Məhkəmə qərarları › İş №2(051)-326/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-326/2025

18.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-326/2025 18.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən məcburi çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan xx.xx.2023-cü il tarixli **********94-06301 reyestr nömrəli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından (qaraj) Cavabdeh çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixli AN-1 ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını almışdır. Müqavilə əsasında ona xx.xx.2023-cü il tarixli **********94-06301 reyestr nömrəli texniki pasport verilmişdir. Hazırki cavabdeh ona məxsus qarajdan çıxmır. Cavabdehin ona məxsus qeyri-yaşayış binasından çıxmasını dəfələrlə tələb etsə də, cavabdeh qarajdan çıxmır. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçının iddia tələbi ilə razıdır, lakin qeyd olunan qeyri-yaşayış binasından (qaraj) çıxması üçün ona vaxt verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2022-ci il tarixli AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 alıcı İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 13 kv.m. olan qeyri-yaşayış binasını (qaraj) tam mülkiyyət üzrə 4500 manata satmışdır. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə texniki pasport tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. İşin faktiki halı: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (qaraj) iddiaçının mülkiyyətindədir. Tərəflər arasında qeyd olunan əmlakla bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə ilə mülkiyyət hüququ iddiaçıya keçmiş qeyri-yaşayış (qaraj) binasından çıxmamışdır. İddiaçı tələbin təmin edilməsini xahiş edir. Cavabdeh çıxmaq üçün vaxt verilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus qeyri-yaşayış (qaraj) binasından çıxmaması iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddia təmin edilməli, cavabdeh qeyd olunan qeyri-yaşayış binasından çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilərlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan **********94-06301 reyestr nömrəli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından (qaraj) çıxarılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar