Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-29/2025 21.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmasına və tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, 1968-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. Ailəsi 7 nəfərdən ibarət olub. 2016-cı ildə atam X7, anası X4 isə 1992-ci ildə vəfat edib. Bildirir ki, yuxarıda qeyd etdiyim ünvanın həyətində boş torpaq sahəsi olub. Həmin 3 sot torpaq sahəsi Mingəçevir şəhəri, Mikayıl Muşvİq küçəsi 2-də yerləşir. Uzun illər həmin torpaq ailəsinin istifadəsində olub. Bildirir ki, Cavabdeh ailəsinin istifadəsində olan, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin qonşuluğunda obyekti var. Cavabdeh bir neçə il bundan əvvəl ondan xahiş etdi ki, müvəqqəti olaraq onun torpaq sahəsində kiçik bir ayaqyolu tikdirsin, nə vaxt torpaqdan istifadə etmək istəsə, o ayaqyolunu sökəcəkdir. O da cavabdehlə uzun illər yaxın qonşu olmalarını, yaxın münasibətlərinin olmasını və hələ ki, torpaqdan istifadə etməməsini nəzərə alaraq 1x4 metr torpağı ayaqyolu və su kranının tikintisinə icazə verdi. Cavabdeh demək olar ki, təxminən 7-8 il olar ki, adı çəkilən torpaq sahəsində müvəqqəti olaraq ayaqyolu və su kranı tikdirib istifadə edib. Nəzərə çatdırır ki, yuxarıda adı çəkilən 3 sot torpaq sahəsinə xx.xx.2023-cü ildə Çıxarış aldı. Hal-hazırda istəyir ki, həmin 3 sot torpaq sahəsində ailəsi üçün fərdi ev tikdirsin. Ona görə də torpağı hasarlamaq istəyir. Lakin cavabdehin tikdirdiyi ayaqyolu və su kranı sökülməlidir ki, o, hasar çəkdirsin. Bununla bağlı o, Cavabdeh bildirdi ki, o, ayaqyolunu və su kranını sökdür o hasar çəkdirsin. Cavabdeh isə ayaqyolunu sökmək istəmir, ona bildirir ki, heç sökmək fikri də yoxdur. Bununla bağlı o, dəfələrlə Polis Şöbəsinə də müraciət etmişdir. Lakin heç bir nəticəsi olmayıb. Ona görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Odur ki, məhkəmədən, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasları zamanı verdiyi izahatında göstərmişdir ki, cavabdeh ona məxsus torpaq sahəsində ayaqyolu tikdirməsi üçün icazə istəmişdi. O, da buna icazə vermişdi. Hal-hazırda isə cavabdehlə münasibətləri yaxşı deyil və o, cavabdehlə danışmır. Lakin hazırda torpaq sahəsini hasarlayır. Həmin ayaqyolu onun hasar çəkməsinə mane olur. Ona görə də ayaqyolunun sökülməsini istəyir. Lakin cavabdeh həmin tikilini sökmür. Kompensasiya verilməsinə isə qəti razı deyil. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məhkəməyə ərizə göndərərək, o, İddiaçı iddia ərizəsi tanış oldu onun iddiasını qəbul etmir, belə ki, sözügedən torpaq sahəsi 06 may 2003-cü il tarixindən Mingəçevir şəhər Bələdiyyəsinin 134 nömrəli Sərəncamına əsasən ona verilmişdir. İddiaçı isə qeyri-qanuni olaraq 2023-cü il tarixdə çıxarış almışdır. Bildirir ki, həmin çıxarışdan o məlumatlı olmamışdır. Bunu biləndən sonra o, Aslanın qanunsuz hərəkətlərindən Respublika prokurorluğuna və Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi şöbəsinə rəsmi olaraq şikayət ərizəsi ilə müraciət etmişdir. Bildirmək istəyir ki, İddiaçı qeyri-qanuni yolla çıxarış alaraq qanunsuz tikili aparır. İddiaçı tikilini aparandan sonra saxta yolla çıxarış alıb. Onun iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi onun qanuni sərəncamla ona verilmiş torpağına aiddir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını və cavabdehin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan 05 yanvar 2021-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 491 №-li müqavilədən görünür ki, X2 Arif Mirzə oğluna 20 kv.metrdən ibarət olan ərazini 10 il müddətinə icarəyə vermişdir. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 06 may 2003-cü il tarixli 134 №-li tikintiyə icazə verilməsi haqqında sərəncamından görünür ki, X1 Arif Mirzə oğlunun istifadəsinə verdiyi 20 kv.metr torpaq sahəsində aparatın Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış layihə əsasında ictimai-iaşə obyektinin tikintisinə icazə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Mikayıl Müşfiq, 2 Yeni qaydalarla: AZ 4501, Mingəçevir şəhəri, Mikayıl Müşfiq, 2 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsi İddiaçı məxsusdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Mingəçevir şəhəri, Mikayıl Müşfiq, 2 Yeni qaydalarla: AZ 4501, Mingəçevir şəhəri, Mikayıl Müşfiq, 2 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsinin planı və ölçüsü göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xidmətlərin smetasından görünür ki, xidmət haqqının dəyəri cəmi 95 manat təşkil etmişdir. İşdə olan "xxxx" ASC-yə məxsus mədaxil qəbzindən görünür ki, İddiaçı mütəxəssis rəyinin verilməsi təyinatı üzrə 95 manat ödəniş etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-3644/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər Mingəçevir Bələdiyyəsinin “X3 X6”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) – yaşayış məntəqələrinin torpaqları, uqodiyası – tikinti altında olan torpaqlar, mülkiyyətçisi – **********01 reyestr nömrəli çıxarışa əsasən İddiaçıdur. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/8818 nömrəli, 17 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2- 3644/2024 nömrəli mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında qeyd olunanlara əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi 9,3 kv.m torpaq sahəsi **********01 reyestr nömrəli Çıxarışla İddiaçı məxsus torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri, Mikayıl Müşfiq, 2 Yeni qaydalarla: AZ 4501, Mingəçevir şəhəri, Mikayıl Müşfiq, 2 ünvanında yerləşən 0.0308 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən olunmuşdur ki, sözügedən mübahisəli tikili X5 məxsus torpaq sahəsində yerləşir. Lakin həm iddia ərizəsindən, həm iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatından məlum olur ki, iddiaçı əvvəllər faktiki istifadəsində olan, sonradan, yəni xx.xx.2023-cü il tarixdə öz adına rəsmiləşdirdiyi torpaq sahəsində sözügedən tikilinin aparılmasına 8 il bundan öncə cavabdehə icazə vermişdir. Sonradan iddiaçı həmin tiklinin sökülməsini tələb etsə də, cavabdeh bununla razılaşmamış, tikilini sökməkdən imtina etmişdir. Hazırda isə iddiaçı həmin tikilinin sökülməsinə dair məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə iclası zamanı iddiaçı verdiyi izahatında 8 il öncə cavabdehə ona məxsus torpaq sahəsində tikili tikməyə icazə verdiyini bildirmişdir. Bu hal işin halları ilə təsdiqini tapır, belə ki, 8 il öncə cavabdeh iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində başladığı tikiliyə etiraz etməmişdir. Eyni zamanda ekspert rəyindən müəyyən olunur ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsində ayaq yolu inşa edib və ondan istifadə edir. Yəni, iddiaçı buna razılıq vermiş, tikilidən məlumatı olmuş və ötən 8 ilə yaxın müddətdə bu hala etiraz etməmişdir. Lakin, iddia ərizəsində qeyd edildiyi kimi tikintinin iddiaçının istədiyi zaman sökülməsinə dair iddiaçı ilə cavabdehin razılaşmaları öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Beləliklə, məhkəmə, iddianın əsaslılığını müəyyən etmək məqsədi ilə məhkəmə araşdırması zamanı müəyyən etdi ki, sökülməsi tələb olunan tikili iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən özbaşına deyil, məhz, 8 il bundan qabaq iddiaçının razılığı ilə tikilmiş, iddiaçıya məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikilinin cavabdeh tərəfindən faktiki istifadə və sahibliyinə 8 il sonra iddiaçı tərəfindən etiraz edilmiş, lakin cavabdeh buna məhəl qoymamış, tikilini sökməkdən imtina etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı əvvəllər özünün faktiki istifadəsində olan torpaq sahəsində cavabdehin tikinti aparmasına razılıq vermiş, bununla da həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə iddia tələblərini əsassız sayılır. Əks təqdirdə bu hal iddiaçının əsassız varlanmasına şərait yaradar. Məhkəmə yuxarıda sadalanan normaları və işin faktiki hallarını nəzərdən keçirib hesab edir ki, Mülki Qanunverciliyin 560.3-cü maddəsi hüquqdan sui-istifadənin tərkibini müəyyən etmişdir. Həmin bəndlərdən biri isə 560.3.4-cü maddədir. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). 37. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilibedilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ekspertiza rəyinin verilməsi üçün çəkilən xərc olan 50 (əlli) manat iddiaçıdan tutulub dövlət büdcəsinə ödənilməlidir. Belə ki, AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza rəyinin verilməsi üçün çəkilən xərc olan 50 (əlli) manat iddiaçıdan tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-29/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-29/2025
21.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver