Məhkəmə qərarları › İş №2(051)-26/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-26/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-26/2021 02.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh: Kızılırmak (Həsənova) Elnarə Tofiq qızının iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Kızılırmak (Həsənova) Elnarə Tofiq qızına qarşı «əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin, dəbbə pulunun (cərimənin) ödənilməsi və ipotekaya tutma yönəldiməsinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 1. cavabdeh Həsənova (Kızılırmak) X3 bank İddiaçı ASC-in xeyrinə kredit müqaviləsinin 06.05.2019-cu il tarixə Banka əsas borcu üzrə 24443.18 (iyirmi dörd min dörd yüz qırx üç manat 18 qəpik) manat, 06.05.2019-cu il tarixə faiz borcu üzrə 1476.99 (bir min dörd yüz yetmiş altı manat 99 qəpik) manat, 06.05.2019-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 79.15 (yetmiş doqquz manat 15 qəpik) manat, cəmi 25999.32 (iyirmi beş min doqquz yüz doxsan doqquz manat 32 qəpik) manat məbləğində kredit borcunun, 30 (otuz) manat dövlət rüsumunun və 60 (altmış) manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı) ümumilikdə 26089.32 (iyirmi altı min səksən doqquz manat 32 qəpik) manatın tutulması; 2. Cavabdeh Həsənova (Kızılırmak) Elnarə Tofiq qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçı Müvəkkil bank İddiaçı ASC-yə olan 26089.32 (iyirmi altı min səksən doqquz manat 32 qəpik) manat məbləğində borcun ödənilməsi; 3. Həsənova (Kızılırmak) Elnarə Tofiq qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilin məcburi boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, müxbir bank "xxxx" ASC ilə cavabdeh Həsənova (Kızılırmak) Elnarə Tofiq qızı arasında bağlanmış 03 iyul 2007-ci il tarixli № 52 saylı kredit müqaviləsinə əsasən ona illik 6 % faiz dərəcəsi ilə 32725 (otuz iki min yeddi yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir. Krediti təminatı olaraq cavabdeh Həsənova (Kızılırmak) Elnarə Tofiq qızına məxsus ünvan 1 03 iyul 2007-ci il tarixli № 34 saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndlərinə əsasən cavabdeh X1 kreditdən istifadə müddəti 300 (üç yüz) ay müəyyən edilmişdir. Cavabdeh Həsənova (Kızılırmak) Elnarə Tofiq qızı öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun 06.05.2019-cu il tarixə Banka əsas borcu üzrə 24443.18 (iyirmi dörd min dörd yüz qırx üç manat 18 qəpik) manat, 06.05.2019-cu il tarixə faiz borcu üzrə 1476.99 (bir min dörd yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat, 06.05.2019-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 79.15 (yetmiş doqquz manat 15 qəpik) manat, cəmi 25999.32 (iyirmi beş min doqquz yüz doxsan doqquz manat 32 qəpik) məbləğində kredit borcu yaranmışdır. Həsənova (Kızılırmak) Elnarə Tofiq qızı tərəfindən öhdəlikləri icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Ona görə də məhkəmədən 1. cavabdeh Həsənova (Kızılırmak) X3 bank İddiaçı ASC-in xeyrinə kredit müqaviləsinin 06.05.2019-cu il tarixə Banka əsas borcu üzrə 24443.18 (iyirmi dörd min dörd yüz qırx üç manat 18 qəpik) manat, 06.05.2019-cu il tarixə faiz borcu üzrə 1476.99 (bir min dörd yüz yetmiş altı manat 99 qəpik) manat, 06.05.2019-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 79.15 (yetmiş doqquz manat 15 qəpik) manat, cəmi 25999.32 (iyirmi beş min doqquz yüz doxsan doqquz manat 32 qəpik) manat məbləğində kredit borcunun, 30 (otuz) manat dövlət rüsumunun və 60 (altmış) manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı) ümumilikdə 26089.32 (iyirmi altı min səksən doqquz manat 32 qəpik) manatın tutulması; 2. Cavabdeh Həsənova (Kızılırmak) Elnarə Tofiq qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçı Müvəkkil bank İddiaçı ASC-yə olan 26089.32 (iyirmi altı min səksən doqquz manat 32 qəpik) manat məbləğində borcun ödənilməsi; 3. Həsənova (Kızılırmak) Elnarə Tofiq qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilin məcburi boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Kızılırmak (Həsənova) Elnarə Tofiq qızı məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o, həqiqətən, iddiaçı bankla müqavilə bağlamış və kredit götürmüşdür. Əldə etdiyi pulla ev almışdır. Öhdəliyindən boyun qaçırmır. Dövlətin ona borcu vardır. Həmin borc ödənildikdən sonra o da borcunu ödəyəcəkdir. Məkəmədən qətnamə çıxararkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş edir. İşə əlavə olunmuş 03 iyul 2007-ci il tarixli 52 №-li Kredit müqaviləsindən görünür ki, "xxxx" ASC bu müqavilənin şərtlərinə uyğun olaraq Həsənova (Kızılırmak) Elnarə Tofiq qızına məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və təminatlılıq əsasında 32725 (otuz iki min yeddi yüz iyirmi beş) manat məbləğində 300 (üç yüz) ay müddətinə illik 6 faizlə kredit vermişdir. İşə əlavə olunmuş İddiaçı ASC-nin 06.05.2019-cu il tarixli arayışından görünür ki, Kızılırmak (Həsənova) Elnarə Tofiq qızının həmin tarixə Bank İddiaçı ASC-nə cəmi 25999.32 manat məbləğdə borcu qalmışdır. İşə əlavə olunmuş 03 iyul 2007-ci il tarixli kredit müqaviləsinə əlavə olunmuş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Həsənova (Kızılırmak) Elnarə Tofiq qızı aylıq 210.85 manat məbləğində kredit ödənişi etməyə razı olmuşdur. İşə əlavə olunmuş 03 iyul 2007-ci il tarixli 34 №-li Alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X4 Azərbaycan Republikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş “22” iyun 2007-ci il tarixli, 1336 nömrəli arayışa əsasən 1 otaqlı, ümumi sahəsi 33.19 kv.m, o cümlədən yaşayış sahəsi 17.20 kv.m olan, Mingəçevir şəhəri, Nizami küçəsi, 6A nömrəli binada yerləşən 70 nömrəli mənzili alıcı-ipoteka qoyan Həsənova (Kızılırmak) Elnarə Tofiq qızının mülkiyyətinə vermişdir. İşə əlavə olunmuş DƏDRX-ın MH seriyalı ******* №-li çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 03.07.2007-03.07.2032-ci il tarixinədək ipoteka növündə "xxxx" ASC-in xeyrinə yüklü edilmişdir. İşə əlavə olunmuş 11.07.2018-ci il tarixli pkd/684 və pkd/685 saylı bildirişxəbərdarlıqlarından görünür ki, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün Banka olan kredit borcundan 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunur. Əks təqdirdə həmin borcun ondan məcburi qaydada tutulması üçün məhkəməyə müraciət olunacaqdır. İşə əlavə olunmuş 25 aprel 2018-ci il tarixli 09-2504/18 saylı Təhvil-təslim aktından görünür ki, 1. Fond bu Akta əlavə olunan siyahıda göstərilən ipoteka kağızında müvəkkil bankın xeyrinə indossamentlə verilmə qeydi apararaq ümumi məbləği 24456,35 (iyimi dörd min dörd yüz əlli altı manat 35 qəpik) manat olan ipoteka kreditini müvəkkil banka geri satdı, müvəkkil bank isə həmin kredit üzrə tələb hüquqlarını geri aldı. 2. Bu Akta əlavə edilmiş siyahıda qeyd olunmuş ipoteka kağızı və digər sənədlər Fond tərəfindən təhvil verilir, müvəkkil bank isə həmin sənədləri təhvil alır. 3. 24456,35 (iyimi dörd min dörd yüz əlli altı manat 35 qəpik) manat məlbəğində vəsait müvəkkil tərəfindən Fondun hesabına ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin qanunun 34.1-ci maddəsinə əsasən İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bunlardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin qanunun 39.1-ci maddəsinə əsasən İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Azərbaycan Repsublikası Mülki Məcəllənin 295-ci maddəsində göstərilmişdir ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Repsublikası Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh Həsənova (Kızılırmak) Elnarə Tofiq qızından İddiaçı ASC-in xeyrinə kredit müqaviləsinin əsas borcu üzrə 24443.18 (iyirmi dörd min dörd yüz qırx üç manat 18 qəpik) manat, faiz borcu üzrə 1476.99 (bir min dörd yüz yetmiş altı manat 99 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 79.15 (yetmiş doqquz manat 15 qəpik) manat, cəmi 25999.32 (iyirmi beş min doqquz yüz doxsan doqquz manat 32 qəpik) manat məbləğində pul tutulmalı, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və 60 (altmış) manat məbləğində digər xərclər (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı), cəmi 90 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalı, borcun ödənilməsi Cavabdeh Həsənova (Kızılırmak) Elnarə Tofiq qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəlməli, mənzilin aşıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Həsənova (Kızılırmak) Elnarə Tofiq qızının banka olan borcu, dövlət rüsumu, hərracın keçirilməsi ilə bağlı bankın çəkdiyi xərclər ödənilməli, girov predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə qaytarılmalı, girov predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə qalan hissədə Həsənova (Kızılırmak) Elnarə Tofiq qızından ümumi qaydada tutulmalı, girov qoyulmuş əşyalar qiymət qoyularaq satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməli və Həsənova (Kızılırmak) Elnarə Tofiq qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzil məcburi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və 60 (altmış) manat məbləğində digər xərclər (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı), cəmi 90 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Həsənova (Kızılırmak) Elnarə Tofiq qızından İddiaçı ASC-in xeyrinə kredit müqaviləsinin əsas borcu üzrə 24443.18 (iyirmi dörd min dörd yüz qırx üç manat 18 qəpik) manat, faiz borcu üzrə 1476.99 (bir min dörd yüz yetmiş altı manat 99 qəpik) manat, dəbbə pulu (cərimə) üzrə 79.15 (yetmiş doqquz manat 15 qəpik) manat, cəmi 25999.32 (iyirmi beş min doqquz yüz doxsan doqquz manat 32 qəpik) manat məbləğində pul tutulsun. İddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və 60 (altmış) manat məbləğində digər xərclər (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı), cəmi 90 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulsun. Borcun ödənilməsi Cavabdeh Həsənova (Kızılırmak) Elnarə Tofiq qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin. Mənzilin aşıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Həsənova (Kızılırmak) Elnarə Tofiq qızının banka olan borcu, dövlət rüsumu, hərracın keçirilməsi ilə bağlı bankın çəkdiyi xərclər ödənilsin. Girov predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə qaytarılsın. Girov predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə qalan hissədə Həsənova (Kızılırmak) Elnarə Tofiq qızından ümumi qaydada tutulsun. Girov qoyulmuş əşyalar qiymət qoyularaq satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilsin. Həsənova (Kızılırmak) Elnarə Tofiq qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzil məcburi boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar