Məhkəmə qərarları › İş №2(051)-274/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-274/2022

01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-274/2022 01.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı «Miras əmlakın bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsinə» dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu Kənar küçəsində yerləşən X2 ölümündən sonra açılmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, əri X3 10 dekabr 2020-ci ildə kəskin respirator çatışmamazlığından Gəncə şəhəri, Kəpəz rayonunda vəfat etmişdir. Mərhum ərindən Mingəçevir şəhəri Tərəvəzçilik sovxozu, Kənar küçəsində (keçmiş Yevlax rayonu Tərəvəzçilik sovxozu adlanırdı) yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Bu barədə Azərbaycan Repsublikası X4 filialının 20 sentyabr 2021-ci il tarixli, 313 saylı, Yevlax rayon Tərəvəzçilik Sovxozunun 05 yanvar 1994-cü il tarixli 01 saylı iclas protokolundan 01 №-li Çıxarışı vardır. Ərinin ölümündən sonra miras əmlak onun sahibliyinə keçmiş və əmlakı o idarə edir. Lakin qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmişdir. Bu günlərdə Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzini Notariat ofisinə ərizə ilə müraciət etdikdə mülki qanunvericilikdə göstərilən müddətlər buraxıldığına görə notarius vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmiş, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi üçün xüsusi icraat qaydasında mhəkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Ona görə də məhkəmədən Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu Kənar küçəsində yerləşən X2 ölümündən sonra açılmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, X1 miras qalmış əmlakın bütövlükdə Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə razıdır. Maraqlı şəxs3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, X1 miras qalmış əmlakın bütövlükdə Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə razıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassızdır və bu səbəbdən də təmin olunmamalıdır. Belə ki, məhkəmə hesab edir ki, hal-hazırkı əmlak miras kütləsinə daxil deyildir. Çünki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İş materiallarından da görünür ki, X1 miras qalmış daşınmız əmlak mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır. Odur ki, məhkəmə hesab edir ki, X1 miras qalmış daşınmaz əmlak, həmin əmlakın üzərindlə onun mülkiyyət hüquqi üzrə hüquqları dövlət qeydiyyatına alındıqdaq sonra miras kütləsinə daxil edilə bilər. İş mateniallarında olan «X4 filialı» tərəfindən verilmiş Yevlax rayon sabiq Tərəvəzçilik Sovxozunun 05 yanvar 1994-cü il tarixli 01 saylı iclas protokolundan çıxarışı mülkiyyət hüquqlarının müəyyən edən sənəd deyildir. Belə ki, Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi əsassızdır. Belə ki, ərizəçinin əri X5 oğlundan miras qaldığını iddia etdiyi əmlakın miras kütləsinə daxil ola bilməsi üçün həmin əmlakın məhrumun adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zəruridir. Ona görə də ərizəçi əri X5 oğlunun istifadəsinə verilmiş Mingəçevir Tərəvəzçilik sovxozunda 0.08 ha həyətyanı torpaq sahəsinin məhrumun adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Ərizəçiyə aidiyyəti üzrə səlahiyyətli müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi «Miras əmlakın bütövlükdə qəbul edilməsi faktının müəyyən edilməsinə» dair ərizəsi təmin edilməsin. Ərizəçi əri X5 oğlunun istifadəsinə verilmiş Mingəçevir Tərəvəzçilik sovxozunda 0.08 ha həyətyanı torpaq sahəsinin məhrumun adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar