Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-34/2025 15.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı Cavabdehlər Cavabdeh3, onun və Cavabdeh4 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mənzildən çıxarılma və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mənzildən çıxarılma və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərin ailə üzvləri ilə bərabər onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilində mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nun, Cavabdeh6 və Cavabdeh7 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və cavabdehlər tərəfindən onun mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Sözügedən mənzil ona məxsus olmaqla həmin mənzili hərracda almışdır. Cavabdehlərə məxsus olmuş, məhkəmə qətnaməsi və hərracla satılmış sözügedən mənzili hərracda almaqla bütün ödənişləri etmişdir. Mənzili öz adına qanuna müvafiq keçirməklə sənədlərini əldə etmişdir. Hazırda əvvəllər yaşadığı evi satmış və öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə edə bilmir. Cavabdehlər ona mülkiyyət hüququndan istifadə etməyə imkan verməməklə bərabər qanunsuz olaraq mənzilindən də çıxmırlar. Mülkiyyət hüquqlarından istifadə edə bilmir və başqa yerdə qalır. Bu məsələnin həlli üçün cavabdehlərlə dəfələrlə danışmağa çalışsa da müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehlərin ona məxsus mənzildən istifadə hüququ yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclası zamanı göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(051)-1477/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, **********32-05101-093008 reyestr nömrəli çıxarış əsasında iddiaçı Cavabdeh1, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ¼ hissədə ümumi paylı mülkiyyətlərində olan, 68.30 kv.m., ümumi, 47.69 kv.m.yaşayış, 20.61 kv.m. yardımçı sahədən ibarət, ünvan 1 ünvanında yerləşən üç otaqlı mənzilin açıq hərracdan satılması və ilkin satış qiymətinin 45970 (qırx beş min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilməsi, satış pulunun paylı mülkiyyətçilər olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında ¼ hissədə paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin sifarişi əsasında Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin, 9 saylı mənzili hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın qalibi İddiaçı olmuş və Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin 9 saylı mənzilini 45970 manata almışdır. Bu barədə "xxxx" MMC tərəfindən Hərracın yekunları barədə 19 nömrəli protokol tərtib olunmuş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Keçirilmiş hərrac barədə onlara heç bir məlumat verilməmişdir. Halbuki, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin 9 saylı mənzilinin mülkiyyətçisi kimi qeyd olunan mənzil ilk növbədə onlara təklif olunmalı idi. O və Cavabdeh4 iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və İddiaçı adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32-05101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-920/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1096/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-723/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclası zamanı iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan **********32-05101-093008 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ümumi sahəsi 73.40 kv.m olan, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2024–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(051)- 1477/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, **********32-05101-093008 reyestr nömrəli çıxarış əsasında iddiaçı Cavabdeh1, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ¼ hissədə ümumi paylı mülkiyyətlərində olan, 68.30 kv.m., ümumi, 47.69 kv.m.yaşayış, 20.61 kv.m. yardımçı sahədən ibarət, ünvan 1 ünvanında yerləşən üç otaqlı mənzilin açıq hərracdan satılması və ilkin satış qiymətinin 45970 (qırx beş min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilməsi, satış pulunun paylı mülkiyyətçilər olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında ¼ hissədə paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1001/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mənzildən çıxarılma və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işin icraatı dayandırılmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-920/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı, Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə və "xxxx" MMC-yə qarşı "xxxx" MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və İddiaçı adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32- 05101- 093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1096/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(051)-920/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 723/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından Çıxarışdan görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2024-cü il tarixli 2(107)-1096/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-34/2025 saylı qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki,iddiaçə mübahisəli mənzili açıq hərracdan əvəzli əqd əsasında əldə etmiş və onun həmin mənzil üzərində tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər isə mübahisəli mənzilin əvvəlki mülkiyyətçiləri olsalar da, hazırda həmin mübahisəli mənzil üzərində onların heç bir əşya hüquqları qeydə alınmamışdır. Eləcə də, iddiaçı ilə cavabdehlər arasında heç bir ailə münasibətləri olmamışdır. Ona baxmayaraq, cavabdehlər hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər, ona qanunsuz sahiblik edirlər. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, paylı mülkiyyətdə olmuş mübahisəli mənzil məhkəmə qərarı əsasında açıq hərracdan satılmış, iddaçı hərracı udmuş və həmin mübahisəli mənzili alqı-satqı müqaviləsi bağlamaqla əldə etmişdir. Bununla da mübahisəli mənzil üzərində cavabdehlərin ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmişdir. Hazırda iddiaçı ilə cavabdehlər arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehlərin mübahisəli mənzil üzərində digər əşya hüquqları qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onların iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özlərinin saxlanılmasını tələb etmək, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdehlərin mübahisəli mənzilə sahiblik etmələri qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmalarıda onların həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması sahiblik etmələri üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 1-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ heç bir hüquqi əsas olmadan cavabdehlər tərəfindən pozulmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin mənzil cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin mübahisəli mənzil üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və cavabdehlər tərəfindən mənzildə iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 **********32-05101-093008 reyestr nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın və mənzil boşaldılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tərəfindən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-34/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-34/2025
15.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver