Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-31/2023 03.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi,Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin naturada bölünməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı X2 şəhəri N.Nərimanov prospekti, 19/1 №-li evin 47 №-li mənzilində yaşayır. İddiaçı Qətibə X1 ilə ailə qurmuş, nikahlarını xx.xx.2004-cü ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından övladları olmamışdır. Əmrah Quliyev xx.xx.2021-ci ildə vəfat etmişdir. Lakin mərhum Əmrah Quliyevin iddiaçıdan əvvəlki nikahından Cavabdeh1 və Cavabdeh2 adlı iki oğlu olmuşdur. Mingəçevir şəhəri, N.Nərimanov prospekti 19/1 saylı evin, 47 saylı mənzilini mərhum X6 ilə iddiaçı birgə nikah dövründə, yəni 2013-cü ildə alqı-satqı müqaviləsi əsasında almışlar. Əmrah Quliyevin vəfatından sonra mənzildə iddiaçı və Cavabdeh2 yaşayır. Onlar hər ikisi mənzildə qeydiyyatda olmaqla mənzildən faktiki istifadə edirlər. Cavabdeh1 isə uzun müddətdir Rusiya Federasiyasındadır. İddiaçı miras əmlakdan payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Mingəçevir şəhər məhkəməsinin 2(051)-1451/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş və mənzilin 4/6 hissədə iddiaçının payı müəyyən edilmiş, 2/6 hissə Əmrah Quliyevin adında qalmışdır. İddiaçı mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Tərəflər birlikdə normal şəraitdə yaşaya bilmirlər. Ona görə də ünvan 1 ünvanda yerləşən mənzilinin paylara mütənasib olaraq naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsi,vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə edilmiş Mingəçecir şəhər məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(051)-1451 №-li qətnaməsindən görünür ki, İddiaçı mərhum X4 məcburi pay almaq hüququ olan birinci növbəli vərəsəsi kimi tanınması, mərhum X3 miras qalmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013–cü il tarixdə verilmiş, ********** nömrə ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrində çıxarış əsasən, ünvan 2 ünvanında yerləşən mənzildən İddiaçı məcburi payı 4/6 hissədə, Cavabdeh1 məcburi payı 1/6 hissədə və Cavabdeh2 məcburi payı 1/6 hissədə müəyyən edilməsi qət eilmişdir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov prospekti, 19/1 №-li evin 47 №-li mənzilinə 4/6 hissə İddiaçı, 2/6 hissə X4 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizasının 10/6030 №li 30 dekabr 2022-ci il tarixli rəyində göstərilir ki, ünvan 3 ünvanda yerləşən evin 47 saylı mənzilin tərəflər arasında 2/6 və 4/6 paylarına uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi “İnşaat Norma və Qaydalarının 2.08.01.89-nu 1.1.,2.1,2.2.,2.4., 2.7 və 2.9. bəndlərinin və metodik tövsiyyəsinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri N.Nərimanov prospekti, 19/1 №-li evin 47 №-li mənzilinə 4/6 hissə İddiaçı, 2/6 hissə X4 adına qeydə alınmışdır. İddiaçı payların naturada bölünməsini tələb edir. İş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının rəyindən görünür ki, mənzilin paylara müvafiq olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə ekepertizasının rəyini sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, mənzilin paylara uyğun naturada bölünməsi texnki cəhətdən mümkün olmadığına görə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat iddiaçıdan alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat İddiaçı tərəfindən aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə ödənilsin. Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-31/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-31/2023
03.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver