Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2632/2024 10.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, atası X1, anası X2 olmaqla, xx xxxx 1957-ci il tarixdə Bərdə rayonu, Nazırlı kəndində doğulmağına dair xx.xx.1957-ci il tarixdə tərtib edilmiş 17 nömrəli doğum akt qeydinin qeydiyyatı faktının müəyyən edilməsi və onun- Ərizəçi adına həmin doğum akt qeydinin tərtib olunması, adına açılmış xx.xx.1957-ci il tarixdə tərtib edilmiş 17 nömrəli doğum akt qeydində soyadı- Əhmədov, adı-Mahir, ata adı- X1, ana adı X2, doğulduğu yer Bərdə rayonu, Nazırlı kəndi, milliyyəti azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məzmunundan görünür ki, ərizəçinin atasının adı Məhəmməd olmuş və atası xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Bacı və qardaşlarının doğum haqqında şəhadətnamələrində ata adı düzgün olaraq, Məhəmməd kimi qeyd olunmuşdur. Hazırda belə bir problemlə qarşılaşdığı üçün ona yeni doğum haqqında şəhadətnamənin verilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsini xahiş edir. Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü ii tarixli doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. Müraciəti ilə əlaqədar Bərdə rayon qeydiyyat şöbəsinə sorğu edilmiş və cavab olaraq bildirilmişdir ki, Bərdə rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi aid doğum akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları Bərdə rayon qeydiyyat şöbəsi üzrə 1954- 1960-cı illərə dair ilkin akt qeydləri yoxlanılmışdır. Eyni zamanda bildirilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi İsbi oğluna dair Bərdə rayonunun Nazirli kənd icra nümayəndəliyi tərəfindən (uşağın atası ilə nikahda olmayan ananın ərizəsinə əsasən) xx.xx.1957-ci il tarixli 17 saylı doğum haqqında akt qeydi aşkar edilmişdir. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə yenidən Qeydiyyat Şöbəsinə müraciət etməli olduğu halda, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə yenidən Qeydiyyat Şöbəsinə, tələbinin təmin edilməsindən imtina edildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci və 2.2.1-ci maddələrinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Eləcə də ərizəçi ərizədə Azərbaycan Respublikası MPM-in 339.1-ci maddəsinə istinad etsə də, həmin maddə bu Məcəllədən çıxarılmışdır. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə yenidən Qeydiyyat Şöbəsinə, tələbinin təmin edilməsindən imtina edildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixdə saat 11:54:06-da "xxxx" MMC, Yevlax RPF, Mingəçevir MXŞyə ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2632/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2632/2024
10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver