Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-264/2021 08.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid oğlunun katibliyi və Ərizəçi vəkili Vəkil iştirakı ilə, ərizəçi: X6 oğlunun «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mirasın qəbul etmə faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Mingəçevir Regional «Asan xidmət» X2 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X4 ilə xx.xx.1980-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşuq. X4 xx.xx.2014-cü ildə vəfat etmiş və bu haqda müvafiq ölüm haqqında şəhadətnamə verilmişdir. DƏDRX-nin RX seriyalı, ******* saylı, **********235 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışına əsasən ünvan 1 mənzil 28 ünvandakı mənzili tam xüsusi mülkiyyət hüququ əsasında öz adına rəsmiləşdirmiş, və bununla da dövlət tərəfindən verilmiş yaşayış sahəsini özələşdirmişdir. Birgə nikah müddətində mülkiyyətlərində əmlak olmamış, lakin Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-4296/2017 saylı məhkəmə qətnaməsi ilə Mingəçevir şəhəri, R.Rza küçəsində 25 saylı evin 78 saylı mənzili açıq hərracda satılıb və mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mükiyyətçiləri olan mərhum ərinə məcburi əmlak bölgüsü nəticəsində əmlakın 1/7 hissəsi verilməsi qət edilmişdir. ünvan 2, mənzil 28 ünvandakı mirası faktiki qəbul edib idarə etməyə başlamışdır. Mirasın qəbulundan ötrü notariat kontoruna müraciət etsə də, vərəsəlik şəhadətnaməsi verilməkdən imtina edilmişdir. Ona görə də mərhum əri X1 miras qalmış əmlakın qəbul etmə faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2014-cü ildə ölmüşdir. İşə əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 28 saylı mənzil xx xxxxxx 2015-ci il tarixdə mülkiyyət hüququ üzrə Ərizəçi adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional «ASAN xidmət» Mərkəzində Notariat kontorunun notariusu tərəfindən xx xxxxxx 2021-ci il tarixli, 193 saylı məktubundan görünür ki, ərizəçinin vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçiyə miras açıldıqdan altı ay sonra mirasın qəbuluna yol verilmədiyi bildirilərək məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi mərhum ərindən miras qalmış əmlakları faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi mirasın qəbul edilməsini faktını başqa yolla müəyyən edə bilmir. Ona görə də ərizəçinin tələbinə baxılması üçün Azərbaycan Respublikası MPM-nin 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər mövcuddur və həmin maddənin 307.2.9-cu maddəsinə əsasən tələb olunan fakt məhkəmə qaydasında müəyyən oluna bilər. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təsdiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar, ərizəçinin mərhum əri X1 miras qalmış əmlakın onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi üçün yetərlidir və tələb təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçinin xahişi təmin edilsin. X1 miras qalmış əmlaklar Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-264/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-264/2021
08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver