Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-26/2020 01.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X16 və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər: Cavabdeh, X11, X8, X10 və X9 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» QSC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdehlər Cavabdeh, X6, X1, X4 və X7 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 65320.91 manat məbləğində kredit borcu, 24727.06 manat məbləğində faiz borcu və 47207.82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 137255 (yüz otuz yeddi min iki yüz əlli beş) manat 79 (yetmiş doqquz) qəpik məbləğində borcun; 015R********** saylı kredit razılaşması üzrə 26756.36 ABŞ Dolları məbləğində kredit borcu, 8912.71 ABŞ Dolları məbləğində faiz borcu və 17705.67 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 53374 (əlli üç min üç yüz yetmiş dörd) ABŞ Dolları 74 (yetmiş dörd) sent məbləğində borcun; 015KK**********01 saylı kredit razılaşması üzrə 4999.86 ABŞ Dolları məbləğində kredit borcu, 434.1 ABŞ Dolları məbləğində faiz borcu və 3330 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 8763.96 ABŞ Dolları məbləğində borcun, üç müqavilə üzrə 137255 (yüz otuz yeddi min iki yüz əlli beş) manat 79 qəpik və 62138 (altmış iki min yüz otuz səkkiz) ABŞ Dolları 70 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması, Tələbin Cavabdeh məxsus Mingəçevir şəhəri, Nəsimi küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinə; X5 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, 137255.79 manat və 62138.70 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X6, X1, X4 və X7 müştərək qaydada tutulması; Mingəçevir şəhəri, Nəsimi küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, onun əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi; Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər , X11, X8, X10 və X9 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 15L000001426 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1426 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 500000 (beş yüz min) ABŞ Dolları, kredit xəttinin müddəti isə artırılaraq 156 (yüz əlli altı) ay müəyyən olunmuşdur. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 89700 (səksən doqquz min yeddi yüz) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 015R**********S saylı, xx.xx.2015-ci il tarixli 015R**********SA saylı, xx.xx.2016-cı il tarixli 015R**********SB saylı, xx.xx.2016-cı il tarixli 015R**********SC saylı, xx.xx.2016-cı il tarixli 015R**********SD saylı, xx.xx.2017-ci il tarixli 015R**********SE saylı və xx.xx.2017-ci il tarixli 015R**********SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 015KK**********01 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 (beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə xx.xx.2015-cı il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 (yüz səksən) faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X11, X8, X10 və X12 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin tərəflər arasında kredit xətti müqaviləsinə edilmiş dəyişikliklərlə əlaqədar X13 ilə zaminlik müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında xx.xx.2013-cü il tarixli 1971 saylı saziş bağlanmışdır. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 15M000000560 saylı ipoteka müqaviləsi (Mingəçevir şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında mülkiyyətindəki, Mingəçevir şəhəri Nəsimi küçəsi 15 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 87.71 m2 yaşayış sahəsindən, 54.51 m2 yardımçı sahədən və 143.22 m2 ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 5 №-li reyestr kitabının 71 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Cavabdeh məxsus Mingəçevir şəhəri, Nəsimi küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2018-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2018-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. Bununla yanaşı kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən X8 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15M000000654 saylı ipoteka müqaviləsi (Mingəçevir şəhəri 1 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında mülkiyyətində olan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 2-ci mərtəbəsində yerləşən 67.10 m2 ümumi sahədən, 47.08 m2 yaşayış sahəsindən, 20.02 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 29 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 34 №-li reyestr kitabının 5 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən X5 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzili Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən X5 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2018-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2018-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh, X6, X1, X4 və X7 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 65320.91 manat məbləğində kredit borcu, 25223.32 manat məbləğində faiz borcu və 47207.82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 137752 (yüz otuz yeddi min yeddi yüz əlli iki) manat 05 (yetmiş doqquz) qəpik məbləğində borcun; 015R********** saylı kredit razılaşması üzrə 23036.51 ABŞ Dolları məbləğində kredit borcu, 8912.71 ABŞ Dolları məbləğində faiz borcu və 17705.67 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 49654 (qırx doqquz min altı yüz əlli dörd) ABŞ Dolları 89 (səksən doqquz) sent məbləğində borcun; 015KK**********01 saylı kredit razılaşması üzrə 4999.86 ABŞ Dolları məbləğində kredit borcu, 434.1 ABŞ Dolları məbləğində faiz borcu və 3330 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 8763.96 ABŞ Dolları məbləğində borcun, üç müqavilə üzrə 137255 (yüz otuz yeddi min iki yüz əlli beş) manat 79 qəpik və 58418 (əlli səkkiz min dörd yüz on səkkiz) Dolları 85 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh məxsus Mingəçevir şəhəri, Nəsimi küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinə; X5 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, 137852.05 manat və 58418.85 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X6, X1, X4 və X7 müştərək qaydada tutulması; Mingəçevir şəhəri, Nəsimi küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, onun əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi; Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, onlar tərəfindən kredit müqavilələri bağlanmaqla müxtəlif məbləğlərdə pul götürülmüşdür. Sözügedən kredit müqavilələrinin təminatı olaraq özünə məxsus Mingəçevir şəhəri, Nəsimi küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evini və X5 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. İlk vaxtlar krediti ödəniş cədvəlinə uyğun olaraq ödəmişdir. Lakin sonradan imkanı olmadığı üçün ödəmələri geçikdirməyə başlamışdır. Kredit müqaviləsi üzrə borc iddiaçı tərəfindən həddindən çox hesablanmışdır. Kredit müqaviləsi üzrə borcun daha humanis əsaslarla hesablanmasını, kredit müqaviləsi üzrə hesablanmış cərimələrin azaldılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş xx xxxx 2014-cü il tarixli, 15R000005672 №li kredit müqaviləsindən görünür ki, X17 “xxxxxxxxxxx” QSC ilə müqavilə bağlayaraq 15000 ABŞ dolları məbləğdə kredit almış, aldığı borc məbləğini illik 1,8333 faiz əlavəsi ilə 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. N.Yahyayev ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq, X11, X8, X10 və X12 ilə zaminlik müqavilələri bağlayaraq, N.Yahyayev kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. İddia ərizəsinə əlavə olunmuş tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 015R**********S saylı, xx.xx.2015-ci il tarixli 015R**********SA saylı, xx.xx.2016-cı il tarixli 015R**********SB saylı, xx.xx.2016-cı il tarixli 015R**********SC saylı, xx.xx.2016-cı il tarixli 015R**********SD saylı, xx.xx.2017-ci il tarixli 015R**********SE saylı və xx.xx.2017-ci il tarixli 015R**********SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddia ərizəsinə əlavə olunmuş kredit xətti müqaviləsi xx.xx.2015-ci il tarixli 015KK**********01 saylı kredit razılaşması əsasında, üzrə Cavabdeh İddiaçı QSC-dən aylıq faiz dərəcəsi 1.9167% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 (beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2013-cü il tarixli 15M000000560 saylı ipoteka müqaviləsindən görünür ki, «xxxxxxxxxxx» QSC ilə X3 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əmələ gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri Nəsimi küçəsi 15 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 87.71 m2 yaşayış sahəsindən, 54.51 m2 yardımçı sahədən və 143.22 m2 ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini iptekaya qoymuşdur. İşə əlavə olunmuş xx.xx.2014-cü il tarixli 15M000000654 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən X2 mülkiyyətində olan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 2-ci mərtəbəsində yerləşən 67.10 m2 ümumi sahədən, 47.08 m2 yaşayış sahəsindən, 20.02 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 29 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 5 №-li reyestr kitabının 71 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Cavabdeh məxsus Mingəçevir şəhəri, Nəsimi küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 34 №-li reyestr kitabının 5 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən X5 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzili Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 5506 saylı ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı QSC-nə 015R********** saylı kredit razılaşması üzrə 67038,69 manat məbləğində əsas kredit borcu, 25223.32 manat məbləğində faiz borcu; 015R********** saylı kredit razılaşması üzrə 33270,62 ABŞ Dolları məbləğində kredit borcu, 963,41 ABŞ Dolları məbləğində faiz borcu; 015KK**********01 saylı kredit razılaşması üzrə 4999.86 ABŞ Dolları məbləğində kredit borcu, 434.1 ABŞ Dolları məbləğində faiz borcu məbləğində müəyyən edilir. İşə əlavə olunmuş “xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2020-cu il tarixli 1060/20/AB saylı rəyinindən görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 12/1, mənzil 29 ünvanında yerləşən mənzilin bazar dəyəri 55000 manat təşkil edir. İşə əlavə olunmuş “xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2020-cu il tarixli 1061/20/AB saylı rəyindən görünür ki, Mingəçevir şəhəri Nəsimi küçəsi 15 saylı evin bazar dəyəri 100000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 15L000001426 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1426 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 500000 (beş yüz min) ABŞ Dolları, kredit xəttinin müddəti isə artırılaraq 156 (yüz əlli altı) ay müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) manat məbləğində kredit götürmüşdür. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 89700 (səksən doqquz min yeddi yüz) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 015KK**********01 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 (beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X11, X8, X10 və X12 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Eyni zamanda Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri Nəsimi küçəsi 15 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 87.71 m2 yaşayış sahəsindən, 54.51 m2 yardımçı sahədən və 143.22 m2 ümumi sahədən ibarət, 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi və X2 mülkiyyətində olan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 2-ci mərtəbəsində yerləşən 67.10 m2 ümumi sahədən, 47.08 m2 yaşayış sahəsindən, 20.02 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 29 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və onun banka hər üç müqavilə üzrə borcu qalmışdır məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit, zaminlik və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Məhkəmə, işin hallarına kredit, zaminlik və ipoteka qanunvericiliyinə, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit və ipoteka müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Hakim iş materiallarını, tərəflərin izahatını və ekspert rəyini müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı olan iddiası qismən təmin olunmalıdır. Belə ki, qətnamə yalnız 015R********** saylı müqavilənin faizə dair hissədə ekspertizanın rəyinə uyğun çıxarılarsa bütün sübutlara obyektiv qiymət verilməsinə və ədalət mühakiməsinin tam araşdırılmasına dəlalət edər. Bundan əlavə iddia tələbi əsas və faiz borca münasibətdə iddia tələbinin dəqiqləşdirilməsində göstərilən miqdarda təmin olunması məqsədə münasibdir. Bundan əlavə məhkəmə mənzilin ilkin satış qiymətinin müəyyən olunaması ilə bağlı “xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2020-cu il tarixli rəylərini daha mötəbər sübut kimi qəbul edərək Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 12/1, mənzil 29 ünvanının bazar qiymətinin 55000 manat, Mingəçevir şəhəri Nəsimi küçəsi 15 saylı evinin bazar qiymətinin 100000 manat məbləğdə qiymətləndirilməsini məqsədə müvafiq hesab edir. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 015R********** saylı kredit razılaşması üzrə 47207.82 manat məbləğində cərimə, 015R********** saylı kredit razılaşması üzrə 17705.67 ABŞ Dolları məbləğində cərimə, 015KK**********01 saylı kredit razılaşması üzrə 3330 ABŞ Dolları məbləğində cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 015R********** saylı kredit razılaşması üzrə 47207.82 manat məbləğində cərimə, 015R********** saylı kredit razılaşması üzrə 17705.67 ABŞ Dolları məbləğində cərimə, 015KK**********01 saylı kredit razılaşması üzrə 3330 ABŞ Dolları məbləğində dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 015R********** saylı kredit razılaşması üzrə 100 manat məbləğində cərimə, 015R********** saylı kredit razılaşması üzrə 100 ABŞ Dolları məbləğində cərimə, 015KK**********01 saylı kredit razılaşması üzrə 100 ABŞ Dolları miqdarda dəbbə pulu alınmalıdır. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur. «İpoteka haqqında» Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun ipoteka ilə təmin edilən tələbin həcmini müəyyən edən 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat, ipoteka predmetinə tutumanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 manat və 40 manat məbləğdə xidmət haqqı vəsaiti iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. İddia ərizəsindən göründüyü kimi 015R********** saylı və 015KK**********01 saylı kredit razılaşması üzrə cavabdehdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində cavabdehlərdən alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi göstərilməlidir. İddia tələbinin Mingəçevir şəhəri, Nəsimi küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, onun əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi və Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi tələbi təmin edilməməlidir. Belə ki, iddianın sözügedən hissəsində mənzildən çıxarılma və mənzilin boşaldılması tələbi mülkiyyətçi tərəfindən verilməlidir ki, hazırki iddia üzrə İddiaçı QSC mülkiyyətçi deyil və sözügedən tələbin təmin olunması üçün heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ekspertiza xərci olan 245 manat cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 241-244, 357 və 360-maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh, X11, X8, X10 və X7 müştərək qaydada 015R********** saylı kredit razılaşması üzrə 65320.91 manat məbləğində əsas kredit borcu, 25223.32 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 90644,23 manat borc, 015R********** saylı kredit razılaşması üzrə 23036.51 ABŞ Dolları məbləğində əsas kredit borcu, 963,41 ABŞ Dolları məbləğində faiz borcu və 100 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 24099,92 63 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə, 015KK**********01 saylı kredit razılaşması üzrə 4999.86 ABŞ Dolları məbləğində kredit borcu, 434.1 ABŞ Dolları məbləğində faiz borcu və 100 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 5530,96 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçı QSC-nə ödənilsin. Həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh məxsus Mingəçevir şəhəri, Nəsimi küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinə və X5 məxsus Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilinə yönəldilsin. Mingəçevir şəhəri, Nəsimi küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 100000 manat, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 12/1 saylı evin 29 saylı mənzilin ilkin satış qiyməti 55000 manat müəyyən edilsin. Mənzillərin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına cavabdehlərin banka olan borcu ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqı Cavabdeh, X11, X8, X10 və X7 alınıb «xxxxxxxxxxx» QSC-nin hesabına ödənilsin. İş üzrə ekspertiza xərci olan 245 manat cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-26/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-26/2020
01.10.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver