Məhkəmə qərarları › İş №2(051)-343/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-343/2024

27.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-343/2024 27.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və mənzilin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 4/1 saylı evin, 47 nömrəli mənzilinin cavabdehlərlə onun arasında naturada bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə təqdim edərək Mingəçevir şəhəri, Ə.Vahid küçəsində yerləşən 4/1 saylı evin 47 nömrəli mənzilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçı və cavabdehlərin payının müəyyən edilməsi və Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4/1 saylı evin 47 nömrəli mənzilin cavabdehlərlə iddiaçının arasında naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvan iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Belə olan halda onların ilk növbədə ünvan 2 ünvanı payları müəyyən olunmalıdır. Odur ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən 4/1 saylı evin, 47 saylı mənzilin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçı və cavabdehlərin payının müəyyən eidlməsi və Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4/1 saylı evin 47 saylı mənzilinin cavabdehlərlə onun arasında naturada bölünməsi haqqında çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından məhkəmə bildirişi cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərmişdir. Qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Seriya AZE, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Ukrayna, Dzerjinski rayonunda doğulmuş, hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 100,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında xx.xx.2005-ci il tarixindən qeydiyyatdadır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 5 ünvan İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Mingəçevir Şəhər Qediyyat şöbəsi tərəfindən verilmiş Az –İ seriyalı, 492471 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2011-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixində 493 nömrə ilə qeyd edilmişdir. Mingəçevir Şəhər Qediyyat şöbəsi tərəfindən verilmiş Az-İ seriyalı, 599609 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş suretindən görünür ki, X3 xx.xx.2013-cü ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixində 67 nömrə ilə qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 2236 inventar nömrəli, **********58-05101-093062 reyestr nömrəli texniki pasporta əsasən Mingəçevir şəhəri Ə.Vahid küçəsi bin 4/1, mənzil 47, 3-cü giriş qapısı, 3-cü mərtəbədə yerləşəm mənzil ümumi sahəsi 43.28 kv.m, 2 otaqdan ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 43.28 kv.m, yaşayış sahəsi 30.38 kv.m olan 2 otaqlı mənzil Seriya RX ******* saylı Çıxarışla İddiaçı, Cavabdeh1 və Cavabdeh2 umumi birgə mülkiyyətindədir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd edilən mənzilin üzərində paylarının müəyyən edilməsini və mənzilinin cavabdehlərlə onun arasında naturada bölünməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakımaddələrinə əsasən 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;..... 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmənin mövqeyi Qanunda göstərildiyi kimi ümumi mülkiyyətə paylar müəyyənləşdirilmiş və ya müəyyənləşdirilməmiş ola bilər. Bu ümumi paylı mülkiyyət və ya ümumi birgə mülkiyyətdir. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. İddiaçı digər mülkiyyətçilər ilə razılığa gələ bilmədiyindən ümumi birgə mülkiyyətə payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Qanundan görünür ki, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Belə olan halda qarşı tərəflər əksini iddia etmədiyindən məhkəmə hesab edir ki, ümumi birgə mülkiyyətçilərin payları bərabər müəyyən olunmalıdır. Məhkəmə iddiaçının müəyyən olunmuş payın naturada ayrılması tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında mübahisə edilən əmlak daşınmaz əşyadır. Müəyyən edilmiş payların ayrılmasına dair qanunverici qayda müəyyən etmişdir. Bu halda məhkəmə hesab edir ki, həmin əmlaka məhkəmə qətnaməsi ilə paylar müəyyən edildikdən, qətnamə qanununi qüvvəsini alıb icraya yönəldikdən sonra tərəflər aralarında paylarına uyğun əmlakın bölünməsi barədə razılığa gəlmədikdə payın ayrılması tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Ona görə də məhkəmə hesab edir ki, iddia mənzilin naturada bölünməsi hissəsində təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 43.28 kv.m, yaşayış sahəsi 30.38 kv.m olan 2 otaqlı mənzil üzərində İddiaçı, Cavabdeh1 və Cavabdeh2 bərabər hissədə, yəni hər birinin 1/3 hissədə olmaqla payları müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tələb edilmədiyindən özünə aid edilməlidir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 43.28 kv.m, yaşayış sahəsi 30.38 kv.m olan 2 otaqlı mənzil üzərində tərəflərin bərabər hissədə yəni- 1/3 hissədə İddiaçı payı, 1/3 hissədə Cavabdeh1 payı və 1/3 hissədə Cavabdeh2 payı müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar