Məhkəmə qərarları › İş №2(051)-26/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-26/2022

02.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-26/2022 02.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçınun Cavabdeh qarşı «mənzilə dair maneələrin aradan qaldırılması tələbinə dair» və Cavabdeh İddiaçı qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair qarşılıqlı iddia mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxarar, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı «mənzilə dair maneələrin aradan qaldırılması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə icraata qəbul olunmuş və iş üzrə posessual hərəkətlər edildikdən sonra işin məhkəmə baxışı 01 oktyabr 2019-cu il tarixə təyin edilmişdlir. Məhkəmə baxaşanda iddiaçının nümayəndəsi Vəkil məhkəməyə vəsatət verərək bildirmişdir ki, Cavabdeh İddiaçı qarşı «həyatyanı torpaq sahəsinin paylara uyğun naturada bölünməsi» tələbinə dair Ali Məhkəmənin icraatındı mülki iş vardır. Ona görə də həmin işə baxılıb həll edələnədək dayandırılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti təmin edərək iş üzrə icraatı dayandırmışdır. Məhkəmə 18 noyabr 2022-ci il tarixdə öz təşəbbüsü ilə icraatı təzələmiş və məhkəmə iclasını 02 dekabr 2022-ci il tarixə saat 09.30-a təyin etmiş, bu barədə tərəflər rəsmi qaydada məlumatlandırılmışlar. Buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasına xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar hər hansı səbəb göstərmədən məhkəməyə gəlməmiş və ya gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tərəflərin iştirakı olmadan işdə olan sənədlərlə işə baxılması mümkün deyildir və bu əsaslı sayıla bilməz. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçınun Cavabdeh qarşı «mənzilə dair maneələrin aradan qaldırılması tələbinə dair» və Cavabdeh İddiaçı qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki iş baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. xx.xx.2019-cu il tarixdə saat 11:19-da "xxxx" ASC-nin Mingəçevir şəhərində yerləşən şöbəsinə ********* nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 30,40 (otuz manat qırx qərik) manat məbləğində pul ərizəçi İddiaçı qaytarılsın. xx.xx.2019-cu il tarixdə saat 09:03-da "xxxx" ASC-nin Mingəçevir şəhərində yerləşən şöbəsinə ********* nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 10,40 (on manat qırx qərik) manat məbləğində pul ərizəçi Cavabdeh qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar