənilən daşınar və daşınmaz əmlaklarını Mingəçevir şəhəri Mehmandarov küçəsi 12 A №-li evdə qeydyyatda olan Maraqlı şəxs3 vəsiyyət edir. İşə əlavə olunmuş Mingəçevir şəhər Mehmandarov küçəsi 12A №-li evdə yaşayan Maraqlı şəxs3 Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlandığı və notariat ofisində təsdiq edilmiş 18 dekabr 2018-ci il tarixli ərizədən görünür ki, Maraqlı şəxs3 05 oktyabr 2018-ci ildə vəfat etmiş qardaşı X8 qalmış mirası qəbul etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 valideynləri X5 və X11. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X24 qızı arasında 18 mart 1996-cı ildə nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvad Quliyeva soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-1 maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər qanun üzrə birinci növbədə, 1159.2-ci maddəsinə görə ölənin bacı və qardaşları ikinci növbədə vərəsələrdir. Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəlləsinin 1243.1-ci maddəsində göstərilir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Malki Məcəlləsinin 1246-ci maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi və maraqlı şəxslər Sahid Həsənov, Maraqlı şəxs3 miras qoyan Akif Həsənovun ikinci növbəli vərəsələrdir. Miras qoyan X18 ölən günə kimi ona məxsus olan bütün əmlakı bacısı, iş üzrə Maraqlı şəxs3 vəsiyyət etmişdir. Vəsiyyət edilən Maraqlı şəxs3 qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verilməklə mirası qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi X23dan miras qalmış Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 3 №-li evin 2 №-li mənzilinin və 0,06 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə ərizəsi əsassız olduğuna görə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizəçi X8 miras qalmış Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 3 №-li evin 2 №-li mənzilinin və 0,06 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar