Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-312/2024 31.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Mingəçecevir şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verərək qeyd etdi ki, o, 01 yanvar 1969-cu ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuşdur. X2, anası X4r. X2 və anası X1 rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Anası Rəhila 08 sentyabr 1991-ci ildə erməni gülləsindən vəfat etmişdir. X22 16 fevral 1992-ci ildə Qaradağlı faciəsində 2 qardaşı ilə birgə vəfat etmişdir. Həm anası, həm atası, həm də qardaşıları Xanəli Hüseynov və İbiş Hüseynov şəhid olduqlarından onlara şəhid ailəsi statusu verilməlidir. Ancaq ona məxsus doğum haqqında şəhəhadətnamə onda olmadığından həmin statusu əldə edə bilmir. Doğum haqqında şəhadətnamə itsə də, ona məxsus şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə, doğum tarixi ilə bağlı məlumatlar vardır və bu məlumatlar dəqiqdir. Məhkəmə hüquqi əhəmiyyət daşıyan doğumun qeyd edilməsi faktını müəyyən edə bilər. Həmin halın müəyyən olunmasını başqa cürə əldə edə bilmir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi onun əmisidir. Onlar beş qardaş bir bacı olublar. Həqiqətən, qardaşı oğlu Ərizəçi xx.xx.1969-cü ildə Xocavənd rayonunda anadan olmuşdur. Maraqlı şəxs nümayəndəsi X11 məhkəmə iclası zamanı, ərizəçinin doğumun qeyd edilmə faktı müəyyən olunmasıbarədə ərizəsinə dair məsələnin həll olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəni, işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Xocavənd rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2023-cü arayışdan görünür ki, Ərizəçi X2 xx.xx.1992-ci tarixdə Ermənilər tərəfindən qətlə yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun olaraq Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən X12 şəhid statusu verilmişdir. İşdə olan nikahın haqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 xx.xx.1992-ci il tarixdə nikah bağlamışlar. Həmin sənəddə Ərizəçi xx xxxxxx 1968-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olması qeyd edilmişdir. İşdə olan №6453256 hərbi biletdən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1968-ci ildə anadan olmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1992ci ildə Qarabağda həlak olub. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1991-ci ildə Xocavənd kəndində Ermənilər tərəfindən güllələnmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1992ci ildə Erməni quldurları tərəfindən öldürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli tarixli № 585 arayışdan görünür ki, Hüseynov X5 şəhərində İ.Qayıbov küçəsi mənzil 7-də yaşayır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Xocavənd rayonu Qaradağlı kəndində doğulmuşdur. Ərizəçi doğulan zaman ona doğum haqqında şəhadətnamə verilmiş, lakin sonradan həmin şəhadətnamə itmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə şəxslərin doğumunun qeyd edilmə faktını müəyyən edir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilməmişdir. MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğum akt qeydinin bərpa etmək üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi, X2, anası X9 olmaqla, xx xxxxxx 1968-ci il tarixdə Xocavənd rayonu Qaradağlı kəndində doğulması faktının qeyd edilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, X2, anası X6 olmaqla, xx xxxxxx 1968-ci il tarixdə Xocavənd rayonu Qaradağlı kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-312/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-312/2024
31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver