Məhkəmə qərarları › İş №2(051)-299/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-299/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-299/2024 13.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində notariat ofisini cəlb etdiyi mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində notariat ofisini cəlb etdiyi mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 miras qalmış xx.xx.2021-ci il tarixli 31020***-*******01 saylı kredit müqaviləsi və həmin kredit borcunun təminatı olaraq xx.xx.2021-ci il tarixli 31ZİNAS162201904 saüylı girov müqaviləsinə əsasən girov qoyulmuş, qiyməti 3131.98 manat olan bir ədəd 585 əyarlı, 29,6 qram tros boyunbağının yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində notariat ofisinin xüsusi notariusu Ramin Muradov məhkəməyə məktub göndərərək, üzrlü səbəbdən xx.xx.2024-cü il tarixə, saat 15:30-a təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, miras əmlakla bağlı hazırda Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Ona görə də ərizəni baxılmamış saxlayaraq sənədlərin geri qaytarılmasını xahiş edir. Bununla bağlı o, məhkəməyə ərizə təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin, izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunan qanunvericilik müddəalarının tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267- 268-ci maddələrini rəhbər tutub Qərara aldı: Ərizəçi mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar