Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-316/2024 30.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi mərhum atası X1 miras qalmış Mingəçevir şəhəri 20 Yanvar küçəsi 12A saylı evin 26 saylı mənzilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər məhkəmə iclası zamanı araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmamış əsaslarla məhkəməyə verildiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi Mingəçevir şəhəri 20 Yanvar küçəsi 12A saylı evin 26 saylı mənzilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, miras əmlakın qəbul edilməsi məsələsi mübahisə olmadığı təqdirdə “Notariat haqqında” Qanuna əsasən notariuslar tərəfindən icra edilir. Buna görə də, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261-ci maddəsinin tələblərinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edir. Həmin Məcəllənin 261.1-ci maddəsinə əsasən hakim mülki iş üzrə icraata xitam verilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı ərizə məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Dövlət rüsumunun geri qaytarılması halları ilə bağlı MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Bununla belə ərizəçiyə izah edilsin ki, miras əmlakın qəbul edilməsi üçün notariat ofisinə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 276-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə miras əmlakın qəbul edilməsi üçün notariat ofisinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-316/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-316/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver