Məhkəmə qərarları › İş №2(051)-28/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-28/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-28/2021 24.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi, X4 İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 qar şı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 Əhmədiyyə oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MF-KL/11 saylı kredit müqaviləsi əsasən cavabdehə 48 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MF-KL/11 №li “Kredit müqaviləsi”-nin təminatı qismində X1 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri M.Müşfiq küçəsi 16/1 №li ev xx.xx.2014-cü ildə ipoteka qoyulmuşdur. İpotekaya qoyan X5 xx.xx.2014-cü ildə vəfat etmişdir. İpoteka qoyan X2 məxsus olan Mingəçevir şəhəri M.Müşfiq küçəsi 16/1 №li ev miras kimi Cavabdeh2 və Cavabdeh1 Əhmədiyyə oğlunun mülkiyyətinə keçmişdir. Cavabdeh1 Əhmədiyyə oğlu bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda banka 10219 ABŞ dolları əsas kredit borcu, 9042 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19261 ABŞ dollar kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 31 manat və yaşayış evinin mülkiyyət və ipoteka yüklülüyü çıxarşların surətlətinin notarial qaydada təstiqlənməsi üçün ödənilmiş 10 manat pulun Cavabdeh1 Əhmədiyyə oğlundan alınaraq İddiaçı ASC-yə ödənilməsi, ödəmənin cavabdehlər Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri M.Müşfiq küçəsi 16/1 №li evə yönəldilərək, həmin evin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına kredit borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci madəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış MF-KL/11 №li, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank Cavabdeh1 48 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh1 isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi X2 məxsus Mingəçevir şəhəri M.Müşfiq küçəsi 16/1 №li evi ipotekaya qoyulmuşdur. İpoteka qoyulmuş fərdi yaşayış ev 25.000 manat qiymətləndirilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli məxaric qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 12421 ABŞ dolları kredit götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışında göstərilir ki, Cavabdeh1 banka 10219 ABŞ dolları və 9042 ABŞ dolları faiz borc, cəmi 19261 ABŞ dolları kredit borcu mövcuddur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə ölmüşdür. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri M.Müşfiq küçəsi 16/1 №li ev xx.xx.2018-ci ildə paylı mülkiyyət hüququ ilə ikidə bir hissə Cavabdeh2, ikidə bir hissə Cavabdeh1 Əhmədiyyə oğlunun adına qeydə alınmışdır. İşə əlavə olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 24073 №li rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MF-KL/11 №li kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu, 10185.01 ABŞ dolları əsas borc və 5907.30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16092.31 ABŞ dolları məbləğində kredit borcu müəyyən olunur. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. İşə İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat, yaşayış evin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təstiqlənməsi üçün ödənilmiş 10 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülkli Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, məhkəmə mühasibatlıq ekspertizasının rəyinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 10185.01 ABŞ dolları əsas borc və 5907.30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16092.31 ABŞ dolları kredit borcu, qətnamə icra olunduğu günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat, yaşayış evin mülkiyyət və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təstiqlənməsi üçün ödənilmiş 10 manat Cavabdeh1 alınaraq Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka qoyulmuş Mingəçevir şəhəri M.Müşfiq küçəsi 16/1 №li evə yönəldilməli, ev açıq hərracda satılmalı, evin satışından əldə olunmuş pul vəsaitindən cavabdehin banka olan borcu ödənilməli, borcun ödənilməsindən sonra qalan pul cavabdehlərə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 №-li, xx xxxxxx 2005-ci il tarixli qərarına əsasən əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 Əhmədiyyə oğlundan 10185.01 (on min bir yüz səksən beş dollar bir sent) ABŞ dolları əsas borc və 5907.30 (beş min doqquz yüz yeddi dollar otuz sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 16092.31 (on altı min doxsan iki dollar otuz bir sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat, yaşayış evin mülkiyyət və ipoteka yüklülüyü çıxarışlarının surətlərinin notarial qaydada təstiqlənməsi üçün ödənilmiş 10 (on) manat tutularaq X4 İddiaçı ASC-yə verilsin. Pulun tutulması ipoteka ilə yüklənmiş evə yönəldilsin. Cavabdehlər Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 mülkiyyətində olan, 25000 manat qiymətləndirilmiş Mingəçevir şəhəri M.Müşfiq küçəsi 16/1 №li ev açıq hərracda satışa çıxarılsın. Satışdan əldə edilən vəsaitdən 10185.01 (on min bir yüz səksən beş dollar bir sent) ABŞ dolları əsas borc və 5907.30 (beş min doqquz yüz yeddi dollar otuz sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 16092.31 (on altı min doxsan iki dollar otuz bir sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat, yaşayış evin mülkiyyət və ipoteka yüklülüyü Çıxarışların surətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 (on) manat tutularaq iddiaçıya verilsin. Borcun ödənilməsindən sonra evin açıq hərracda satılmasından qalan pul cavabdehlərə qaytarılsın. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat Cavabdeh1 Əhmədiyyə oğlundan tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar