Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-268/2021 02.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdehnə qarşı “ölüm haqqında akt qeydinin ona aid olmaması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun adına Yevlax rayon Salahlı kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1961ci il tarixdə 10 saylı ölüm haqqında akt qeydinin ona aid olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, göstərilən iş Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, iddiaçının “Yevlax rayon Salahlı kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1961-ci il tarixdə 10 saylı ölüm haqqında akt qeydinin ona aid olmaması” barədə qətnamə çıxarılmasını xahiş etsə də sözügedən iddia ümumi (şəhər-rayon) məhkəməsində baxılmalı deyil. İddiaçının tələbindən və onun özü tərəfindən tərtib olunmuş iddia ərizəsindən də görünür ki, sözügedən iddia İnzibati Prossesual Məcəlləyə istinad edilməklə məcburetmə barədə iddiadır. Ümumi məhkəmənin inzibati orqan üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar vəzifə qoymaq səlahiyyəti olmadığı üçün sözüdedən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı məhkəmə iclasında sözügedən tələblə bağlı aidiyyəti orqanlara müraciət etdiyini və orada ona məhkəməyə müraciət etmək tövsiyyə olunduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının sözügedən tələbindən, yəni cavabdehin akt qeydinin ləğv edilməsi ilə bağlı inzibati orqanın imtina etməsindən həmin inzibati orqanın yuxarı inzibati orqanına və yaxud məhkəmə qaydasında Şəki İnzibati Məhkəməsinə şikayət verə bilərdi. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.3-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.8,263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ölüm haqqında akt qeydinin ona aid olmaması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. X1 Məhkəməsinə müraciət etmək hüququ hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-268/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-268/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver