Məhkəmə qərarları › İş №2(051)-30/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-30/2025

16.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-30/2025 16.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi, mənzilin hərraca çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi, mənzilin hərraca çıxarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən onunla cavabdehin ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən ona məxsus olan ½ hissənin naturada bölünməsi, əgər mənzilin naturada bölünməsi mümkün olmazsa, həmin ona məxsus olan ½ hissənin dəyəri olan 40.000 manatın cavabdehdən alınaraq ona verilməsi, yaxud da həmin mənzilin açıq hərracda satılaraq satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun olaraq onunla cavabdehin arasında bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi (vəkili) ərizənin qaytarılmasına etiraz etmədiyini və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsini, cavabdehin işin mahiyyəti üzrə həll olunmasına dair tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı nümayəndəsi (vəkili) məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə ünvanladığından, cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə–tikinti-texniki və məhkəmə– əmtəəşünaslıq ekspertizaları zamanı aparılmış tədqiqatların dəyəri olan 150 manat məhkəmə xərci İddiaçı və Cavabdeh bərabər qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi, mənzilin hərraca çıxarılması tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. İddiaçı məhkəmə–tikinti-texniki və məhkəmə–əmtəəşünaslıq ekspertizaları zamanı aparılmış tədqiqatların dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərcinin 75 (yetmiş beş) manat məbləğində hissəsi alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cavabdeh məhkəmə–tikinti-texniki və məhkəmə–əmtəəşünaslıq ekspertizaları zamanı aparılmış tədqiqatların dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərcinin 75 (yetmiş beş) manat məbləğində hissəsi alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət rüsumu kimi ödənilmiş 210 (iki yüz on) manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar