Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-309/2021 19.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi: Ərizəçi «hüquqi faktın müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun doğum tarixinin xx.xx.1960-cı il olması faktının müəyyən edilməsi və bu barədə ona doğum haqqında təkrar şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, o, xx.xx.1960-cı ildə Kəlbəcər rayonun Taxtabaşı kəndində anadan olmuşdur. O zamanlar SSRİ pasportu alan zaman doğum tarixinin 1960-cı il kimi qeyd edilmişdir. 1993-cü ildə məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq məcburi köçkün düşən zaman bir sıra sənədlər və əşyaları ilə bərabər doğum haqqında şəhadətnaməsi də doğulduğu Kəlbəcər rayonu Taxtabaşı kəndində, erməni işğalında qalmışdır. Lakin, 1995-ci il tarixdə nikaha daxil olan zaman nikah haqqında şəhadətnaməsində doğum tarixi səhvən 1968-ci il kimi qeyd edilmişdir, sobradan SSRİ pasportu ləğv edildikdən sonra, yeni Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi verilən zaman nikah kağızını da təqdim etmişdir. Bundan sonra ona yeni verilən şəxsiyyət vəsiqəsində doğum tarixi 1968-ci il kimi qeyd edilmişdir. O zaman doğum haqqında şəhadətnaməni əldə etmək mümkün olmadığından bu işin üstünə düşə bilməmişdir. Ancaq həmişə bilirdi ki, onun doğum tarixi xx.xx.1960-cı ildir. Artıq pensiya yaşına çatmış, pensiyaya çıxmaq üçünDSMF-nun Mingəçevir şəhər bölməsinə müraciət etmişdir.Daha sonra oradan ona bildirdilər ki, sənədləriniz sistemdə yoxlanılan zaman sizin doğum tarixinizdə uyğunsuzluq var, belə ki, doğum haqqında sənədin kötüyündə onun təvəllüdü xx.xx.1960-cı ildir. Lakin şəxsiyyət vəsiqəsindəki doğum tarixi uyğunsuzluq təşkil etdiyindən doğum haqqında şəhadətnaməni ala bilmir. Şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, oradan ona sənədlərdə uyğunsuzluq olduğundan doğum haqqında təkrar şəhadətnaməni vermək mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Başqa qaydada doğum şəhadətnaməsini almaq mümkün deyil. Ona görə də, onun doğum tarixinin xx.xx.1960-cı il olması faktının müəyyən edilməsi və bu barədə ona doğum haqqında təkrar şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Göyüşov İlqar İldırım oğlu X3 ilə xx xxxxxx 1995-ci ildə Ağdam rayon VVADQ şöbəsində qeyd etdirməklə ailə qurmuşdur. İşdə olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin Ərizəçi xx.xx.1968ci ildə Kəlbəcər rayonun Taxtabaşı kəndində anadan olmuşdur. ünvan 1 mənzil 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, Maraqlı şəxs xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1969-1980-ci illər doğum bərpa akt qeydləri üzrə vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində aşkar olunmayıb. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, atası X5, anası X6 olan xx.xx.1960-cı il təvəllüdlü X1 doğumu haqqında akt qeydi aşkar edilmişdir. İş materiallarında olan, 1 saylı MKİS-nin xx xxxxxx 2020-ci il tarixli, 578 nömrəli arayışından görünür ki, Ağdam rayon qaçqın və məcburi köçkün olan Göyüşova X2 şəhər qaçqın və məcburi köçkünlər üçün salınmış 594 mənzilli yaşayış qəsəbəsindəki 6 saylı evin 3 saylı mənzilində yaşayır. İş materiallarında olan, Maraqlı şəxs xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi adına xx xxxx 1960-cı il tarixli doğum akt qeydi tərtib olunsun. Ərizəçi adına açılmış xx xxxx 1960-cı il tarixli doğum akt qeydində ata adı X5, ana adı X6, doğulduğu yer kimi Kəlbəcər rayonu Taxtabaşı kəndi göstərilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-309/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-309/2021
19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver