Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-263/2023 09.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 və onun vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 və onun vəkili Nümayəndə ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, X4 Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 qalmış miras əmlaka vərəsələr arasında mübahisə olmasına baxmayaraq vərəsə Ərizəçi mirasın tam mülkiyyətinə keçməsini xahiş etmişdir. Buna görə də şəhadətnamə verilməsindən imtina edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilin miras əmlak kimi yalnız Ərizəçi tərəfindən qəbul edilməsi zamanı hüquq haqqında mübahisə yaranmışdır. İşin halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı mübahisəli olduğundan, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcələsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə baxılmamış saxlanmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-263/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-263/2023
09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver