Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-281/2021 23.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Ərizəçi iştirakı ilə, ərizəçi: Ərizəçi «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,1706 ha torpaq sahəsi, ümumi sahəsi 72,2 kv.metr olan fərdi yaşayış evindəki payının yalnız onun tərəfindən qəbul edilməsinin və miras əmlaka bütöv şəkildə payının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan tələbin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,1706 ha torpaq sahəsi və ümumi sahəsi 72,2 kv.metr olan fərdi yaşayış evinə miras faktının qəbul edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Mingəçevir Regional «Asan xidmət» X6 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında iddiaçının tələbini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum İlham Məhərrəmovla faktiki nikah münasibətinə girməklə ailə qurmuş, nikahlarını xx xxxx 1993-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxx 1995-ci ildə Şahnaz, xx xxxxxx 1996-cı ildə Kəmalə adlı övladları olmuşdur. xx xxx 2016-cı il tarixdə X3 əri ilə birlikdə Havarlı kəndində yerləşən fərdi yaşayış evini satın almışlar. Ancaq evə dair mülkiyyət hüquqlarını eydə aldıranadək İlham Məhərrəmov xx xxxxxx 2016-cı il tarixdə keçirdiyi avtoqəza nəticəsində vəfat etmişdir. Havarlı kəndində yerləşən fərdi yaşayış evini birgə nikah dövründə satın aldığından mərhumun həmin yaşayış sahəsinə ½ hissə payı vardır. Hazırda həmin yaşayış evində özü yaşayır və mərhumun miras payı onun sahibliyində və idarəçiliyindədir. Birgə nikahdan olan övladları da mirasın onun adına keçməsinə etiraz etmirlər. Ona görə də mərhum əri X4 miras qalmış Yevlax rayonu Havarlı kəndində yerləşən 0,1706 ha torpaq sahəsi və ümumi sahəsi 72,2 kv.metr olan fərdi yaşayış evinə miras faktının qəbul edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2016-cı ildə ölmüşdir. İşə əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,1706 ha torpaq sahəsi xx xxxxxx 2017-ci il tarixdə mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional «ASAN xidmət» Mərkəzində Notariat kontorunun notariusu tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 1222 saylı məktubundan görünür ki, ərizəçinin vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçiyə miras açıldıqdan altı ay sonra mirasın qəbuluna yol verilmədiyi bildirilərək məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 05/Q-335/15 nömrəli məktubdan görünür ki, X1 yaşayır yeri ünvan 1 mənzil 27 ünvan qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 05/Q-205/15 nömrəli məktubdan görünür ki, X9 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2020-ci ilədək yoxlama aparılmış və Ərizəçi mərhumun arvadı, X7 mərhumun qızı, X8 mərhumun qızı olması aşkar edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi miras qalmış evdə yaşayır və bununla da mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi mirasın qəbul edilməsini faktını başqa yolla müəyyən edə bilmir. Ona görə də ərizəçinin tələbinə baxılması üçün Azərbaycan Respublikası MPM-nin 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər mövcuddur və həmin maddənin 307.2.9-cu maddəsinə əsasən tələb olunan fakt məhkəmə qaydasında müəyyən oluna bilər. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təsdiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar, ərizəçinin mərhum əri X4 miras qalmış Yevlax rayonu Havarlı kəndində yerləşən 0,1706 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi üçün yetərlidir və tələb təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçinin xahişi təmin edilsin. X2 miras qalmış Yevlax rayonu Havarlı kəndində yerləşən 0,1706 ha torpaq sahəsi, ümumi sahəsi 72,2 kv.metr olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-281/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-281/2021
23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver