Məhkəmə qərarları › İş №2(051)-329/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-329/2024

06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-329/2024 06.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi, onun vəkili X4 və Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il tarixdə Qəbələ rayonu, Vəndam kəndində doğulması, soyadı Qasımova, adı Qaratel, ata adı X17, “ana” kimi X13 olmasına dair qeyd edilməsi, akt qeydində müvafiq dəyişikliklərin aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1961-ci il tarixdə Qəbələ rayonu, Vəndam kəndində doğulması, soyadı Qasımova, adı Qaratel, ata kimi X17, “ana” kimi X16 olmasına dair qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci ildə keçmiş Qutqaşen rayonu, Vəndam kəndində anadan olmuşdur.Doğum faktını təsdiqləyən hüquqi sənədləri itirmiş, bu barədə qeydiyyat şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon Qeydiyyat Şöbəsi tərəfindən 3-16-5/8-15-C-178/2023 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə baş məsləhətçisi Arifə Məmmədova izahatında bildirdi ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciət edərək doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin qeydləri informasiya sistemində Ərizəçi qıznın doğum haqqında hər hansı məlumat aşkar olunmamışdır. Bununla bağlı Mingəçevir Şəhər Məhkəməsinə mürciət etməsini tövsiyə olunmasını bildirilmişdir. Odur ki, ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Mingəçevir şəhəri Toxucu MTK-in tərəfindən verilmiş arayışsa əsasən Ərizəçi Mingəçevir şəhəri Təbriz küçəsi ev 23, mənzil 19 ünvanında qeydiyyatdadır və orada yaşayır. Seriya AZE, 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Azərbaycan Respublikası, Qəbələ rayonu, Vəndam kəndində doğulmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. X3 Reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/4-16-8304/2023 saylı məlumatda göstərilir ki, akt qeydləri informasiya sistemində Ərizəçi qıznın doğum haqqında hər hansı məlumat aşkar olunmadı. Qəbələ rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, № 3-16-5/8-15- C-178/2023 saylı məlumata əsasən Ərizəçi adına doğum haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət olunması göstərilmişdir. xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Qəbələ rayon Vəndam qəsəbə İƏN tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV seriyalı, № 089449 saylı doğum haqqında şəhadənamənin surətindən görünür ki, X14 xx.xx.1956-cı il tarixdə Qəbələ rayonunda doğulmuş, anası- X10r. AЗ seriyalı № 420311 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1965-ci il tarixdə Vəndam kəndində doğulmuş, anası- X10r. İV-ЖГ seriyalı, № 261669 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X12 arasında olan nikah xx.xx.1986-cı il tarixdə №37 saylı akt qeydi ilə tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə-Cəbrayılov, arvada- Cəbrayılova soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzə əsasən Ərizəçi Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qəbələ rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-16-8304/23 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli ilə tesdiq edilmiş "X3ın dövlət qeydiyyatı Qaydasının tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra Hakimiyyətinin numayəndəliyi, məhkəmə, prokurorluq, Dövət təhlukəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının ye notariuslar tərəfindən icra edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X3ın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən X3ın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X12 xx.xx.1961-ci il tarixdə Azərbaycan Respubliksı, Qəbələ rayonu Vəndam kəndində doğulmuşdur. Ərizəçi hazırda ünvan 2 ünvanında yaşayır və pasport qeydiyyatındadır. Doğum akt qeydinin edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə və bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Mingəçevir şəhəri Qeydiyyat Şöbəsinə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Milliyyətcə azərbaycanlı olan X6 Azərbaycan Respublikası Qəbələ rayonu Vəndam kəndində xx.xx.1961-ci il tarixdə anadan olması faktı təsdiq olunsun. xx.xx.1961-ci ildə Azərbaycan Respublikası, Qəbələ rayonu Vəndam kəndində anadan olmuş X6 doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx.xx.1961-ci il, doğum yeri qrafasında Azərbaycan Respublikası, Qəbələ rayonu Vəndam kəndi, atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X17, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X2 göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. X8 yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar