Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-342/2022 17.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, 04 may 2007-ci ildən "xxxx" ASC-də rəngləmə-qablaşdırma üzrə rəngsaz şagirdi kimi əmək fəaliyyətinə başlamışdır. 2016-cə ilin may ayına kimi "xxxx" ASC-d rəngsaz işləmişdir. 25 may 2016-cı ildə öz ərizəsi ilə işdən çıxmışdır. İşlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətləri vardı. İşdən azad olunan zaman ona son haqq-hesab, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi hesablanmalı ona verilməlidi. Lakin həmin haqq-hesab hesablanıb ona verilməmişdir. O, dəfələrlə həmin pulun hesablanıb ona verilməsi barədə "xxxx" ASC-nin rəhbərliyinə müraciət etsə də, "xxxx" həmin pulu hesablayıb ona verməkdən imtina etmişdir. Sonra o, X5 Xidmətinə rəsmi müraciət edərək istifadə edilməmiş əmək məzuniyyətinə görə pulun hesablanıb ona verilməsinə kömək göstərilməsini xahiş etmişdir. Lakin X5 Xidmətindən müsbət cavab almamış, bildirilmişdir ki, araşdırma aparılmış, son haqq-hesab ödənildiyi məlum olmuşdr. X1 cavabından sonra o, məhkəməyə müraciət etmişdir. Hesab edir ki, onun hüquqları pozulmuşdur. İddianın təmin olunmasını, "xxxx" ASC-də işlədiyi müddətdə, 04 may 207-ci il tarixdən 25 yanvar 2016-cı il tarixədək istifadə etmədiyi əmək məzuniyyətinə kompensasiya hesablanaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia əsassızdır. Belə ki, iddiaçı Yusif Haqveddiyev 25 yanvar 2016-cı ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Həmin gün ona işdən azad olunması barədə əmr, əmək kitabçası, eləcə də son haqq-hesab hesablanıb verilmişdir., İddiaçı 04 may 2007-ci ildə 51/k saylı əmrlə işə qəbul olunmuş, 25 yanvar 2016-cı il tarixdə 07/k saylı əmrlə işdən azad olunmuşdur. İddiaçı işlədiyi müddətdə əmək məzuniyyətindən istifadə etmiş və məzuniyyət pulunu almışdır. Belə ki, iddiaçı 2007- 2008-ci illər üzrə 01 may 2008-ci il tarixli 53/k №-li əmrlə, 2008-2010-cu illər üzrə 01.08.2011-ci il tarixli 98/k №-li əmrlə, 2011-2012-ci illər üzrə 01.11.2012-ci il tarixli 223/k №-li əmrlə, 2012-2013-cü illər üzrə 01.06.2013-cü il tarixli 95/k №-li əmrlə, 2013-2015-ci illər üzrə 01.04.2015-ci il tarixli 44/k №-li əmrlə məzuniyyətdə olmuşdur. 25.01.2016-cı ildə isə işdən azad olunarkən ona son haqq-hesab ödənilmişdir. Bundan əlavə hesab edir ki, iddiaçı iddia müddətin ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə işçi pul və digər əmlak təlıbi ilə bağlı hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı 5 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət eetmişdir. İddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Maraqlı şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Maraqlı şəxs X5 Xidməti Mingəçevir Regional Ərazi şöbəsinin nümayəndəsi Camalzadə Camal Lətif oğlu məhjkəmə iclasında bildirmişdir ki, iddiaçının müraciəti əsasında araşdırmalar DƏMX-nin Mingəçevir Regional Ərazi şöbəsi tərəfindən deyil, X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən aparılmış, iddiaçıya məlumat verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 04 may 2007-ci ildə "xxxx" ASC-də rəngləmə-qablaşdırma sahəsinə rəngsaz işinə qəbul edilmiş, 25 ynvar 2016-cı ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan X5 Xidməti Bakı şəhər idarəsinin rəisi tərəfindən İddiaçı göndərilmiş 30 sentyabr 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, müraciətinizin araşdırılması zamanı əmək müqaviləsinə öz xahişinizlə 25 yanvar 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi,həmçinin 04 may 2007-ci il tarixdən 25 yanvar 2016-ci il tarixədək müxtəlif dövrlərdə əmık məzuniyyətindən istifadə etdiyiniz, məzuniyyət haqlarınız, son haqq-hesabınız ödənildiyi məlum olmuşdur. İşə əlavə olunmuş "xxxx" ASC üzrə 01 may 2008-ci il tarixli 53/k №-li əmrin surətindən görünür ki, RQŞ-nin rəngsazı İddiaçı 01 may 2008-ci il tarixdən 27 təqvim günü 04 may 2007- 04 may 2008-ci illərin hesabına, 01 avqust 201-ci il tarixli 98/k №-li əmrlə 01 avqust 2008-ci il tarixdən 2008-2010-cu illərin hesabına 54 təqvim günü, 31 oktyabr 2012-ci il tarixıi 223/k №-li əmrlə 2011-2012-ci illərin hesabına 54 təqvim günü, 31 may 2013-cü il tarixli 95/k№-li əmrlə 2013-cü ilin hesabına 27 təqvim günü, 29 mart 2015ci il tarixli 44/k №-li əmrlə 2014-2015-ci illərin hesabına 54 təqvim günü məzuniyyətə buraxılmışdır. Həmçinin ödəniş cədvəlinin surətindən görünür ki, məzuniyyətə buraxılan zaman müvafiq illər üzrə İddiaçı məzuniyyət pulu ödənilmişdir. İşə əlavə olunmuş "xxxx"ASC-nin İH-nin sədrinin 25 yanvar 2016-cı il tarixli 7/k №-li əmrinin surətindən görünür ki, İddiaçı həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində 2007-2016-cı illərdə "xxxx" ASC-də işlədiyini, işlədiyi müddətdə məzuniyyət hüququndan istifadə etmədiyini, işdən azad olunan zaman ona istifadə etmədiyi əmək məzuniyyətinə görə pul hesablanıb verilməməsini bildirərək, istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfin məhkəməyə təqdim etmiş sənədlərlə müəyyən edilir ki, iddiaçı işlədiyi illər üzrə məzuniyyət hüququndan istifadə etmiş, məzuniyyətə buraxılan zaman ona məzuniyyət pulu hesablanıb verilmişdir. Məhkəmə, həmçinin, hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia müddəti Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddaçı tələbində işlədiyi 2007-2016-cı illər üzrə heç vaxt məzuniyyət hüququndan istifadə etmədiyini, ya da ona istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilmədiyi, 2016-cı ilin yanvar ayında işdən azad olunduqdan sonra da həmin illər üzrə ona məzuniyyət pulu ödənilmədiyini bildirərək, istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı işdən azad olunduqdan 6 ilə yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürdükdən sonra məhkəməyə iddia ərizəsi ilə müsraciət etmiş, cavabdeh tərəf də məhkəməyə ərizə verərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddiaçı İddiaçı iddiası təmin olnmamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir;birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-mülkiyyətin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub,məhkəmə Qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 04 may 2007-ci il tarixdən 25 yanvar 2016-cı il tarixədək istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanıb ona verilməsi barədə iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-342/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-342/2022
17.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver