Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-330/2024 12.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək atasından miras qalmış Mingəçevir şəhəri Samux küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X15 izahat verərək göstərdi ki, ərizəçi onun oğludur. Qeyd olunan torpaq sahəsi ərinin ölümündən qabaq əri ilə X4 arasında 2017-ci ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi onların birgə nikah dövründə əldə edildiyindən o da razılıq ərizəsi təqdim etmişdir. Ancaq həmin ərizəyə baxmamış qol çəkmişdir. Əri öldükdən sonra ona məlum olmuşdur ki, torpaq artıq ərinin mülkiyyətində deyil. Hazırda həmin torpaq sahəsinin üzərində yerləşən evdə yaşayır. Torpağı almış şəxs onlara qarşı evdən çıxarılma tələbi qoymuşdur. Mərhum ərindən qalan yeganə əmlak həmin torpaq sahəsidir. Hazırda həmin torpaq da başqasının mülkiyyətindədir. Bununla belə ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlanaraq, onların iştirakı olmadan işə baxılmasına xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni həmçinin əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. İşdə olan sübutlar: Mingəçevir şəhəri, Samux küçəsində yerləşən əvvəllər X11 məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi Mingəçevir şəhəri notarius X12 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4e-262 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan respublikası Ədliyyə Nazirliyi X14 xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2405 nömrəli arayışdan görünür ki, Bərdə rayonu Yeni Əyricə kəndində qeydiyyatda olan Muradov X7 şəhəri M.P.Vaqif küçəsi ev 14, mənzil 5 ünvanında yaşamış, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X9 qalmış mirasa vərəsəlik işi açılması üçün xx.xx.2023-cü il tarixdə X14 xidmət mərkəzində notariat ofisinə müraciət etmiş və həmin tarixdə bununla bağlı V-436/2023 saylı vərəsəlik işi açılmışdır. Hər hansı əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Digər vərəsələrinin olması barədə notariat ofisinə heç bir məlumat daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli, 21 nömrəli arayışdan görünür ki, Muradov X7 şəhəri M.P.Vaqif küçəsi ev 14, mənzil 5 ünvanında yaşayır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Mingəçevir şəhəri, Samux küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi X10 xx.xx.2017-ci il tarixdən tam mülkiyyətindədir. AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X16 özünə məxsus Mingəçevir şəhəri, Samux küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi X1. X14 Xidmət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 340927 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bərdə rayonu Yeni Əyricə kəndində qeydiyyatda olan X15 ərizəsindən görünür ki, əri X13 məxsus olan Mingəçevir şəhəri, Samux küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini satılmasına, bağışlamasına və ya dəyişdiriləməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəçinin nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən olunur ki, ərizəçinin ərizədə göstərdiyi əmlak üzrə tərəflər arasında mübahisə vardır. Məhkəmə hesab edir ki, hüquq haqqında mübahisə olduğuna görə Ərizəçi ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub Qərara aldı: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-330/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-330/2024
12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver