Məhkəmə qərarları › İş №2(051)-331/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-331/2025

21.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-331/2025 21.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh: «İri şəhərlərin X10 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh «İri şəhərlərin X10 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «İri şəhərlərin X10 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, «İri şəhərlərin X10 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinin 22 oktyabr 2024-cü il tarixli, 363-K əmrinin ləğv edilməsi, onun işəbərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi, ödənilmiş mediasiya xərcinin alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 10 avqust 1992-ci ildə Azərbaycan DRES-də, sonra isə struktur dəyişikliyi ilə 01 aprel 2005-ci ildə Mingəçevir Şəhər Su təsərrüfatı İdarəsində maşinist vəzifəsində çalışmışdır. 15 mart 2017-ci ildən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 2-ci dərəcə nasos qurğularının istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. İşəgötürənin ona qarşı qərəzi ondan ibarət olmuşdur ki, əvvəldə onu işdən çıxartmış, məhkəmə qətnaməsinə əsasən işə bərpa olunmuşdur. Cavabdeh orqanın 22 oktyabr 2024-cü il tarixli, 363-K saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası olaraq «İri şəhərlərin X10 xidməti» publikhüquqi şəxsi təsdiq edilmiş strukturu və ştat cədvəli, Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli 04 saylı məktubu göstərilmişdir. Buna baxmayaraq çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti vəzifəsi mövcuddur və yerinə başqa şəxs götürülmüşdür. Bildirir ki, o ailə qurmamış və tək yaşayır. Ailənin yeganə qazanc gətirənidir. Başqa yerdən gəliri yoxdur. Qeyd edir ki, əmrin surətini xx.xx.2024-cü il tarixdə aldıqdan sonra 04 noyabr 2024-cü il tarixdə cavabdeh orqana mediasiya təklifi ünvanlamış, 04 dekabr 2024-cü ildə mediasiya prosesi yekunlaşmış və cavabdeh sessiyada iştirak etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, göstərdi ki, ixtisar üçün əmr olmalıdır. Ştat ixtisarı ilə şəxslərin ixtisarı fərqli anlayışlardır. Hal-hazırki işdə görünür ki, əmrdə səhvə yol verilmişdir. İşdən çıxarmaq məqsədilə ştat olduğu təqdirdə ştatı ixtisara qoymuşlar. Onun müvəkkili çalışmaq istəyir. Həmçinin iş qabiliyyətinə malikdir. Onu qərəzli olaraq işdən çıxarmışlar. Sənədlərdən görünür ki, Ştatların ixtisarından deyil, söhbət şəxslərin sayının ixtisarından gedir. İxtisarlaşmaya dair sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh «İri şəhərlərin X10 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinin nümayəndəsi X9 iddianı qəbul etmədi və izahatında göstərdi ki, ilk olaraq qeyd edir ki, "xxxx" adlı qurum artıq mövcud deyildir. xx.xx.2024-cü il tarixdən qüvvədə olan xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin fəhlələrinin ştat cədvəlinə əsasən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 32 vahid nasos qurğularının maşinisti ştatı verilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən qüvvədə olan xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş “İri şəhərlərin X10 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin ştat cədvəlinə əsasən su və kanalizasiya sistemlərinin istismarı sahəsində 28 vahid nasos qurğularının maşinisti ştatı verilmiş və 4 vahid nasos qurğularının maşinisti ştatı ixtisara düşmüşdür. Təqaüd yaşına çatması ilə əlaqədar olaraq 3 işçi nasos qurğularının maşinisti peşəsi üzrə ştat vahidlərinin ixtisarı ilə bağlı işdən azad olunmuş, 1 işçinin isə xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi xəstəlikdə olmuşdur. Verilmiş peşə üzrə 28 ştat vahidindən 24 ştat vahidi üzrə işləyən işçi sayına görə tutulmuş, 3 ştat vahidi vakansiya yaranmış və 1 vahid nasos qurğularının maşinisti peşəsi üzrə işləmiş işçi köhnə strukturda qalmışdır. Ona görə də iddiaçının əvvəlki vəzifəyə yenidən keçirilmə tələbinə dair ərizəsinin təmin olunmamasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixində doğulmuşdur. İT-1 saylı ******* №li əmək kitabçasının notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 10 avqust 1992-ci ildən Azərbaycan Respublikası Dresdə işləmiş sonra isə struktur dəyişikliyi səbəbindən 01 aprel 2005-ci ildə Mingəçevir Şəhər Su təsərrüfatı İdarəsində maşinist vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixində "xxxx" ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal İdarəsi bağlanmış əmək müqaviləsinə əsasən, su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 2-ci dərəcə ilə nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. Ştat cədvəlinin ixtisara düşməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Ştat cədvəlinin ixtisara düşməsi barədə xəbərdarlıq edilmişdir. «İri şəhərlərin X10 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinə məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdən qüvvədə olan xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin fəhlələrinin ştat cədvəlinə əsasən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 32 vahid nasos qurğularının maşinisti ştatı verilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən qüvvədə olan xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş “İri şəhərlərin X10 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin ştat cədvəlinə əsasən su və kanalizasiya sistemlərinin istismarı sahəsində 28 vahid nasos qurğularının maşinisti ştatı verilmiş və 4 vahid nasos qurğularının maşinisti ştatı ixtisara düşmüşdür. Təqaüd yaşına çatması ilə əlaqədar olaraq 3 işçi nasos qurğularının maşinisti peşəsi üzrə ştat vahidlərinin ixtisarı ilə bağlı işdən azad olunnmuş, 1 işçinin isə xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi xəstəlikdə olmuşdur. Verilmiş peşə üzrə 28 ştat vahidindən 24 ştat vahidi üzrə işləyən işçi sayına görə tutulmuş, 3 ştat vahidi vakansiya yaranmış və 1 vahid nasos qurğularının maşinisti peşəsi üzrə işləmiş işçi köhnə strukturda qalmışdır. Boş iş yerlərinə müvafiq olaraq adları qeyd edilən şəxslər: X5 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X1 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X8 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X2 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti və X6 xx.xx.2024-cü il tarixdə istehsalat sahəsini və xidməti otaqları yığışdıran peşəsi üzrə yerləşdirilmişdir. Mingəçevir şəhər Sukanal İdarəsinin Həmkarlar İttifaqı Təşkilatı iclasının 03 saylı xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Mingəçevir şəhər Sukanal İdarəsinin 18 oktyabr 2024-cü il tarixli 3-53-3-17/2-238/2024 saylı məktubunun icrası ilə bağlı Mingəçevir şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli qüvvədə olan ştat cədvəlinə əsasən işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci madddəsinin “b” bəndinə əsasən xitam verilməsi etiraz etmədikləri qərarına gəlmişlər. Mingəçevir şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı 24 il 1 ay 29 gün əmək stajı olduğuna görə ona orta əmək haqqının 2 misli miqdarında işdən çıxarma müavinəti verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-313/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamədən görünür ki, İddia tələbi qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdə İddiaçı ilə cavabdeh Azərsu” ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin arasında bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsinin eribarsız sayılmış, "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin 02 dekabr 2019-cu il tarixli 440-K saylı əmri ləğv edilmiş vəİddiaçı "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsin 2-ci dərəcə ilə nasos qurğularının maşinisti işinə bərpa edilsin. İddiaçı 02 dekabr 2019-cu il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qərara alınmışdır. İddia tələbi qalan hissədə təmin edilməməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-299/2021 saylı qərarından görünür ki, cavabdeh "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1092/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «İri şəhərlərin X10 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsi tərəfindən 25 oktyabr 2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı ilə «İri şəhərlərin X10 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 363-k saylı əmrinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. «İri şəhərlərin X10 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 363-K №-li əmrindən görünür ki, İddiaçı – Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən Mingəçevir Sukanal İdarəsində 24 il 1 ay 29 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarı işdənçıxarma müavinəti verilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətəgörə 17 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. İşin müəyyən edilmiş halları: İddiaçı , 10 avqust 1992-ci ildə Azərbaycan DRES-də, sonra isə struktur dəyişikliyi ilə 01 aprel 2005-ci ildə Mingəçevir Şəhər Su təsərrüfatı İdarəsində maşinist vəzifəsində çalışmışdır. 15 mart 2017-ci ildən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 2-ci dərəcə nasos qurğularının istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. 363-K №li xx.xx.2024-cü il tarixli əmrə əsasən onun ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İxtisarın səbəbi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri şəhərlərin X10 Xidməti” publik hüquqi şəxsin yaradılması olmuşdur. Mingəçevir Sukanal İdarəsində çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti 4 ştat vahidi ixtisar edilməklə 28-ə endirilmişdir. İşçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə xitam verilmişdir. 4 ştat vahidi isə boş qalmışdır. 3 ştat vahidi vakansiya yaranmış və 1 vahid nasos qurğularının maşinisti peşəsi üzrə işləmiş işçi köhnə strukturda qalmışdır. Boş iş yerlərinə müvafiq olaraq adları qeyd edilən şəxslər: X5 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X1 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X8 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X2 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti və X6 xx.xx.2024-cü il tarixdə istehsalat sahəsini və xidməti otaqları yığışdıran peşəsi üzrə yerləşdirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 80.Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı 10 avqust 1992-ci ildə Azərbaycan DRES-də, sonra isə struktur dəyişikliyi ilə 01 aprel 2005-ci ildə Mingəçevir Şəhər Su təsərrüfatı İdarəsində maşinist vəzifəsində çalışmışdır. 15 mart 2017-ci ildən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 2-ci dərəcə nasos qurğularının istismarı sahəsinin 3 saylı çirkab su nasos stansiyasının nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. İşəgötürən ştatların sayı ixtisar edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan, həmçinin işçilərin yaşı da nəzərə almaqla işçilər işdə saxlamışdır. Digər tərəfdən iddiaçının əmək müqaviləsinə xitam verilərkən iddiaçı - işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəxslərin işdə saxlanmasına üstünlük verilən işçi kateqoriyasına daxil olmadığından və əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər kateqoriyasına daxil olmadığından və işə baxılarkən həmin hallar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə qanunun tələblərinə uyğun xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin iddiası təmin edilə bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh «İri şəhərlərin X10 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar