Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-347/2022 05.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, iddiaçı Mingəçevir Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, iddiaçı: Mingəçevir Bələdiyyəsinin cavabdeh: Cavabdeh qarşı «Zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş mal-qara tövləsinin sökülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Mingəçevir Bələdiyyəsinin sədri R.S.Əliyev iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciər edərək, Cavabdeh Mingəçevir şəhəri H.Əliyev prospektinin sağ tərəfində Şüşə-malıc zavodunun arxa tərəfində qanunsuz zəbt etdiyi bələdiyyə mülkiyyətinə aid olan 108 kv.metr torpaq sahəsinin boşaldılması və qanunsuz inşa edilmiş tövlənin söküıməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Mingəçevir Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbində qalaraq verdiyi izahatında göstəmişdir ki, Cavabdeh fərdi sahibkarlıqla məşğul olmaq məqsədi ilə qeyri-yaşayış obyekti inşa etmək üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-68-cimaddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən Mingəçevir bələdiyyəsi ilə öz arasında torpaq sahəsindən istifadə və icarə hüququ haqqında müqavilə J bağlamadan, eləcədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini pozaraq, yəni müvafiq yerli İcra Hakimiyyəti orqanından tikintiyə icazə barədə qərar almadan və tikinti işlərinin aparılması üçün layihəsmeta sənədləri tərtib etmədən 2019-cu ilinaprel ayından Mingəçevir şəhəri, H.Əliyev prospektinin sağ tərəfində, “Şüşə- mahlıc” zavodunun arxa tərəfində yerləşən torpaq sahəsindən 108 kv.metr tövlə inşa etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan cəmi 108 kv.metr bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt edərək üzərində özbaşına tikinti işləri aparmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 fevral 2021 ci il tarixli, 158-saylı 41782-1121 nömrəli məktubunda ona əlavə olunmuş arayışdan və sxemdən görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospektidə “Şüşə-Mahlıc” zavodunun arxa tərəfində tikinti işlərini aparıldığı boş torpaq sahəsi 108 kv.metrdir. Həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətinə aiddir. 2020 ci il sentyabr ayında Cavabdeh Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid olan 108 kv.m torpaq sahəsini qanunsuz zəbt edərək mal tövləsi tikməsinə görə toplanmış sənədlər onun barəsində tədbir görülərək zəbt edilmiş torpaq sahəsinin boşaldılması üçün hüquq mühafizə orqanına göndərilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikasının CM-nin 188.2ci maddəsi ilə cinayət işi başlanaraq, istintaq aparılmış və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 23 aprel 2021 -ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 182.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin, hökmdə qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması və tövlənin sökülməsi barədə qərar qəbul edilməmişdir. Ona görə də Cavabdeh Mingəçevir şəhəri H.Əliyev prospektinin sağ tərəfində Şüşə-malıc zavodunun arxa tərəfində qanunsuz zəbt etdiyi bələdiyyə mülkiyyətinə aid olan 108 kv.metr torpaq sahəsinin boşaldılması və qanunsuz inşa edilmiş tövlənin söküıməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkün kimi gələrək Mingəçevir şəhərində məskunlaşmışdır. O, heyvandarlıqla məşğul olub ailəsini dolandırır. Yaşadığı binada heyvanları saxalamaq üçün şərait yoxdur. Ona görə də Şüşə Mahlıc zavodunun arxasında boş torpaq sahəsində tövlə tikmişdir. O, Mingəçevir Bələdiyyəsindən tövlə tikdiyi torpaq sahəsinin icarəyə verilməsini xahiş etdi lakin həmin torpaq sahəsini ona icarəyə verməmişdilər. O, həmin torpaq sahəsində tövləni inşa etmişdir. Mingəçevir Bələdiyyəsi isə ona qarşı iddia qaldırmışdır. İddia tələbi tam qanunsuz və əsassızır. Buna görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş 17 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, Kəlbəcər rayonunndan məcburi köçkün olan, Mingəçevir şəhəri, H.Əliyev prospektində köçkünlər üçün salınmış şəhərcik, 9-cu binanın 10-cu mənzilində yaşayan İsmayılov X1 şəhəri, H.Əliyev prospekti sağ hissəsində Şüşə Mahlıc zavodunun arxasında boş sahədə qanunsuz zəbt edərək üzərinə mişar daşından özbaşına icazə olamadan tikinti işləri aparmışdır. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(051)-71/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestr Xidməti Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzi MMC- tərəfindən verilmiş sxemdən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, prospektində “Şüşə-Mahlıc” zavodunun arxa tərəfində tikinti işlərinin asparıldığı 108,0 kv m torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aiddir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqasının qanunsuz sahibliyindən əmlakın alınması ilə bağlı yaranan mülki münasibətlərdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatından bəhs edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1 və 158.1.2-ci maddələrinin tələblərinə görə əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, torpağın istifadəçisi və ya icarəçisi özgənin qanunsuz sahibliyindən torpaq sahəsini geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan torpağa dair özünün icarə və ya istifadə hüququnun olduğunu, bundan sonra torpağın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin torpağa sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Torpaq sahəsinə iddiaçının sahibliyi məsələsi araşdırılarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin aşağıdakı müddəaları da nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativhüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsaslarını müəyyən edən 56-cı maddəsinin göstərişinə əsasən, torpaqların icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 50-ci maddəsinin birinci hissəsinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. “Torpaq qanunvericiliyinin məhkəmələt tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 6-cı bəndinə görə torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67 maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndinin tələbinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökül məsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onları nhesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmədə sadalanan hüquq normalarının sistemli təhlili bu nəticəyə gəlməyə əsas verir ki, mübahisəli torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aiddir. Hazırda həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehin mübahisəli torpaq sahəsinə sahibliyinin hüquqi əsası yoxdur. Bundan əlavə qeyd olunan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə müəyyən edilmiş, Allahveri İsmayılov bu əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi Mingəçevir Bələdiyyəsinin cavabdehə qarşı məhkəməsdə qaldığırdığl tələb təkizb edilməz sübutlarla və faktlarla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdeh qaununsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi boşaldılmalı və qanunsuz inşa edilmiş tövlə sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. İsmayılov X1 şəhəri, H.Əliyev prospektinin sağ tərəfində, “Şüşə-Mahlıc” zavodunun arxa tərəfində qanunsuz zəbt etdiyi 108 kv.metr torpaq sahəsi boşaldılsın və həmin torpaq sahəsində tikilmiş tövlə sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-347/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-347/2022
05.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver