Məhkəmə qərarları › İş №2(051)-2576/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2576/2025

09.02.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2576/2025 09.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Mingəçevir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin rəisi X2 iştirakı ilə Ərizəçi qızının şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən qızı mərhum X1 03 fevral 2025-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qızı X3 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasının Tümen Vilayətinin Noyabrsk şəhərində doğulmuşdur. X3 xx.xx.2025-ci il tarixdə yaşadıqları Mingəçevir şəhərində vəfat etmişdir. Onu xx.xx.2025-ci ildə Mingəçevir şəhər köhnə nemes qəbristanlığında dəfn etmişlər. Müəyyən müddət sonra Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı müraciət etmişdir. Ancaq Qeydiyyat şöbəsindən məhkəməyə müraciət etməyi tövsİyyə etmişlər. O da qızı X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı izahatında göstərdi ki, hazırda sənədləşmə işləri ilə bağlı ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Odur ki, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin rəisi X5 məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçinin anasıdır. X3 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 da X6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası, Yamalo-Nenets muxtar dairəsi, Noyabrsk şəhərində doğulmuşdur. İş materiallarında olan Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Ölümün ilkin səbəbi: Yaxınların dediyinə görə beyin xərçəngindən əziyyət çəkib. İş materiallarında olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixədək yoxlama aparılarkən X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, X3 xx.xx.2020-ci il tarixdə doğulmuş, xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmiş və Mingəçevir şəhərində köhnə nemes qəbristanlığında dəfn edilmiş, lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda sənədləşmə işləri ilə bağlı ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunsa da, o, həmin sənədləri başqa qaydada əldə olunmur. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1–ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası, Yamalo-Nenets muxtar dairəsi, Noyabrsk şəhərində doğulmuş, X1 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar