Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-343/2023 13.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçının nümayəndəsi,Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhəri R.Muradov adına X7 direktoruna qarşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh Mingəçevir şəhəri R.Muradov adına X7 direktoruna qarşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında İddiaçı nümayəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri R.Muradov adına X7 direktorunun 89 №-li 01 noyabr 2010-cu il tarixli əmri ilə iddiaçı texniki işçi kimi işə qəbul olunmuşdur. 14 sentyabr 2012-ci il taixdə isə iddiaçı liseydə ingilis dili müəllimi kimi işə qəbul olunmuş, onunla liseyin direktoru arasında əmək müqaviləsi bağlanmışdır. 26 fevral 216-cı ildə iddiaçı ailə qurmuş və həmin ilin sentyabr ayında yeni tədris ilinin əvvəlində işəgötürənin 91 №-li 29 sentyabr 2016-cı il tarixli əmri ilə analıq məzuniyyətinə buraxılmışdır. Bundan sonra işəgötürənin 01 fevral 2017-ci il tarixli 83 №-li əmri ilə iddiaçı uşaq üç yaşına çatana kimi ona qulluq etmək üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qismən ödənişli sosial məzuniyyətə buraxılmış və əmrdə işə başlama vaxtı xx.xx.2019-cu il tarixi göstərilmişdir. İddiaçı birinci uşağına qulluqla əlaqədar qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətdə ikinci uşağa hamiləliyə və doğuşa görə işəgötürənin 41 №-li 22 iyul 2019-cu il tarixli əmri ilə sosial məzuniyyətə buraxılmış, əmrdə isə başlama vaxtı xx.xx.2019-cu il tarixi göstərilmişdir. Bundan sonra işəgötürənin 69 №-li xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı ikinci uşağa qulluq etmək üçün sosial məzuniyyətə buraxılmış, işə başlama tarixi xx.xx.2022-ci il göstərilmişdir. Lakin məzuniyyət müddəti başa çatmamış, yəni sosial məzuniyyətdə olduğu müddətdə işəgötürənin 47 №-li 19 sentyabr 2022-ci il tarixli əmri ilə əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və iddiaçı işə buraxılmamışdır. Hesab edir ki, işəgötürənin həmin əmri qanunsuzdur. Belə ki, qeyd etdiyi kimi iddiaçı məzuniyyətdə olduğu müddətdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuna ziddir. Bundan əlavə iddiaçı ilə əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilmişdir. Qeyd etdiyi kmi iddiaçı 5 ildən artıq müddətdir liseydə işləmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hisəssinə əsasən iddiaçı ilə bağlanmış müqavilə müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Budan əlavə iddiaçı ilə işəgötürən arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdir ki, buna görə də həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Eləcə də iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 47 №-li 19.9.2022-ci il tarixli əmrində əmək müqaviləsi ləğv edilən gün, ay və il göstərilməmişdir ki, bu da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin pozulmasıdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını, Mingəçevir şəhəri R.Muradov adına X7 direktorunun 47 №-li 19 sentyabr 2022-ci il tarixli əmrnin ləğv edilməsi, iddiaçının müddətsiz əmək müaviləsi ilə liseyə ingilis dili müəllimi vəzifəsinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılnasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Mingəçevir şəhəri R.Muradov adına X7 direktoruna məlumat verilmiş, o, məhkəməyə gəlməmişdir. Lakin məhkəməyə ərizə göndərərək təqdim edəcək heç bir sübutu olmadığını, işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmsı mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 89 №-li 01 noyabr 2010-cu il tarixli əmrinin surətindən görünür ki, X8Texnikihumanitar liseyə analıq məzuniyyəti yerinə müvəqqəti olaraq texniki işçi qəbul edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktoru ilə X8 arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə həmin tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşdə olan Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 94 №-li 14 sentyabr 2012-ci il tarixli əmrinin surətindən görünür ki, X4 liseydə təlim-tərbiyə prosesini gücləndirmək məqsədilə əvəzçilik qaydası ilə dərs aparmasına razılıq verilmişdir. İşdə olan Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 30 may 2013-cü il tarixli əmrinn surətindən görünür ki, pedaqoji işçi X8 30 may 2013-cü il tarixdən növbəti əmək məzuniyyətinə buraxılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 82 №-li 17 avqust 2013-cü il tarixli əmrinin surətindən görünür ki, pedaqoji işçi X2 əmək məzuniyyəti müddəti xx.xx.2013-cü il tarixdə bitdiyi üçün həmin tarixdən işdə hesab edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 14 sentyabr 2013-cü il tarixli əmrin surətindən görünür ki, müəllim X3iseyin ingilis dili müəllimi X9 uşağa qulluq etdiyi üçün onun həftəlik 19on doqquz) saat dərsini müvəqqəti olaraq aparmasına razılıq verilmişdir. İşdə olan Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 13 sentyabr 2014-cü il tarixli əmrinin surətində göstərilir ki, əvvəllər liseydə əvəzçiliklə işləyən ingilis dili müəllimi X4 liseyin ingilis dili müəllimi X1 uşağa qulluq etdiyi üçün 12(on ik) saat dərs yükünü müvəqqəti olaraq aparılmasına razılıq verilsin və onunla müvəqqəti əmək müqaviləsi bağlansın. İşə əlavə olunmuş Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktoru ilə X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsində görünür ki, iddiaçı ilə həmin tarixdə müddətli, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün əmək müqaviləsi bağlanmışdır. İşdə olan Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 14 sentyabr 2015-ci il tarixli əmrinin surətində göstərilir ki, liseyin ngilis dili müəllimi X5 12(on iki) saat dərsini əvvəlki illərdə olduğu kimi X8 aparsın və onunla müvəqqəti müqavilə bağlanılsın. İşdə olan Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 14 sentyabr 2016-cı il tarixli əmrinin surətində göstərilir ki, liseyin ingilis dili müəllimi X9 qismən ödənişli sosial məzuniyyətdə olduğu üçün onun 12(on iki) saat dərsini əvvəlki illərdə olduğu kimi X8 aparsın və onunla müvəqəti əmək müqaviləsi bağlansın. İşə əlavə olunmuş əmək müqaviləsinin surərindən görünür ki, Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktoru ilə X8 arasında 14 sentyabr 2016cı il tarixdə əmək müaviləsi bağlanmışdır. İşdə olan Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 91 №-l 29 sentyabr 2016-cı il tarixli ərizənin surətindən görünür k, lisiyin ingilis dili müəllimi X8 analıq məzuniyyətinə buraxılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 01 fevral 2017-ci il tarixli əmrinin surətində göstərilir ki, liseyin ingilis dili müəllimi İddiaçı uşağının 3(üç) yaşı tamam olana qədər ona qulluq etmək üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il müddətinə qismən sosial məzuniyyət verilsin. İşdə olan Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 41 №-li 22 iyul 2019-cu il tarixli əmrinin surətindən görünür ki, liseyin ingils dili müəllimi İddiaçı xx.xx.2019-cu il tarixdən hamiləliyə və doğuşa görə 126 təqvim günü müddətinə sosial məzuniyyətə buraxılmışdır. İşdə olan Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 69 №-li 25 noyabr 2019-cu il tarixli əmrinin surətində göstərilir ki, liseyin ingilis dili müəllimi İddiaçı körpə uşağa qulluq etmək üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətə buraxılsın. İşdə olan Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 47 №-li 19 sentyabr 2022-ci il tarixli əmrində göstəilir ki, liseyin müddətli müqavilə əsasında işləyən ingilis dili üəllimi İddiaçı körpə uşağa qulluqla əlaqədar sosial məzuniyyət dövrü xx.xx.2022-ci il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq xitam verilsin. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X10 arasında 26 fevral 2016-cı ildə Mingəçevir şəhəri Nikah evində rəsmi nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, iddiaçı 01 noyabr 2010-cu ildə Mingəçevir şəhəri R.Muradov adına Texniki-liseyə texniki işçi kimi qəbul edilmiş, 14 sentyabr 2012-ci il tarixdən isə müəllim kimi əvəzçilik qaydası ilə dərs aparmasına razılıq verilmiş və ingilis dili müəllimi işləmişdir. Cavabdehin 47 №-li 19 sentyabr 2022-ci il tarixli əmri ilə iddiaçı Əmək Müqaviləsinin 68-ci maddəsiin 2-ci hissəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İşdə olan cavabdeh 69 №-li 25 noyabr 2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı körpə uşağa qulluq etmək üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. İddiaçı məzuniyyətdə olduğu müddətdə onunla əmək müqaviləsinə qanusuz olaraq xitam verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2016-cı il tarixli əmək müqaviləsində “müddətli” sözü qeyd edilsə də müqavilənin hansı müddətə bağlanması göstərilməmişdir. Əmək müqaviləsinin 45-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlnmış hesab edilir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda göstərilməli olan məlumatlardan biri əmək müqaviləsi ləğv edilən gün, ay və ildir. Lakin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 47 №-li 19 sentyabr 2022-ci il tarixli əmrində əmək müqaviləsinə xitam verilməsi gün, ay, il göstərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 47 №-li 19 sentyabr 2022-ci il tarixli əmri qeyri-qanunidir və iddiçı ilə əmək müqaviləsinə qeyri-qanuni olaraq xitam verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 47 №-li 19 sentyabr 2022-ci il tarixli əmri ləğv edilməli, iddiaçı liseyə müddətsiz əmək müqaviləsi ilə ingilis dili müəllimi vəzifəsinə bərpa olunmalı, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh Mingəçevir şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinin direktorunun 47 №-li 19 sentyabr 2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Əliyeva X6 şəhəri R.Muradov adına Texniki-humanitar Liseyinə müddətsiz əmək müqaviləsi ilə ingilis dili müəllimi vəzifəsinə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-343/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-343/2023
13.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver