Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-341/2021 17.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı onun vəkili X8 və cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr eviuşaq baxçasının müdiri X3 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq baxçasına qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq baxçasının onunla bağlanmış xx xxxx 2019 saylı əmrin etibarsız hesab edilməsi, barəsində çıxarılmış xx.xx.2020-ci il tarixli 11 saylı əmrin etibarsız hesab edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və vəkil tutmağı ilə əlaqədar çəkdiyi 400 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, xx xxxx 2010-cu ildə 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçasında müddətli əmək müqaviləsi əsasında tərbiyəçi vəzifəsinə təyin edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixədək həmin baxçadaəvəzedici tərbiyəçi müəllim kimi əmək fəaliyyəti ilə məşğuə olmuşdur. xx xxxxxxxx 2020-ci ildə cavabdehin eyni tarixli 11 saylı əmri ilə Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad olunmuşdur. Hazırkı müddətə qədər o işdən çıxma barədə əmrin surətini və əmək kitabçasını almamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidentinə və aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 müraciət etmişdir. X1 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubla işdən çıxarılmağı barədə məlumat almışdır. Həmçinin ona məlum omuşdir ki, xx xxxx 2019-cu il tarixdə onunla işəgötürən arasında xx xxxx 2019-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Onun həmin müddətli müqavilədən xəbəri olmamışdır. X12 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçasının müdirinin onu işdən azad olunmağı barədə əmrini qanunsuz hesab etmiş və əmrin etibarsız hesab edilməsi barədə cavabdehə xx.xx.2020-ci ildə xəbərdarlıq ünvanlanmış, onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi səbəbindən işəgötürən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılsa da hazırki müddətə qədər cavabdeh tprətdiyi pozuntunu aradan qaldırmır. Mən bir şəxsin yerinə deyil, ümumiyyətlə əvəzedici tərbiyəçi vəzifəsinə işəqəbul olunduğundan 2010-cu ildən işdən çıxarılana qədər bir əmrlə eyni vəzifəni yerinə yetirmişdir. Bu müddət ərzində işəgötürən yeni vakant vəzifələr yarandıqda onu həmin vəzifəyə təyin etdiyini bildirsədə, əksinə bunu etməmiş, 2010-cu ildən onun əvəzedici tərbiyəçi vəzifəsində işləməyinə baxmayaraq ondan sonra 3 yeni işçi götürməklə onlarla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Onunla bağlanmış müddətli əmək müqaviləsinə isə 10 ildən sonra müddətli olması səbəbindən xitam vermişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Ancaq ona məlum olmayan hallardan belə məlum olur ki, cavabdeh xx xxxx 2019-ci ildə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Onunla yalnız bir dəfə müddətsiz əmək müqaviləsi bağlanmış, bu məqsədlə 2 müqaviləyə imza atmışdır. Ona görə də, Mingəçevir şəhər 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçasının xx xxxx 2019 saylı əmrinin etibarsız hesab edilməsi, xx xxxxxxxx 2020-ci il tarixli 11 saylı əmrinin etibarszı hesab edilməsi, baxçaya tərbiyəçi vəzifəsinə müddətsiz əmək müqaviləsi işəbərpa edilməyi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi, vəkil tutmağı ilə əlaqədar çəkdiyi 400 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X8 iddiaçı Ş.Məmədovanın izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Mingəçevir şəhər 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçasının müdiri X9 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərərk verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə Mingəçevir Təhsil şöbəsinin müdiri X11 xx xxxx 2008-ci il tarixdə müddətli tərbiyəçi kimi müqavilə bağlamışdır. Daha sonra İddiaçı ilə xx xxxx 2010-cu il tarixdə analıq məzuniyyətində olan Mahmudova Səbinə məzuniyyətdən qayıdana kimi müvəqqəti tərbiyəçi kimi təyin edilmiş və müqavilə bağlanmışdır. Daha sonra xx xxx 2012ci il tarixdə həmin bağçada məzuniyyət yerlərində işləmək üçün müvəqqəti tərbiyəçi kimi saxlanılmışdır. xx xxxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək İ uşağna görə “Hamiləliyə və doğuşa görə sosial məzuniyyət”ə çıxmışdır. Daha sonra xx xxxxxx 2016-cı il tarixdən uşağın 3 yaşı tamam olana kimi xx xxxxxx 2019-cu il tarixədək ödənişli sosial məzuniyyət verilmişdir. Qismən ödənişli sosial məzuniyyətdən qayıdaraq İİ uşağa görə xx xxxxxx 2016-cı “Hamiləliyə və doğuşa görə sosial məzuniyyət”ə çıxmışdır. xx.xx.2017-ci ildə isə uşağın 3 yaşı tamam olana qədər ona qulluq etmək üçün sosial məzuniyyət verilmişdir. xx.xx.2019-cu ildə uşağa qulluq etmək üçün götürdüyü sosial məzuniyyətdən vaxtı bitməmişdən qabaq işdə hesab edilmişdir. İddiaçı məzuniyyətdə olan tərbiyəçi X4 yerinə müvəqqəti tərbiyəçi vəzifəsinə təyin edilmişdir. Daha sonra isə xx.xx.2019-cu ildə məzuniyyətdə olan tərbiyyəçi X6 yerinə o analıq məzuniyyətdən geri dönənədək təyin edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Ş.Ağakişiyevanın baxçada müvəqqəti tərbiyəçi işləməsinə baxmayaraq, ondan sonra 3 yeni işçi götürməklə müddətsiz əmək müqaviləsinin bağlamasını həmin yeni işçilərin ixtisasları həmin vəzifəyə uyğun gəlməsini göstərmişdir. Belə ki, Ş.Ağakişiyevaya Humanitar kollecin ibtidai sinif müəllimi ixtisası üzrə diplom verilmişdir. Şəlalə Ağakişiyevanın müvəqqəti tərbiyəçi işləməsi onun özünün qrupunun olmaması ilə təsdiq olunur. Mülki işə əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, X2 xx xxxx 2010cu il tarixdə Mingəçevir şəhər 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçasının tərbiyəçisi M.Səbinə məzuniyyətdən qayıdana kimi müvəqqəti tərbiyəçi kimi işə təyin edilmişdir. xx xxx 2012-ci il tarixdə həmin baxçaya məzuniyyətlər yerinə işləmək üçün müvəqqəti tərbiyəçi kimi saxlanılmışdır. Məhkəməyə təqdim olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, 11 saylı əmrin çıxarışından və əmək kitabçasının surətindən görünür ki, X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən xx xxxxxxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçasının x xxxxxxxx 2020-ci il tarixli, 11 saylı əmrin çıxarışından görünür ki, Ş.İsmayılova Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarması üçün tutduğu vəzifədən azad edilməsi məqsədə uyğun hesab edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçasının xx xxxx 2019-cu il tarixli əmrdən görünür ki, X2 analıq məzuniyyətində olan tərbiyəçi Əliyeva Nəzrin qızının yerinə o analıq məzuniyyətindən geri dönənədək əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərərk hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tərəflərin qarşılıqlı münasibətləri müddətli əmək müqaviləsi üzrə yaranan əmək mübahisəsidir və həmin mübahisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinin müddəalarına əsasən həll edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə əmək müqaviləsi işəgötürənlə işçinin hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir. Həmin Məcəlləsinin 42-ci maddəsində göstərilmişdir ki, əmək müqaviləsi sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilmişdir ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda əmək müqaviləsi müddətli bağlana bilər. İşə əlavə olunmuş xx xxxx 2019-ci ilin əmrindən görünür ki, Şəlalə Ağakişiyeva ilə əmək müqaviləsi müvəqqəti yəni, Nəzrin Əliyeva analıq məzuniyyətindən qayıdana kimi bağlanmışdır. İş materiallarından görünür ki, iddiaçı Ş.Ağakişiyevanın tələbini Əmək Məcəlləsinin 45.5-ci maddəsi ilə əsaslandırsa da bunu sübut edəcək hər hansı bir əsas məhkəmə iclasında müəyyən olunmamışdır. Belə ki, Əmək Məcəlləsinin 45.5-ci maddəsində müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilməsi göstərilmişdir. Təhsil şöbəsinin müdiri X11 ilə Ş.Ağakişiyeva ilə xx xxxx 2008-ci il tarixdə müddətli tərbiyəçi kimi müqavilə bağlanılmışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunan sənədlərdə onun fasiləsiz 5 il işləməsi barədə sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə cavabdeh tərəfindən təqdim olunan sübutlar iddiaçının təqdim etdiyi sübutların əsassız olması qənaətinə gəlməyə əsas vermişdir. Məhkəmə iş materiallarında olan sənədlər və tərəflərin təqdim etdiyi sübutları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı Ş.Ağakişiyevanın işdən çıxarılma qaydalarına tam əməl olunmamışdır. Belə ki, Mingəçevir şəhər 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçası ilə Ş.Ağakişiyeva ilə bağlamış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi yəni, əmək müqaviləsinin müddətinin qurtarması ilə deyil, həmin maddənin “e” bəndi ilə yəni, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilməli idi. Həmin hal isə analıq məzuniyyətində olan Nəzrin Əliyevanın geri qayıtması ilə baş vermişdir. Maddənin düzgün tətbiq edilməməsi iddiaçının tələbinin haqlı olmasına əsas vermir, sadəcə əmək qanunvericiliyinin tətbiqini işə götürən tərəfindən düzgün riayət edilməməsini gəstərir. Bu da işəgötürənin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə cərimə edilir. İşəgötürənin cəzalandırılması işçinin hazırkı vəziyyətdə vəziyyətinə təsir göstərmir. Məhkəmə iclasında iddianın təmin olunması üçün iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş sübutlar isə iddiaçının tutduğu vəzifədən azad olunmasına əsas olmaqla iddianın təmin olunmamasına əsas vermişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-341/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-341/2021
17.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver