Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-29/2022 11.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İlk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı1, onun vəkili Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı, eləcə də digər İddiaçı3 nümayəndəsi Cavabdeh2, onların vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 İsayev Elsevər Cabbar oğluna qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddia və Cavabdeh1, Cavabdeh2 İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə baxaraq Müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 İsayev Elsevər Cabbar oğluna qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddia və Cavabdeh1 Cabbar oğlu, Cavabdeh2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia dair ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı1, İddiaçı2 və qarşılqılı iddia üzrə iddiaçı, eləcə də digər iddiaçı Cavabdeh1 nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında ərizə təqdim edərək ərizələrinin qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə verdiyinə, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 İsayev Elsevər Cabbar oğluna qarşı mənzilə köçürülmə tələbinə dair ilk iddia və Cavabdeh1, Cavabdeh2 İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-29/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-29/2022
11.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver