Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-301/2021 24.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi, maraqlı şəxs X1 iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx xxxx 1959-cu ildə Oğuz rayonu Baş Daşağlı kəndində anadan olmuşdur. Mərhum əri X8 ilə xx xxxx 1991-ci il tarixdə ailə qurmuşdur. Birgə nikah dövründə əri Namik Şirinov “xxxx” ASC-yə əmanət qoymuşdur. X16 xx xxxxxx 2018-ci ildə vəfat etmişdir. Ərindən miras qalmış “xxxx” ASC-də olan pul əmanətlərinin adına rəsmiləşdirmək istədikdə ona 6 aydan sonra notariusa müraciət etməli olduğunu bildirmişlər. 6 aydan sonra Notariat Kontoruna müraciət etdikdə ona Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin xüsusi notarisu məktubla “Miras açıldıdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir” cavabla imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Mərhum əri X3 birinci növbədə vərəsələri o və qızı İlhamə Şirinovadır. Qızı İlhamə onun xeyrinə öz payından imtina edir. Ərindən qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanı yoxdur. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də əri mərhum X2 miras qalmış “xxxx” ASC-də olan 1391 №-li əmanət kitabçasında olan pul məbləğini miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Maraqlı şəxs X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X8 onun atasıdır. Atasının ölümündən sonra o, mirası qəbul etməmiş, mirası ancaq anası Ərizəçi qəbul etmişdir. O, anasının xeyrinə mirasdan imtina etmişdir. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi arasında xx xxxx 1991-ci ildə nikah bağlanmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1992-ci il təvəllüdlü X1 valideynləri X9 və Ərizəçidır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şirinov Namik Cəfər oğlu xx xxxxxx 2018-ci ildə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X4 vərəsələri həyat yoldaşı Ərizəçi, uşaqları X5 və X6r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 xx xxxxxx 2020-ci ildə ölmüşdür. İşə “xxxx” ASC tərəfindən əmanətçi X7 verilmiş əmanət kitabçası əlavə olunmuşdur. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Namik Şirinov ərizəçinin əridir. Namk Şirinov xx xxxxxx 2018-ci ildə vəfat etmişdir. Ona məxsus əmanət kitabçasında 2560 ABŞ dollar pul qalmışdır. N.Şirinovun ölümündən sonra ona məxsus əmanət kitabçası ərizəçidə qalmış, ərizəçinin sahibliyində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi miras qoyan Şirinov Namik Səfər oğlunun arvadıdır. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ərindən miras qalmış əmanət kitabçasına sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, Namik Şirinovdan miras qalmış əmanət kitabçasının miras əmlak kimi Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. X2 miras qalmış əmanət kitabçasının Ərizəçi tərəfindən miras əmlak kimi qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-301/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-301/2021
24.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver