Məhkəmə qərarları › İş №2(051)-268/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-268/2025

05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-268/2025 05.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun- Ərizəçi atası X2 və anası X1 xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonu Kürdlər kəndində doğulması faktının müəyyən edilməsinə dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verərək qeyd etdi ki, atası X3 və anası X4 1984-cu il tarixdə Ağcabədi rayon Kürdlər kənd icra nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar. O, xx.xx.1994-cu il tarixdə Ağcabədi rayon Kürdlər kəndində anadan olmuşdur. Valideynləri hal-hazırda Ağcabədi rayon Kürdlər kəndində yaşayır. Ona bir sıra hüquqi işlərdə doğum haqqında şəhadətnaməyə ehtiyac yaranmışdır. O, doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etdikdə, cavab məktubunda Ağcabədi rayon bərpa akt qeydlərində və "Vətəndaşlıq vəziyyəti aktları" avtomotlaşdırılmış qeydiyyat informasiya sistemində onun adı çıxdığı üçün imtina etmiş və məhkəməyə müraciət etməyi göstərilmişdir. O da, məcbur olub doğum haqqında şəhadətnaməmi başqa cür ala bilməyi mümkün olmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hüquqi əhəmiyyət daşıyan doğumun qeyd edilməsi faktını müəyyən edə bilər. Həmin halın müəyyən olunmasını başqa cürə əldə edə bilmir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi onun qızıdır. Həqiqətən, qızı Ərizəçi xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonu Kürdlər kəndində anadan olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun qızıdır. Həqiqətən, qızı Ərizəçi xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonu Kürdlər kəndində anadan olmuşdur. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahidlərin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X5 xx.xx.1984-cü il tarixdə nikah bağlamışlar. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə doğulmuşdur. İşdə olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ağcabədi rayonu, Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəiiyi üzrə 1991 -i 997-ci illər, qeydiyyat şöbəsi üzrə 1991-1997-ci iilər ilkin, 1995-2012-ci illər bərpa doğum akt qeydləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və (Babayeva) Ərizəçi doğum haqqında akt qeydi aşkar olunmamış və məhkəməyə müraciət etməyi göstərilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonu Kürdlər kəndində doğulmuşdur. Ərizəçi doğulan zaman ona doğum haqqında şəhadətnamə verilmiş, lakin sonradan həmin şəhadətnamə itmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi, atası X3, anası X4 olmaqla, xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonu Kürdlər kəndində doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, atası X3, anası X4 olmaqla, xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonu Kürdlər kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakim : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar