Məhkəmə qərarları › İş №2(051)-327/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-327/2021

22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-327/2021 22.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iddiaçının etbarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, «Hüquqi faktın müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum əri X3 miras qalmış Vaz21099 markalı, 45BX426 dövlət nişanlı minik avtomobilini və Mingəçevir şəhəri TRM zavodunun ətrafında “Qartal” bağ massivində 700 kv.m. bağ sahəsi və üzərində tikilən iki otaqlı yaşayış evini qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçinin nümayəndəsi (vəkil) Vəkil məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X3 miras qalmış Vaz21099 markalı, 45BX426 dövlət nişanlı minik avtomobilin miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs Ərizəçi Nürəddin qızı və X7 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. X7 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu haqda müvafiq ölüm haqqında şəhadətnamə verilmişdir. X4 xüsusi mülkiyyətində Vaz21099 markalı, 45BX426 dövlət nişanlı avtomobili və Mingəçevir şəhər TRM zavodunun ətrafında “Qartal” bağ massivində 700 kv.m. bağ sahəsi və üzərində tikilən iki otaqlı yaşayış evi mövcuddur. Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinin tələblərinə görə o üç ay ərzində mirası qəbul etməli idi, lakin üzrlü səbəbdən mirası qəbul etmə müddətini buraxmışdır. Mingəçevir ASAN xidmətinin Notariat ifisinə rəsmən müraciət edərkən ona bildirdilər ki, mirası qəbul etmə müddətini buraxmış və bununla bağlı məhkəməyə müraciət etməlidir. Müvəkkili Şirinova X2 şəhəri N.Nərimanov küçəsi, ev 19\1, mənzil 36 ünvanında yaşamaqla mərhum əri X5 məxsus pay hissəsini, VAZ21099 markalı, 45BX426 dövlət nişanlı minik avtomobilini və Mingəçevir şəhər TRM zavodunun ətrafında “Qartal” bağ massivində 700 kv.m. bağ sahəsi və üzərində tikilən iki otaqlı yaşayış evini vərəsəlik açdıqdan sonra faktiki idarə edir. Azərbaycan Respublikası MM-nin 1243.3-cü maddəsinin tələblərinə istinad edərək hesab edir ki, müvəkkili miras kütləsini faktik olaraq qəbul etmiş və sahibliyi həyata keçirir və hal-hazırda həmin əmlakı idarə edir. Bununla da mirasın qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Bu zərurət həmin miras kütləsinə, yəni daşınmaz əmlakın və avtomobilin adına mülkiyyət hüququnun rəsmiləşdirilməsi və DƏDRX-dən Çıxarışın alınmasından irəli gəlir. Mülki Prosessual Məcəllənin 307-ci maddəsinin tələblərinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarınnın əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu hüquqi əhəmiyyətli olan faktları müəyyən edir. MPM-nin 307.2.11-ci maddəsinin mənasına görə yuxarıda ifadə olunan tələb hüquqi əhəmiyyətli olan fakt kimi məhkəmə müəyyən edə bilər. Odur ki, Məhkəmədən Ərizəçi Nürəddin qızının VAZ21099 markalı, 45BX426 dövlət nişanlı minik avtomobilini miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şirinov XədicəNurəddin qızı X4 arvadıdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Nəqliyyat X1 surətndən görünür ki, 1998-ci il buraxılış illi Vaz21099 Minik model, sedan, badımcan rəngli , 45BX426 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. İşə əlavə olunmuş ölüm haqqında Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, X7 xx xxxx 2020-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəznində Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsindən 17/93 №li pasportuna əsasən Mingəçevir şəhəri TRM zavodu ətrafı İSZ-nun “Qartal” bağçılıq yoldaşçılığında 600 kv.m. torpaq sahəsində istifadə hüququ X4 adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Elxan Hüseynov xx xxxxxx 2020-ci il tarixli 1443 saylı məktubundan görünür ki, “Sizin tərəfinizdən mirasın qəbul təsdiq edən hər hansı fakt təqdim edilməmişdir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X4 arvadıdır. Vaqif Şirinov vəfat etmiş və onun birinci növbə vərəsəsi isə həyat yoldaşı Ərizəçidır. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı, X3 miras qalmış VAZ21099 markalı, 45BX426 dövlət nişanlı minik avtomobilini miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum əri X3 miras qalmış VAZ21099 markalı, 45BX426 dövlət nişanlı minik avtomobilini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar