Məhkəmə qərarları › İş №2(051)-301/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-301/2022

16.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-301/2022 16.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, İddiaçı «X2» ASC-nin nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı: «X2» ASC-nin Cavabdeh: Cavabdeh qarşı «Zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: «X2» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X2» ASC-nin mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən torpaq sahəsinin zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X2» ASC-nin nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, ünvan 2 ünvanda yerləşən 0.2080 ha torpaq sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir. Bu barədə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Eyni zamanda da torpaq sahəsinin planı və ölçüsü "xxxx" ASC-nin adına tərtib olunmuşdur. Buna baxmayaraq həmin ərazidə caavbdeh Cavabdeh "xxxx" ASC-nə məxsus torpaq sahəsinin müəyyən hissəsini qanunsuz olaraq zəbt etmiş və orada qanunsuz olaraq dirəklər basdırmışdır. Cavabdeh "xxxx" ASC-nə məxsus torpaq sahəsindən çıxmaq istəmir. Dəfələrlə Cavabdeh "xxxx" ASC-nin mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxması tələb edilsə də, cavabdeh "xxxx" ASC-nə məxsus torpaq sahəsindən çıxmamışdır. Buna görə də məhkəməyə müraciət edilmişdir. İddianın təmin olunmasını, Cavabdeh «X2» ASC-nin mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən torpaq sahəsinin zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvandakı 0,2080 ha torpaq sahəsi 24 avqust 2021-ci il tarixdə mülkiyyət hüququ ilə «X2» ASC-nin adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Texniki Pasportun surətindən görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən əmlak kompleksi 21 avqust 2021-ci il tarixdə olan vəziyyətə əsasən **********23-12301 saylı reyestr nömrəsi ilə «X2» ASC-nin adına tərtib olunmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3875 №li, xx.xx.2022-ci tarixli rəyində göstərilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən «X2» ASC-nin mülkiyyətində olan, ümumi sahəsi 1628.3 kv.m. təşkil edən əmlak kompleksinə dair xx.xx.2021-ci il tarixdə tərtib olunmuş texniki pasportunda göstərilən torpaq sahəsinin 0.06 ha hissəsinin cavabdeh tərəfindən dirəklər basdırılaraq çəpərə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqasının qanunsuz sahibliyindən əmlakın alınması ilə bağlı yaranan mülki münasibətlərdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ,o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatından bəhs edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq sahəsinə iddiaçının sahibliyi məsələsi araşdırılarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin aşağıdakı müddəaları da nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci bəndinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Sadalanan hüquq normalarının sistemli təhlili bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən tutulmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir və mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etdi. Cavabdeh isə tutmuş olduğu torpaq sahəsinin onun mülkiyyətinə, istifadəsinə, icarəsinə verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edildi ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh «X2» ASC-nin mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən torpaq sahəsindən çıxarılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh «X2» ASC-nin mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən torpaq sahəsindən çıxarılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh alınıb aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci SAP (XİİS) hesabı, X1 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, HESAB AZ34CTRE******************** Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar