Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-306/2024 06.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 Kamal qızının, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və İddiaçı2 etibarnamə üzrə nümayəndələri və vəkilləri Vəkil2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh2, İddiaçı2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı1 və X2 qarşı mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (xx.xx.1997-ci il doğum tarixli), Cavabdeh2 (xx.xx.1971-ci il doğum tarixli) və Cavabdeh3 (xx.xx.1995-ci il doğum tarixli) ünvan 1rəli mənzilə dair istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı1 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə müraciət edərək, bildirdi ki, o, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi, ev 3, 30 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, İddiaçı2, Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı1 və X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1rəli mənzilə köçürülmələri və həmin mənzildən istifadə hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 22-23 fevral 1968-ci il tarixli, 05 saylı protokollarına əsasən Mingəçevir şəhəri, Lenin küçəsi 55 saylı evin, 30 saylı mənzili (hazırda Vidadi küçəsi 3, mənzil 30) üç nəfər ailə üzvü ilə birlikdə iddiaçının əri X8 verilmişdir. Kamal Məmmədov 01 mart 2022-ci ildə vəfat etmişdir. Mənzildə iddiaçı özü, qızı Tamilla Məmmədova, oğlu İddiaçı2, arvadı Cavabdeh2 və övladları Zaur və Afaq Məmmədovlar qeydiyyatda olsalar da, mənzildə o, qızı Tamilla ilə birlikdə yaşamışdır. X14 da vəfat edənə qədər onlarla birlikdə yaşamışdır. Oğlu İddiaçı2 1994-cü ildən ailə qurduqdan sonra yaşadıqları evi tərk edib getmiş, daha sonra mənzildən qeydiyyatdan çıxmışdır. Oğlunun ailəsi isə mənzildə yaşamasalar da, qeydiyyatdan çıxmamışlar, bu da mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdeh İddiaçı2 və onun ailə üzvləri heç vaxt onlarla birlikdə yaşamamışlar. İddiaçı2 və onun ailə üzvləri mərhum Kamal Məmmədovun yas mərasiminə də gəlməmişdir. Mənzildə cavabdehlərə aid heç bir əşya yoxdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərin ünvan 1rəli mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1rəli mənzilə dair istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini, qarşılıqlı iddia üzrə iddiaçıların vəkili və nümayəndəsi qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdilər. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və İddiaçı2 etibarnamə üzrə nümayəndələri və vəkilləri Vəkil2 məhkəmə iclasında izahatında bildirmişdir ki, Mingəçevir şəhər Vidadi küçəsi 3 saylı evin, 30 saylı mənzil order əsasında İddiaçı2 atası mərhum Kamal Məmmədovun adına verilmişdir. İddiaçı2 1992-ci ildə Cavabdeh2 ilə ailə qurmuş, ailə qurduqdan sonra Afət onların yaşadıqları Mingəçevir şəhər Vidadi küçəsi 3 saylı evin 30 saylı mənzilinə gəlin köçmüşdür. Onların birgə nikahdan Zaur və Afaq adlı iki övladları olmuşdur. Bir müddət cavabdehlər anası Solmaz və bacısı Tamella ilə mehriban yaşamışlar. Həmin vaxt qeyd olunan mənzildə dünyaya gəlmiş övladları tələf olmuşdur. Lakin sonra cavabdehlər əsassız mübahisələr yaratmaqla onun həyat yoldaşı Afəti hamilə vəziyyətdə mənzildən qovub çıxarmışlar. Bundan əlavə atasının vəfatını onlardan gizlətmiş, məlumat verməmişlər. Artıq neçə illərdir ki, kirayədə yaşayırlar. Onların mübahisəli mənzildə qeydiyyatda olmalarına, orderdə adının olmasına baxmayaraq, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qeyd olunan mənzildə yaşaya bilmirlər. Ailə üzvü olmasına, ailə üzvü kimi təsərrüfatı birgə idarə etmələrinə və hazırda yaşayış sahələrinin olmadığına görə onların mənzildən istifadə hüquqları vardır və həmin mənzilə köçürülməlidirlər. Məhkəmə izahatları dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, cavabdehlərin mənzilə istifadə hüququ itirilmiş hesab edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. X6 adına 15 mart 1968-ci il tarixdə Mingəçevir şəhəri, Lenin küçəsi 55 saylı evin, 30 saylı mənzilinə (hazırda Vidadi küçəsi 3, mənzil 30) dair verilmiş 423 saylı orderdən görünür ki, göstərilən mənzil üç nəfər ailə üzvü ilə birlikdə X6 istifadəsinə verilmiş, orderdə arvadı İddiaçı1, qızı X4 və oğlu İddiaçı2 adı qeyd olunmuşdur. Mingəçevir şəhər 3 saylı MİS-nin xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, qonşuların dediklərinə görə İddiaçı1 oğlu İddiaçı2, gəlini X12, nəvələri Cavabdeh3, Məmmədov X7 şəhər Vidadi küçəsi 3 saylı evin, 30 saylı mənzilində yaşamırlar. Mingəçevir regional «Asan xidmət» mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Mingəçevir şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 və X12 29 iyul 1992-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə 276 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvad Məmmədova soyadını götürmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1940-cı il təvəllüdlü İddiaçı1, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1963-cü il təvəllüdlü X1 şəhəri, M.V.Vidadi küçəsi, ev 3, 30 nömrəli mənzil ünvanı üzrə qeydiyyatadırlar. Mingəçevir şəhər 1 nömrəli MİS-nin xx.xx.2023-cü il tarixli, 375 №li arayışından görünür ki, Məmmədov X5 şəhəri, M.Ə.Sabir küçəsi, ev 3, mənzil 27 ünvanda yaşayır. Mingəçevir şəhər 1 nömrəli MİS-nin xx.xx.2023-cü il tarixli, 374 №li arayışından görünür ki, Məmmədova X9 şəhəri, M.Ə.Sabir küçəsi, ev 3, mənzil 27 ünvanda ailə üzvləri İddiaçı2, Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə kirayədə yaşayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Mingəçevir Şəhəri ZDS İcraiyyə Komitəsinin 22-23 fevral 1968-ci il 05 saylı protokollarına əsasən Mingəçevir şəhəri, Lenin küçəsi 55 saylı evin 30 saylı mənzili iddiaçının ərinə verilmişdir. İddiaçının əri xx.xx.2022-ci ildə vəfat etmişdir. Mənzilə dair orderdə iddiaçının, iddiaçının qızının, oğlunun (qarşılıqlı iddia üzrə iddiaçının) adı qeyd olunmuşdur. İddiaçının gəlni (ilkin iddia üzrə cavabdeh) 1992-ci ildə həmin mənzilə gəlin köçmüş, 1994-cü ildə iddiaçının oğlu və gəlni mənzili tərk etmişlər. İddiaçının oğlu və gəlininin birgə nikahdan iki övladı olmuşdur. Onlar da doğulandan həmin mənzilə qeydiyyata düşmüşlər. İddiaçının oğlu qeyd olunan mənzildən qeydiyyatdan çıxaraq digər ünvana qeydiyyata düşmüşdür. İddiaçının gəlini və nəvələri həmin ünvanda 1994-cü ildən yaşamasalar da qeydiyyatda qalmışlar. İddiaçı gəlini və nəvələrinin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. İddiasını da belə əsaslandırır ki, onlar 30 ilə yaxındır həmin mənzildə yaşamırlar, nəvələri ümumiyyətlə həmin mənzildə yaşamamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçılar-ilkin iddia üzrə iddiaçının oğlu, ilkin iddia üzrə iddiaçının gəlni, ilkin iddia üzrə iddiaçının nəvələri evə köçürülmə tələbləri qoyub. Qarşılıqlı iddianı belə əsaslandırırlar ki, onlar köçürülmə tələb etdikləri mənzildən öz istəkləri ilə çıxmamışlar. Hazırda kirayədə yaşayırlar. Daimi yaşayış sahəsi ilə təmin olunmamışlar. Ona görə də qarşılıqlı iddianın təmin edilməsini xahiş edirlər. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. İstinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Hazırki mübahisə üzrə ilkin iddia üzrə cavabdehlərin istifadə hüquqlarının yaranması işin mübahisəsiz halıdır. Lakin ilkin iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçının gəlni) həmin mənzilə köçsə də cəmi iki il orada yaşamış, daha sonra başqa mənzilə köçmüş, övladları dünyaya gəlmiş, onlar da mübahisəli mənzilə qeydiyyata düşmüş, artıq 30 ilə yaxındır ki, onlar digər mənzildə yaşayırlar. Eyni zamanda onlar 30 ilə yaxın müddət ərzində özlərinin istifadə hüquqlarının pozulması barədə nə məhkəməyə, nə də digər hüquq mühafizə orqanına müraciət etməmişlər. Eyni zamanda cavabdehlər mənzilin saxlanılması üçün 30 il ərzində heç bir vəzifəni icra etməmişlər. Mənzilə qayıtmaları üçün hər hansı cəhd göstərməmişlər. Əksinə ailənin başçısı ilkin iddia üzrə iddiaçının oğlu həmin mənzildən qeydiyyatdan çıxmış, könüllü olaraq həmin mənzilə olan hüquqlarından imtina etmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının oğlunun mənzildən qeydiyyatdan çıxması işin mübahisəsiz halıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Rasimin könüllü olaraq mənzildən qeydiyyatdan çıxaraq digər yaşayış sahəsinə qeydiyyata düşməsi onun həmin mənzilə olan hüquqlarından imtina etməsini göstərir. Bu keçən müddət ərzində həm ilkin iddia üzrə iddiaçının oğlu həm də qarşılıqlı iddia üzrə digər iddiaçılar ümumiyyətlə mənzillə əlaqəni tamamilə daimi olaraq kəsmişlər. Yalnız ilkin iddia qaldırıldıqdan sonra belə bir qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. İş üzrə ilk iddianın təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırır. Belə ki, ilk iddia üzrə cavabdehlərin istifadə hüququqnun itirilmiş hesab edilməsi onların mənzilə köçürülmə tələbini aradan qaldırır. Eyni zamanda qarşılıqlı iddia üzrə digər İddiaçı2 mənzilə istifadə hüququ itirildiyindən onun da mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 156.- 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa hakim qarşılıqlı iddianı icraata qəbul edir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi dair ilkin iddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mingəçevir şəhəri, Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı Cavabdeh2, İddiaçı2, Cavabdeh1 və Cavabdeh3 Mingəçevir şəhəri, Vidadi küçəsində yerləşən 3 saylı evin 30 saylı mənzilinə köçürülmə və həmin mənzildən istifadə hüquqlarının müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir şəhəri Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-306/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-306/2024
06.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver