Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2571/2023 21.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixli 552 nömrəli orderin X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, bildirir ki, o, hal-hazırda ünvan 1 ünvanda yaşayır. Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən Mingəçevir şəhər XDS İK-nin xx.xx.1969-cu il tarixli əsasında, xx.xx.1999-cu il tarixdə 552 nömrəli order verilmişdir. Sözügedən orderdə anası adı Zərəngiz əvəzinə Zarzı kimi yazılmışdır. Anasına məxsus sənədlərdə adının Zərəngiz olması açıq aydın müşahidə olunur. Lakin hər-hansı səbəbdən sözügedən orderdə adı səhvən Zarzı yazılmış və adlar arasında uyğunsuzluq olmuşdur. X1 xx.xx.2013-cü ildə vəfat etmişdir. Göstərilən səhv yazılma mənim hüquqlarını pozur. Mülkiyyət şəhadətnaməsində olan yalnışlıq onların mülkiyyət və sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Torpağa mülkiyyət sənədinin yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün əsasdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşlar. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.1964-cü il tarixdə X8 ilə X3 birgə nikahından doğulmuşdur. İşin materiallarında olan işin materiallarında olan X2 məxsus doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.1941-ci il tarixdə Samux rayonunda doğulmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21/3-35/2-14-0104-8/2023 saylı məktubdan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. İşin materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ölüm haqqında şəhadətnamənin təsiqlənmiş surətindən görünür ki, X8 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İşin materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ölüm haqqında şəhadətnamənin təsiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşin materiallarında olan Mingəçevir XDS-nin 14 iyul 1999-cu il tarixli 552 nömrəli orderin surətindən görünür ki, Mingəçevir şəhər Tekstlni küçəsi ev 5, mənzil 46 nömrəli ev X5 və ailə üzvlərinə mənzil ilə təmin olunmaq üçün verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir XDS-nin 14 iyul 1999-cu il tarixli 552 nömrəli orderi ilə Mingəçevir şəhər Tekstlni küçəsi ev 5, mənzil 46 nömrəli ev X5 və ailə üzvlərinə Mingəçevir XDS-nin 14 iyul 1999-cu il tarixli 552 saylı order əsasında verilmişdir. Lakin həmin sənəddə X3 adı səhvən “Zarzı” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir XDS-nin 14 iyul 1999-cu il tarixli 552 nömrəli order ilə mənzilin mülkiyyətə verilməsinə dair order əsasında mülkiyyət hüququ ərizəçiyə məxsusdur, həmin sənəddə yazılmış “Hümbətova Zarzı” adı “X6” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə sözügedən mənzilə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir XDS-nin 14 iyul 1999-cu il tarixli 552 saylı mənzil ilə təmin olunmaq üçün order hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, Mingəçevir XDS-nin 14 iyul 1999-cu il tarixli 552 nömrəli order ilə mənzilin ilə təmin olunmaq üçün mülkiyyətə verilməsinə dair orderdə göstərilən şəxs ərizəçiyə, yəni X4 məxsus olmasını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Odur ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir XDS-nin 14 iyul 1999-cu il tarixli 552 saylı orderin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2571/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2571/2023
21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver