Məhkəmə qərarları › İş №2(051)-298/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-298/2022

13.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-298/2022 13.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçının nümayəndəsi, Vəkil, cavabdeh Mingəçevir şəhər X2 direktoru X6 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir şəhər X1rşı işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqı tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Bədəlova X7 şəhər X1rşı işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqı tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında iddiaçının nümayəndəsi, Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı 01.04.2015-ci ildə Mingəçevir şəhər X2 M.P.Vaqif adına Mərkəzi Kitabxanasının kitabxana-biblioqrafiya proseslərinin avtolaşdırılması Şöbəsinə kitabxanaçı vəzifəsinə qəbul edilmişdi. 30 dekabr 2016-cı ildə Mingəçevr şəhər X5 direktoru ilə iddiaçının arasında həmin kitabxananın kitabxana-biblioqrafiya şöbəsinə baş kitabxanaçı vəzifəsinə 1(bir) il müddətinə əmək müqaviləsi bağlanmışdır. 01 mat 2018-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilərək İddiaçı X2 M.F.Axundov adına 12 №-li kitabxanaya kitabxanaçı vəzifəsinə keçirilmiş, həmin vaxtdan 03 iyul 2020-ci il tarixədək kitabxanaçı işləmişdir. İddiaçı 5 il 3 ay Mingəçevir şəhər X3 kitabxanaçı işləmişdir. 03 iyul 2020-ci ildə direktor Etibarə Babayeva iddiaçıya zəng vurub deyibdir ki, bu gündən işdən azadsan. Səbəbini soruşanda cavab vermir. Conra iddiaçı X12 idarəsinin rəisinə ərizə ilə müraciət edərək əsassız olaraq işdən çıxarılmasını bildirmiş, ailə vəzyyətini nəzərə alaraq işinə bərpa olunmasına kömək edilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh işlə təmin olunacağı barədə iddiaçıya vəd vermişdir. Müəyyən vaxt keçdikdən sonra iddiaçı işinə bərpa olunmadığını, və ya başqa işlə təmin olunmadığını görüb cavabdehdən işdən çıxarılması barədə əmri və əmək kitabçasını tələb edir. İddiaçıya əmr və əmək kitabçası verilmir, bildirilir ki, işlə təmin olunacaqdır. Sonra iddiaçı aldadıldığını başa düşərək cavabdehdən əmək kitabçasının və işdən çıxarılması barədə əmrin ona verilməsini qətiyyətlə tələb edir. 30 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verlməsi barədə 03.07.2020-ci il tarixli əmrin təsbiq olunmuş surətini, 11.10.2021-ci il tarixdə isə əmək kitabçası iddiaçıya veilmişdir. Bundan sonra iddiaçı mediasiyaya müraciət etmiş, mediator tərəfindən cavabdehə ilkin mediasiya sessiyasında iştrak etmək və mediasiya sessiyasının keçirdiləcəyi vaxt barədə məlumat verilsə də cavabdeh mediasiya prosessində iştirak etmədi. Sonra iddiaçı nəhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, cavabdehn 03 iyul 2020-ci il tarixli 33 №-li əmri qanunsuzdur, etibarsız hesab edilməldir. Belə ki, həmin əmrdə iddiaçı ilə əmək müaviləsinə xitam verilməsi üçün əsas kimi İddiaçı ərizəsi göstərilmişdir. Lakin İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə veməmişdir. Əmrdə əmək müqaviləsinə xitam verlməsi üçün nəzərdə tutulmuş Əmək Müqaviləsinin hər hansı maddəsi göstərilməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbini pozmuşdur. Bundan əlavə Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçı da 5 ildən artıq müddətli əmək müaviləsi ilə işləmişdir və belə olan halda əmək müqaviləsi müddətsiz hesab edilməlidir. Əmək Müqaviləsinin 73-cü maddəsində göstərilir ki, 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İddiaçı ilə bağlanmış müqavilənin müddəti bitdikdən sonra əmək münasibətləri davam etmiş, ona görə də müavilənin müddəti uzadılmış hesab olunduğu halda, cavabdeh uzadılmış müqavilənin 4-cü ayından sona əmək müqaviləsinə xitam verilməsinə dair 03.07.2021-ci il tarixli 33 №-li əmri imzalamışdır. İddianın təmin olunmasını, cavabdeh Mingəçevir şəhər X2 direktorunun 03 iyul 2020-ci il tarixli 33 №-li əmrinin etibarsız hesab edilməsi, iddiaçının işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir şəhər X2 direktoru X8 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı 30 dekabr 2016-cı ildə M.P.Vaqif adına Mərkəzi Kitabxananın kitabxana-bibioqrafya şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmiş, iddiaçı ilə 1 il müddətinə əmək müqaviləsi bağlanmışdı. 01 mart 2018-ci il tarixdə MKS-nin M.F.Axundov adına 12 №-li kitabxana filialına müvəqəti olaraq analıq məzuniyyəti yerinə kitabxanaçı vzifəsinə keçirilmişdir. Analıq məzuniyyətinə çıxmış X9 məzuniyyətdən qayıtdığına görə iddiaçı İddiaçı ilə əmək müqaviləsinə 33 №-li 03.07.2020-ci il tarixli əmrlə xitam verilişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı işlə təmin olunması üçün müraciət etmiş, lakin boş iş yeri olmadığına görə onu işlə təmin etmək mümkün olmamışdır. Bundan əlavə iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra işdən azad olunması barədə əmri və əmək kitabçasını gəlib götürməsi bildirilmiş, lakin iddiaçı əmrin surətini və əmək kitabçasını götürməmişdir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş işəgötürən Mingəçevr şəhər Mərkəzləşdirilmiş kitabxana Sisteminin direktoru ilə X10 arasında 30 dekabr 2016-cı ildə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı M.P.Vaqif adına Mərkəsi Kitabxanaya kitabxana-bibloqrafiya şöbəsinə baş kitabxanaçı vəzifəsinə qəbul edilmişdir. Müqavilə 12 ay müddətinə, 30 dekabr 2016-cı il tarixindən 30 dekabr 2017-ci il tarixədək bağlanmışdır. Həmin müqavilənin 8.2-ci bəndindən görünür ki, müqavilədə dəyişiklik edilmiş, işçi 01.03.2018-ci il tarixdən müvəqqəti olaraq MKS-nin M.F.Axundov adına 12 №-li kitabxanaya kitabxanaçı keçirilmişdir. İşdə olan Mingəçevir şəhər MKS-nin direktorunun 17 №-li 01.03.2018-ci il tarixli əmrində göstərilir ki, M.P.Vaqif adına Mərkəzi Kitabxananın kitabxana-bibloqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müvəqqəti böyük kitabxanaçısı Bədəlova Sevinc Əjdər qızı 01.03.2018-ci il tarixdən işdən azad edilsin və MKS-nin M.F.Axundov adına 12 №-li kitabxana filialına müvəqqəti olaraq analıq məzuniyyəti yerinə kitabxanaçı vəzifəsinə keçirilsin. İşdə olan Mingəçevir şəhər MKS-nin direktorunun 33 №-li 03.07.2020-ci il tarixli əmrində göstərilir ki, Bədəlova Cevinc Əjdər qızı-MKS-nin F.F.Axundov adına 12 nömrəli kitabxana filialının müvəqəti böyük kitabxanaçısı 03.07.2020-ci il tarixdən əsas işçi sosial məzuniyyətdən qayıtdığı üçün tuduğu vəzifəsindən azad edilsin və əmək müqaviləsinə xitam verilsin. Əsas İddiaçı ərizəsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində; qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, işəgötürən-Mingəçevir şəhər X2 drektoru ilə bağlanmış 30 dekabr 2016-cı il tarixli əmək müqaviləsi ilə iddiaçı M.P.Vaqiv adına Mərkəzi Kitabxanayabiblioqrafiya şöbəsinə böyük kitabxanaçı vəzifəsinə qəbul edilmiş, müqavilə 12 ay müddətinə bağlanmışdır. Sonra müqaviləyə dəyişiklik edilmiş, iddiaçı 01.03.2018-ci il tarixdən müvəqqəti olaraq MKS-nin M.F.Axundov adına 12 №-li kitabxanaya kitabxanaçı keçirilmişdir. 33 №-li 03.07.2020-ci il tarixli əmrlə də iddiaçı tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsnin 83-cü maddəsinə əsasən; 1.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsnin 84-cü maddəsinin 1-ci bəndinə əsasən; 1.Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. İşə əlavə edilmiş iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 03.07.2020-ci il tarixli əmrdən görünür ki, cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməmiş, əmək müavləsinə xitam verilməsinə dai əmrin qanunla tələb olunan məzmununa riayət olunmamışdır. Belə ki, əmrdə əmək müqaviləsinə xtam verilməsi üçün əsas İddiaçı ərizəsi götürülmüşdür. Lakin məhkəmə iclasında İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsi olması müəyyən edilmədi. Bundan əlavə cavabdeh tərəfindən verilmiş 33 №-li 03.07.2020-ci il tarixli əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinin 5-ci hissəsinin tələbləri pozulaaq əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddələri göstəilməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdeh Mingəçevir şəhər X2 direktorunun 33 №-li 03 iyul 2020-ci il tarixli əmri etibarsız hesab edilməli, iddiaçı Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.F.Axundov adına 12 №-li kitabxana filialına kitabxanaçı vəzifəsinə bərpa olunmalı, məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsas ən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə

Qət etdi: İddia təmin olunsun. Cavabdeh Mingəçevir şəhər X2 direktorunun 33 №-li 03 iyul 2020-ci il tarixli əmri etibarsız hesab edilsin. Bədəlova X7 şəhər X2 M.F.Axundov adına 12 №-li kitabxana filialna kitabxanaçı vəzifəsinə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar